Icma.az
close
up
RU
Oleq Bakinski nin məhkəməsi: İddia edir ki, mən onu vurmuşam...

Oleq Bakinski nin məhkəməsi: İddia edir ki, mən onu vurmuşam...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ukraynalı "kriminal avtoritet" Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər tərcümeyi-hallarını səsləndiriblər.

Konstantin Kuçer deyib ki, 1961-ci ildə anadan olub, Ukrayna vətəndaşıdır. O, Azərbaycan dilini bilmədiyi üçün tərcüməçi ilə təmin olunub.

Oleq Krapivin isə özünü Azərbaycan dilində təqdim edib. O, Şamaxıda anadan olduğunu, həbs olunana qədər Bilgəh qəsəbəsində yaşadığını deyib.

Proses zamanı məhkəməyə mülki iddia daxil olub. Belə ki, zərərçəkən şirkətlər "Promışlennie Postavki Kazaxstan” MMC təqsirləndirilən Konstantin Kuçerdən 5 milyon 184 min manatdan çox, “Aviazapçast” ASC bir milyon manatdan çox, zərərçəkən Zaxarenkov Valeriy Nikolayeviç isə hər iki şəxsdən 50 min manat pul tələb edib.

Məhkəmə mülki iddianı icraata qəbul edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistanda sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə edib.

Hər iki şəxs özlərini təqsirli hesab etməyib.

Prosesdə Konstantin Kuçer ifadə verib. O bildirib ki, dostlarından biri ona zəng edərək iş gördüyü adamların onunla görüşmək istədiyini deyib:

"Daha sonra Oleq Krapivin zəng edib dedi ki, qonaqlar aşağıdadır. Sonra qonaqlarla birgə ofisə qalxaraq onlara yüksək səviyyədə qulluq göstərdim. Bir müddət söhbət etdik. Bu zaman Zaxarenko vəsaitlərlə bağlı tələblərə başladı. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan Günay Bankdadır. 5-6 dəqiqədən sonra Oleq Krapivin gəldi. Mən soruşdum ki, digər qonaqlar haradadır. Biz çay içdik, normal söhbət etdik. Oleq Krapivin dedi ki, istədiyiniz vaxt gəlin, zəng edin. Hətta Moskvaya qayıtdıqdan sonra onlar Oleq Krapivinə zəng edib qonaqpərvərlikləri barədə təşəkkür ediblər. Mənə çox qəribə gəldi ki, bu görüşü niyə vasitəçi ilə təşkil ediblər".

Onun sözlərinə görə, Ukrayna müharibəsi başlayanda mülki hava gəmilərinin ehtiyat hissələrinin çatdırılmasında çətinlik yaranıb:

"Elə bilirdilər ki, bu ehtiyat hissələri Rusiyaya göndərilir. Lakin bunlar mülki aviasiyaya aid avadanlıq idi. Mən onlara qarşı dələduzluq etsəydim, müharibədən əvvəl müqavilə bağlayıb, malları göndərməzdim".

Prosesdə Oleq Krapivin deyib ki, bu məsələlərdə onun günahı yoxdur:

"Zərərçəkən tərəf iddia edir ki, mən onu vurmuşam, lakin sübut yoxdur. Mənə dedilər ki, Konstantin Kuçeri tanıyırsan. Onlar Konstantinlə mənim vasitəmlə görüşmək istəyirdi. Mən onların arasında olan məsələni bilmirdim. Kuçerə dedim ki, qonaqların gəlir. Qarşıladıq, bir yerdə görüşdük. Aralarında söhbət oldu, Konstantin Kuçer dedi ki, pul məndə deyil. Daha sonra qonaqlar acıq edib getdilər. Altı aydır ki, həbsdəyəm, xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm. Xahiş edirəm, məni azadlığa buraxsınlar. Mən 500 min azərbaycanlının diaspor rəhbəriyəm".

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin olunub.

Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Yanvar 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri