Icma.az
close
up
RU
Oljas Süleymenov yaradıcılığı nəzəri baxışlar kontekstində

Oljas Süleymenov yaradıcılığı nəzəri baxışlar kontekstində

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.



Nizami Məmmədov Tağısoy

professor

Bu ilin may ayında qazax və bütün türk dünyası mədəniyyətinin flaqmanı bənzərsiz eposşünas, folklorşünas, mətnşünas, şair, türkoloq, etnoqraf Oljas Ömər ulı Süleymenovun 89 yaşı tamam olur. Bu münasibətlə biz böyük təfəkkür sahibinin yaradıcılığına verilən dəyərlə bağlı oxucularla bölüşmək istəyirik.

Oljas Süleymenov yaradıcılığı daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Şairin ədəbi-poetik irsinin elmi baxımdan öyrənilməsinə XX əsrin 70-ci illərindən başlanilmışdır. Alim və tədqiqatçılar tərəfindən onun əsərlərinin dil-üslub və ideya-obrazlı xüsusiyyətləri, bədii manerasının özəlliyi və s. bağlı araşdırmalar aparılmışdır. Eyni zamanda əsərlərinin ritm, qafiyə və ölçü baxımdan araşdırılmasına K.S.Buzaubaqarovanın, poetik dilinin özəlliklərini öyrənən N.M.Bayqaninanın, əsərlərindəki vahidə üslub komplekslərinin, yaradıcılıq kontekstinin öyrənilməsinə S.Dikanbayeva kimi müəlliflərin dissertasiyaları həsr olunmuşdur.

Bundan başqa X.X.Mahmudovun “Nəzəri üslubiyyatın bəzi məsələləri, yenə də onun “Oljas Süleymenov şair və filoloq”, K.S.Buzaubaqarovanın Oljas Süleymenov şeiri; S.Dikanbayevin “Üslubi kompleks” və başqalarının elmi-tədqiqat əsərləri Süleymenovun yaradıcılığının işıqlandırılmasında böyük rol oynamışdır.

Tədqiqatçılar O.Süleymenovun üslub manerası və obraz xüsusiyyətlərini, çoxcəhətli və birmənalı qarşılanmayan poetik yanaşma və ifadələrini, yaradıcılığında yer almış dualist dünyagörüşünü, düşüncəsinin etnik çöllük köklərini əsasən bir necə mərhələlərdə formalaşdığını nəzərdən keçirirlər. Burada biz bu mərhələlərin təsnifinə toxunmadan müəllifin yaradıcılığının bəzi məqamları üzərində dayanmağı zəruri hesab etmişik.

Oljas Süleymenovun fəaliyyətində onun yaradıcılıq və təsəvvüründə Şair olmaq heç də peşəkarlıq məşğuliyyəti yox, həm də mənəvi borc olmuşdur. Onun baxışlarında Şair xüsusi və qeyri-ordinar bir şəxsiyyətdir və o, az qala ölməyəcək və ölümə məhkum olmayacaq ilahi bir varlıqdır. Bundan başqa Süleymenovun Şairı sözün mifoloji və magik gücünə inanır. O, nəyisə yaratmağı bacarmaqla, özündə müdrikliyi birləşdirməkdədir. Odur ki, sənətkar “Yermakın abidəsi önündə çıxış” şeirində aşağıdakılar heç də təsadüfən demirdi:

İndi yaxşı ənənə var

Dahilərin önündə yığışmaq

Yandan keçənlərin simasını

Haqq sözünü sinasında yaratmaq.

Şairlərin obrazlarını yaratmaq üçün nümunə olan A.S.Puşkin, M.L.Lermontov, M.Utəmisov, N.Hikmət və başqa kimi lirik personajların mahiyyətinə – şəxsində Süleymenov Şairin faicəvi şəxsiyyət olduğunu bir daha sübut etməyə çalışır. Süleymenov əsərlərində əsil Şairi “xəstə” qafiyəbazlarla, ənənəviyyatdan kənar “şairlər”lə müqayisə edir. Bunlara nümunə olaraq biz “Kaktus”da Aman və Yappası, “Ölümsüz arışqa”da Nekrofil və Biofil”i, “Gil kitab”da Koteni və b. göstərə bilərik. Süleymenovun düşüncəsində əsil Şair ətraf aləmi sözlə dəyişməyi və əsil tarixi yenidən yarada bilənlər adlandırılmalıdır.

Biz O.Süleymenovun qazax milli ənənələrinə bütün yaradıcılığı boyu sadıq qalmasını da burada diqqətdən kənarda qoya bilmirik. Burada belə fikrin həm də digər çoxsaylı təfəkkür sahibləri tərəfindən təqdir oldunduğunu bir daha yada salmaq istəyirik. M.Auezov, M.Tursunzadə, R.Həmzətov, Q.Müsrepov, Ç.Aytmatov, B.Slutski, E.Mejelaytis, K.Simonov, S.Samoylov, Q.Quliyev, onun poeziya həmyaşıdlik, A.Voznesenski, R.Rojdestvenski, Y.Yevtuşenko, taçik şairi M.Qənaət, Azərbaycan şairləri B.Vahabzadə, M.Araz və başqaları onun etnik-milli məfkurəyə bütün vücudu ilə bağlı olduğunu qeyd etmişlər.

Adlarını çəktdiyimiz şair və yazıçılarla yanaşı, tanınmış ədəbiyyatşünas və tənqidçilər qazax adət-ənənələrinə bağlılığı ilə bərabər, həm də Süleymenovun əsərlərində və fəlsəfi yanaşmasında qazax və rus ədəbi-bədii düşüncəsinin sintezini gördüklərini etiraf etməkdədirlər. Məsələn, rus tənqidçisi Leonid Martınov O.Süleymenovun əsərlərini rus dilində yaratmaqla, onu bütövlüklə qazax şairi kimi nəzərdən keçirdiyi halda, B.Slutski “Bizim poeziyada rus, Asiya heç zaman belə tam şəkildə danışa bilmədiyini” dilə gətirmişdi.

Lev Anninski isə “Ehtiraslar həlqəsində” adlı məqaləsində yazırdı: “Oljas Süleymenov (rus dilində yazmasına baxmayaraq) şairin milli qiyatəsi yetərincə nəzərə çarpandır. O, hər cəhətini və hər şeyinə görə qazaxdır: çöllük peyzajına bürünmüş metaforlarda ən yüksək düşüncələrə daldığı başlıca fikri belə, onun bütün hallarda Asiyanın gələcək dünya əməkdaşlığına nə verəcəyi haqqında düşünməsidir”.

D.Moldavski özünün “Çöllük, şeirlər və zaman” adlı O.Süleymenovun yaradılığının qazax folklor mənələri ilə bağlılığına sahəsində axtarışlar aparmaqla qeyd edirdi ki, o, xalq yaradıcılığını daha geniş başa düşür. Onun şeir və poemalarına qazax eposunun, toy nəğmələrinin, oynaq qafiyələrin ritmi sanki dolur. O, sanki ünudulmuş, yaxud aradan çıxıb mərasimlərlə bağlı fikirlər irəli sürüb, onu alleqoriyaya çevirir və bununla da onların müasirliyə yolunu açıb, oxuculara yeni qiyafədə təqdim etməyi bacarırdı.

Yeri gəlmişkən qeyd edək ki, bu tipli fikirlərə biz M.Auezovun “Nəsillərim, döyüşdə mənim tərəfində dayanın” məqaləsində O.Süleymenovun poeziyasının milli özünəməxsusluğu üzərində daha çox dayandığını da əlavə edə bilərik. O, Oljas Süleymenovun yaradıcılığında özünü nümayiş etdirən bu tipli keyfiyyətlərin təsdiqini sübut edən amillərin xeyli əlamətlərini incələyərək həm də bildirirdi ki, onun poeziyasında köçərinin öz spesifik dünya qavrayışı ilə yenidən doğulması daim hərəkətə, fəaliyyətə can atması ilə bağlıdır... Onun hərəkəti öz çıxış nöqtəsinə malik olub, bütün tərəflərə istiqamətlənməklə nəinki xətti, həm də dairəvi olmaqla inkişaf edə bilər. Çünki köçərini düz dairəvi qüllük əhatə edir. Yurtanın özünün orta mili düz olmaqla ufuqi bünövrəsindən tutmuş ortadakı çıxıntısına qədər dünyayla bağlı təsəvvür yaradır O.Süleymenovun özündə “Dünya dairə kimi qucaqdır” – ifadəsi vardır.

O.Süleymenovun 1969-cı ildə nəşr olunmuş “Gil kitab” məcmuəsi maraqlı və böyük ədəbi hadisə kimi qəbul edilməklə, həm də yazıçının yaradıcılıq bioqrafiyasının ən mühüm həlqələrindən hesab edilməkdədir. Bu nəşr özü-özlüyündə eksperimental poemaları birləşdikməklə, həm də O.Süleymenov poetikasında yeni nəfəs, yeni naxış kimi görünürdü. “Gil kitab”da nə tarixi, nə də hər hansı hadisəylə bağlı işarə belə olmasa da, orada ekzotik düşüncə yer alır və məhz bu cəhətdə əsəri əyləncəli tarixi ədəbi nümunəyə yaxınlaşdırırdı. Belə müstəvidə O.Süleymenovun yaradıcılıq yolu 70 – 80-ci iillərin böyük şairləri Andrey Voznesenki və Bella Axmadulina, latış şairi İmant Ziedonis, ukraynalı İvan Draç və Vadim Korotiç, tacik Mömin Qənaət və azərbaycanlı M.Araz yaradıcılığı ilə həmahənglik təşkil edir. O.Süleymenovun “Gil kitab” əsərinə ayrıca tədqiqatişi həsr etmiş S.N.Maşkova hisab edir ki, şairin nəzərdən keçirilən poemasından novatorluğun janr məntiqi onun əvvəl, erkən dövr əsərləri, xüsusən “Yer, insana əyil” ilə tutuşdurub-qarşılaşdırdıqda daha çox müəyyənləşir”.

Oljas Süleymenov əsərlərində biz müəllifin qazax xalqının milli və sosial özünəməsxusluğunun bütün mahiyyətini onun tərəfindən inamla təqdim edilən psixoloji xüsusiyyətlərinin yazıçının özünün müəllif üslubunun qeyri-adiliyi ilə təqdimatında görürük.

O.Süleymenovun poeziyasında milli kolorit özünü yetərincə parlaq şəkildə ona görə nümayiş etdirir ki, məhz poeziyada onun spesifik xüsusiyyətlərinin konsentrasiyası müşahidə olunur. Şeirlərində təcəssümünü tapan fikirlər daha çox emosionallıqla ifadə olunmaqla bədii ifadəlilik imkanlaı ritm, strofika və qafiyənin köməyi ilə təcəssüm olunur. Bununla belə, bu da edilməlidir ki, müəllif qazax milli stixiyasında özünü yetərincə sərbəst hiss etdiyi zaman onun şeir və poemalarının digər dillərə, o cümlədən Azərbaycan dilinə də çevrilməsi yetərincə çətinliklər yaradır.

seeBaxış sayı:187
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see228

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see223

Keyn matçın ən yaxşı oyunçusu seçildi Linekerə çatdı

18 İyun 2026 02:23see204

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see203

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see200

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see198

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see198

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see187

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see186

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see186

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see185

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see175

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see159

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see159

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see159

Dünya çempionatı: Altı qolun vurulduğu oyunda İngiltərə sevinib

18 İyun 2026 02:02see156

Rusiyada Hitlerin adına pizza sifariş edən tələbə həbs edilib

18 İyun 2026 05:08see154

XXI əsrdə Dünya çempionatında başla qol vuran ən qısaboylu ikinci oyunçu oldu

18 İyun 2026 00:33see154

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see148

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri