Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Oliqarx oğlunun işində şok müraciət “Ali Məhkəmənin hakimindən xahiş edirəm ki...”

Oliqarx oğlunun işində şok müraciət “Ali Məhkəmənin hakimindən xahiş edirəm ki...”

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əlləri hər yerdən üzülüb, indi də barəmdə dövlət qurumlarına əsassız şikayətlər yazırlar. Guya ki, DNK testlərindən Orxan deyil, mən yayınıram. Ortada 5 DNK ekspertizası ilə bağlı sənəd var və hər birində də yazılıb ki, Orxan Mikayıl oğlu İsmayılzadə ekspertizada iştirak etməyib", - bu sözləri Musavat.com-a Fidan Abbasova deyib.

İllərdir ki, Azərbaycan məhkəmələrində saqqız kimi çeynənən bu işin kökündə bir məsələ dayanır - Orxan İsmayılzadə 2015-ci ilin mayında dünyaya gəlmiş Nil adlı qızın atasıdırmı?

O günlərdə Orxan İsmayılzadə uşağın anası Fidan Abbasova ilə uzun müddət faktiki nikah münasibətlərində yaşayıb. Nil dünyaya gələndən sonra isə Orxan İsmayılzadə Fidan Abbasovaya "atam məni döyüb, soyadımı uşağa verə bilmərəm" deyib. O gündən 10 il keçib. O gündən bu günə qədər Azərbaycan məhkəməsi ədalətli qərar verməkdə, 1 uşağın atasını təsbit etməkdə acizlik göstərir. Uşaq varsa, onu dünyaya gətirən ana varsa, deməli, uşağın atası da olmalıdır. Uşağın anası Fidan Abbasova uşağın atasının Orxan İsmayılzadə olduğunu bildirir və bunu sübut edən dəlilləri ortaya qoyur.

İlk olaraq bu məsələ Sabunçu məhkəməsinə qalxır, iddiaçı Fidan Abbasova övladının atalığının müəyyən edilməsini tələb edir. O zaman işə Orxan Mikayılzadənin atası, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov qarışır, Fidan Abbasovadan iddianı geri çəkməsini istəyir və buna nail olur. Vəd edir ki, uşağa sahib çıxıb atasının Orxan İsmayılzadə olduğunu təsdiq edirlər və az sonra vədini unudur. Bir neçə il sonra Fidan Abbasova yenidən məhkəmə davası açır, Sabunçu məhkəməsi tibbi-genetik ekspertiza (DNK)təyin edir. O gündən sonra Xətai rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi ayrı-ayrı qərarlarla uşağın atasının kimliyini müəyyən etmək üçün ekspertiza təyin edir. Ümumilikdə məhkəmələr 7 tibbi-genetik ekspertiza təyin ediblər. Orxan İsmayılzadə hər dəfə ekspertizanın keçirildiyi yer, saat barədə məlumatlandırılıb, lakin ekspertizada iştirak etməyib.

Sonda Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmənin gedişatında Orxan İsmayılzadənin bioloji qohumluğun təyini - atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınıb. Qızının saxlanılması üçün aliment ödəməkdən də imtina etmişdi. Sabunçu məhkəməsinin qərarına görə, Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməlidir. O, Sabunçu Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, bu məhkəmə instansiyası da obyektiv qərar çıxarılması üçün Orxan İsmayılzadənin bioloji qohumluğun təyini - atalıq testindən keçməsi barədə qərardad çıxarmışdı.

Ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunmuşdu. Məsələn, 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı getmişdilər. Orxan İsmayılzadə isə ekspertizaya getməkdən yayınmışdı. Yada salaq ki, Orxan İsmayılzadə bundan öncə də ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlə obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi.

Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirmişdi ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur:

"Orxan İsmayılzadə mənim ona şər atdığımı deyir. Guya övladımın atasının olduğunu bildirməklə ona şər atıram. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir".

Fidan Abbasova Orxan İsmayılzadənin bu günə qədər təyin olunmuş ekspertizalarda iştirak etməməsinin protokollaşdırıldığını da demişdi:
"Qanuna görə, ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır. Ali Məhkəmə onun kassasiya şikayətini araşdırmadan qərar verir ki, işə yenidən Apellyasiya Məhkəməsi baxsın. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınırsa, məhkəmə nəyə baxacaq? Ali Məhkəmədə həmin qərarı verən hakimdən xahiş edirəm ki, Orxan İsmayılzadənin ekspertizadan keçirilməsini təmin etsin". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri