Icma.az
close
up
RU
Tarixı tanıq OLJAS SÜLEYMENOV

Tarixı tanıq OLJAS SÜLEYMENOV

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Turan Uğur
AYB-nin üzvü, yazıçı.

Müəllifi olduğum “Sətirlər” verilişində vaxtilə məşhur qazax şairi, türk dünyasının böyük oğlu, geoloq, linqvist, diplomat Oljas Süleymenovun həyat və yaradıcılığının geniş əksini tapdığı veriliş hazırlamışdım.Həmin veriliş 2021-ci ilin sentyabrında “Mədəniyyət” kanalı vasitəsilə izləyicilərə təqdim olunub.Yazıçının əsərlərini sevən birisi kimi müxtəlif vaxtlarda Oljas Süleymenov haqqında yazılar, esselər də qələmə almışam.Düşünürəm ki, hər bir yetkin insan Oljas Süleymenovun əsərlərini oxumalıdır, özünü türk sayan hər kəs isə Oljası əzbər bilməlidir.Onun “Az i Ya”, “Türklər tarixdən əvvəl”, “Fenomen”, “Sözün kodu” kimi müəzzəm əsərləri türklüyümüz və türkçülüyümüz adına bir saxlancdır.
Oljas Süleymenovun linqvistik araşdırmaları, təhlilləri, ruhsal şeirləri türk dünyasına əvəzsiz bir hizmətin nəticəsidir.Azərbaycanın yaxın dostu olan Oljas Süleymenov həmişə xalqımızın yanında olub, ağrımızı ağrısı, sevincimizi sevinci bilib.Bu səbəbdən cənab Prezident İlham Əliyev yazıçını Azərbaycanın Şöhrət və Şərəf ordenləri ilə təltif edib, şəninə xoş sözlər ünvanlayıb.Ərz edim ki, bu ödüllər Oljasa ana südü kimi halaldır.Mayın 18-də türk dünyasının böyük oğlu, şərəf ünvanımız, qürur mənbəyimiz Oljas Süleymenovun 89 yaşı tamam olacaq.Fikrimcə,
”Mən - Oljas Süleymenov”, “Tarixə tanıq” kimi esse-hekayələrim Qazaxıstanın Xalq yazıçısı Oljas Ömərxan oğlu Süleymenovun ədəbi, akademik-elmi yaradıcılığına çox böyük işıq salır.Həmin yazılardan biri “Tarixə tanıq” essesini “Türküstan” qəzetinin oxucularına təqdim etməyim şairin doğum günü ərəfəsində Oljassevərlərə böyük bir töhfə olacaq.
Əziz oxucularımıza “Xoş mütaliələr” söyləyir, böyük yazıçının ömrünə də uca Allahdan bərəkət diləyirəm.

TARİXƏ TANIQ

Geoloqam...
Təbiəti öyrənirəm, təbiətin dilini bilmək milyardların dilini bilməyə bərabərdir.Eşitmişəm ki, Hüqonun həyatını bir laf
”le destin” ”tale” tamam-kamal dəyişibmiş. Bir söz də mənim həyatımı dəyişəcək.”Şumer”: necə də doğmadır bu söz.Bunu yaşlı kişidən eşidəndə, elə bil xəncər saplandı ürəyimə, sanki neştər dəlik-deşik elədi beynimdəki əndişələri, qovdu bütün şübhələri.Yerinə həqiqət gəldi.Şumer, Türk həqiqəti.Şumer: bu mədəniyyətdir. Bu qos-qoca mədəniyyəti çantama yığıb əsrlər boyu “koşşi”-lik, “köçəri”-lik edə bilərəmmi?
-Bilərəm...
Bəs hardan eşitmişdim bu sözü?
”Koşşi” sözünü diplomqabağı praktika zamanı Şimal-Şərqi Prikaspidə sinəsində “şərəf nişanı” ordenini gəzdirən bir qocadan duymuşdum.

Oljas Süleymenovam...
Ömərxan kişinin oğluyam.Atamı cəmi 4 gün görmüşəm, daha doğrusu o məni 4 gün görüb.Qıyıq gözlərimi hələ aça bilmirdimsə, necə görəcəkdim atam Öməri? Qıpçaq övladı olmağım, gözlərimin qıyıq olması hürkütməsin sizi, uzağı sonralar daha yaxşı görəcəkdim.Uzaqgörən olmağım üçün ara-bir keçmişə qanrılıb baxmaqda fayda var.Axı keçmiş əsla keçməmiş ulusum, keçmişi olmayanlar utansın, hə bir də adımızı vəhşi qoyub tariximizi eramızın 4-cü əsrinə aparan qondarma Sovet akademikləri.Onlara kimliyimizi sübut edəcəm.Əvvəl
“Az” deyəcəm sonra “ya”, daha sonra hər ikisini birgə: ”Az i ya”.

Türkəm...
40 professor və akamdemikə Şumer mədəniyyətinin varisi olduğumuzu söyləyəcəm.Ehhhh, daha nələr deyəcəm, nələr.60 sözlə şumer və türk ortağı olduğunu isbat edəndə mənə-
“bu, kifayət etməz” deyən qərəzli alimə tutarlı cavabım da olacaq.Nə kimi?, durun, düşünüm bir.Hə, belə desəm necə olar:
-“Dənizin dadını bilmək üçün heç də Sakit okeanının suyunu dibinəcən içməyə dəyməz, küləyin uzaqlardan qovub gətirdiyi bircə damla şor su da kifayətdir” Bənizi solacaq alimin, gətirdiyim dəlillər onun üzündə cizgilərin avazımalı, əhval-ruhiyyəsinin öləziməli olduğuna nişanədir. Ehh daha neçə “malı”, “məli”-ni hələ qarşımdakı akademiklərin cizgilərinə hörəcəm.

Orxon-Yenisey yazıları, gil lövhədəki yazılar, şumer sözləri...

Linqvistəm...
Yerin inkişaf tarixini öyrənə-öyrənə gəlib çıxdım sözlərin quruluşuna, nitq hissələrinə, dilçiliyin hər sahəsinə, əsasən də etimologiyaya meylim artmış oldu.Tariximizin sözlərdə gizləndiyinə əminəm.Saxlancımız sözlərimizdir.Sözün dəyişməyi insanın dəyişməyinin xəbərçisidir, həm də xalqın.

Şumerdə-ada-Türkdə ata
Şumerdə-tir-həyat, Türklərdə tiri, diri, diri olmaq, turu yaşamaq.
Şumerdə-Dinqir-tanrı, göy. Bizdə Tenqir, Teqri, Tanrı...və.s

Tələbəyəm...
İkinci ali təhsil alıram. Moskvada “Ədəbiyyat İnstitutu”-nda 1- ci kursda oxuyanda verilən kurs işi “İqor polku dastanında şərq elementləri” idi. Həmin dastanın müəllifinin slavyan yaxud türk olmağı mənim üçün önəmsizdir.Əsas odur ki, müəllif ikidilli olub, yazan ikidilli olubsa, deməli oxuyan da ikidilli olub.Türkizmləri tapıb çıxarmaq gərək.Nasixlərin türk sözlərini sonrakı əsrlərdə necə dəyişib, yerinə rus şimal dialektlərindən sözlər pərçim etdiyini üzə çıxaracam.Bu nədir? Bu nəyin əndişəsidir? nəyin qorxusudur? Zirzəmimdə şumerlə bağlı əlyazmalar nə üçün yağmalanıb, ahhhaaa narahat olanlar var? “Az i ya”-nın ilk oxuxcusu şair Konstantin Simonovun məktubunu aldım.Yazısında mənə qarşı “necə bir müharibənin başlandığını indidən təxmin edirəm”.-deyir.Haqlı çıxır Konstantin Mixayloviç...

Təqvimin 1975-ci iliyəm...
Mən Oljas üçün uğurlu gəlib yeni il, bir qədər də qalamqallı.Kipriyimlə od götürmüşəm.Yaxşı ki, bu kitab çıxanda “qalmaqalçı” adı ilə məni damğalamaqları bəs elədi.Sağ olsun Dinməhəmmədi.Kunayevi nəzərdə tuturam.Suslovun ağzına atsaydılar, hooop edib udmuşdu məni.Qursağında qalacaqdım ya yox, orasını bilmirəm, amma məni yeməyə hazır idi.Antisovet, pantürkist damğasını bəribaşdan qoymuşdu.Kunayevin Brejnevlə dost olmaqları işə yaradı.Gördüm ki, qara buludlar alıb başımın üstünü becid davrandım, Dimaşa dedim, məni qorudu, kitabı verdi Leonid İliçə.O da oxudu.Bəlkə də oxutdurub neçəsinə. Kitab oxumaq həvəsi harda idi Leonyanın, hə xokkey olsaydı baxardı amma.Dedi:
-“burada antisovet heç nə yoxdu”.Əla cavabdı həm də yerində deyilmiş. Kunayev bir az da ürəkləndi.Yoldaş Brejnev, olar bu qalmaqalçını Mərkəzi komitənin tərkibinə seçək? Cavab:
-“Layiqdirsə, seç”.
Yaxşı sivişib çıxdım bu məsələdən.

seeBaxış sayı:236
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri