Icma.az
close
up
RU
“Oleq Bakinski” və ukraynalı sabiq nazir müavininin məhkəməsi yekunlaşdı: birinə şərti cəza verildi, o birinə...

“Oleq Bakinski” və ukraynalı sabiq nazir müavininin məhkəməsi yekunlaşdı: birinə şərti cəza verildi, o birinə...

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Kriminal aləmdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin və Ukrayna müdafiə sənayesi nazirinin sabiq müavini Kuçer Konstantin Antonoviçin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi yekinlaşıb. İyulun 25-də onlara hökm oxunub.

Bizimyol.info xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyilə çıxarılan hökmə əsasən, “Oleq Bakinski”yə 2 il 6 ay şərti cəza verilib. Qeyd edək ki, o, bir müddət əvvəl ev dustaqlığına buraxılmışdı.

1960-cı il təvəllüdlü Oleq Krapivin xuliqanlıqda təqsirli bilinib.

Sabiq nazir müavini Konstantin Kuçerə qarşı isə xuliqanlıqdan əlavə həm də Cinayət Məcəlləsinin 178.4 (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Ona dələduzluq ittihamı ilə bəraət verilib. Xuliqanlıq ittihamı ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama əsasən, zərərçəkmiş qismində tanınan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriy Zaxarenkonun bir neçə il əvvəl lisenziyası ləğv edilmiş “Günay Bank”da bir neçə milyon avro pulu olub. O, pulunu götürmək üçün Bakıya gəlsə də, bank bağlandığından götürə bilməyib.

Oleq Bakinski, Konstantin Kuçer və Valeriy Zaxarenko problemin həlli məqsədilə “Babək Plaza”da görüşüblər. Lakin orada tərəflər arasında mübahisə düşüb. İttihama əsasən, Oleq Bakinski şüşə butulka ilə Valeriy Zaxarenkoya xəsarət yetirib. Ona “Yeni Klinika”da tibbi yardım göstərilib.

Bu səbəbdən onların hər ikisinə qarşı xuliqanlıq ittihamı irəli sürülüb.

Konstantin Kuçerin əmlakının üzərinə həbs qoyulmuşdu. Lakin məhkəmənin hökmünə əsasən, ona dələduzluq ittihamı üzrə bəraət verildiyinə görə əmlakın üzərindən də həbs götürülüb.

Məhkəmədə ifadə verərkən istər Oleq Bakinski, istərsə də Konstantin Kuçer özünü təqsirli bilməyib. Son sözlərində də onlar məhkəmədən bəraət istəyiblər.

Bu cinayət işində Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayevin də adı keçir. O, şahidlər siyahısındadır. Dəfələrlə məhkəməyə çağırılıb dindirilməsi istənilsə də, Füzuli Musayev məhkəməyə gəlmədi.

Oleq Krapivin həm də Ukraynada tanınmış iş adamlarından biri, Azərbaycan diasporunun liderlərindən sayılır. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri