Icma.az
close
up
RU
Ali Məhkəmənin Elmiməsləhət şurasının iclasında hüquqşünaslara müraciət edilib

Ali Məhkəmənin Elmiməsləhət şurasının iclasında hüquqşünaslara müraciət edilib

Report.az saytına istinadən Icma.az xəbər verir.

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət edilib.

Qurumdan "Report"a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının 2025-ci ilin 25 fevral tarixində keçirilməsi planlaşdırılır.

İclasda “İnzibati müqavilə və ondan irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

"Günümüzdə ictimai xidmətlərin dairəsinin genişlənməsi nəticəsində bəzi hallarda, dövlətin öz resursları yetərli olmadığından həmin xidmətlərin həyata keçirilməsinin hüquqi və fiziki şəxslərə həvalə edilməsi təcrübəsinə daha tez-tez müraciət edilir. Bunun nəticəsi olaraq inzibati müqavilə institutunun inkişafı müşahidə olunur.

İnzibati müqavilə inzibati orqanların inzibati fəaliyyətinin formalarından biri kimi təzahür edir. Belə müqaviləyə, bir qayda olaraq, ictimai xidmət missiyasının icrası və ya ictimai maraqları ödəmək üçün dövlət orqanı (inzibati orqan və ya publik hüquqi şəxs) ilə xüsusi şəxslər (xüsusi hüququn subyekti olan fiziki və hüquqi şəxslər) arasında bağlanılan müqavilə anlayışı verilir. İnzibati müqavilə xüsusi hüquq müqavilələrindən bir neçə əsas xüsusiyyətlərinə görə fərqləndirilir – inzibati orqanın üstün mövqedə olması, ictimai marağı təmin etmək məqsədilə bağlanması, spesifik hüquqi rejimə tabe olması, inzibati orqan tərəfindən birtərəfli qaydada dəyişdirilməsi imkanlarının mövcudluğu, müqavilə tərəflərinin assimetrik hüquq və vəzifələri və s.

Ölkəmizdə “İnzibati İcraat haqqında” Qanunda inzibati müqavilələr inzibati fəaliyyətin forması kimi aşkar təsbit olunmasa da, məhkəmə təcrübəsində belə xarakterə malik müqavilələrin mübahisələndirilməsinə dair işlərə rast gəlmək mümkündür. Bu mənada son dövrlər inzibati müqavilə ilə bağlı məsələlər məhkəmə təcrübəsində aktual müzakirə predmetinə çevrilib", - müraciətdə bildirilib.
Qeyd edilib ki, mövzu ilə bağlı aşağıdakı və digər suallar ətrafında müzakirə aparılması təklif edilir:

1. İnzibati müqavilənin anlayışı və onun fərqləndirici əlamətləri (xüsusiyyətləri);
2. İnzibati müqavilə ilə mülki hüquqi müqavilənin müqayisəli təhlili;
3. Məhkəmə aidiyyəti;
4. İnzibati müqavilələrdən irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri (iddia müddəti, üçüncü şəxslərin inzibati müqaviləni mübahisələndirməsi, mübahisənin mahiyyəti üzrə həlli zamanı tətbiq edilməli olan hüquqi yanaşmalar və s.).

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 10 fevral 2025-ci il tarixinədək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri