Jurnalistlər Ali Məhkəmənin sədrinə müraciət etdilər
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Media nümayəndələri “Elektron məhkəmə” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.
Modern.az xəbər verir ki, məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqini sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq, bunu şəffaflığın pozulması kimi qeyd ediblər.
Bildirilib ki, məlumatların qapalı olmasına görə, məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.
Müraciətdə o da vurğulanıb ki, “e-məhkəmə” sistemi məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə edilməsinə əngəldir.
Jurnalistlər İnam Kərimovun problemin həllində yardımçı olacağına ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Xeyli müddətdir ki, sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 Mart 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















