“Olimp Hospital” və “Şamaxı” klubu arasında memorandum imzalandı Video Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
25 iyun tarixində “Olimp Hospital”ın direktoru Ruslan Rzayev və “Şamaxı” Futbol Klubunun idarə heyətinin sədri Elçin Usub arasında rəsmi əməkdaşlıq memorandumu imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, tədbir Bakıda yerləşən “Olimp Hospital”ın konfrans zalında baş tutub.
Memorandum çərçivəsində “Olimp Hospital” “Şamaxı” FK futbolçularına tibbi müşahidə, profilaktik müayinələr, zədələnmə sonrası reabilitasiya və funksional bərpa xidmətləri göstərəcək. Əməkdaşlıq həm futbolçuların sağlamlığının qorunmasına, həm də peşəkar səviyyədə performans izlənməsinə yönəlib.
“Olimp Hospital”ın direktoru Ruslan Rzayev əməkdaşlıq barəsində danışıb: “Bu əməkdaşlıq vasitəsilə biz sağlamlığı idmanın ayrılmaz hissəsinə çevirməyə çalışırıq”.
“Şamaxı” FK İdarə Heyətinin sədri Elçin Usub qeyd edib: “Komandamız üçün bu cür tibbi tərəfdaşlıq uzunmüddətli uğurların təməlidir”.
Tədbir zamanı, həmçinin “Olimp Hospital”ın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Ruhin Cəfərov, “Şamaxı” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov da çıxış edərək tərəfdaşlığın ictimai, kommunikativ və tibbi əhəmiyyətinə toxunublar.
Sonda simvolik hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
#OlimpHospital #ShamakhiFK #İdmandaSağlamlıq











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 İyun 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















