Icma.az
close
up
RU
Qarabağ Universitetində ilk imtahan: Tələbələr təəssüratlarını bölüşdülər FOTO

Qarabağ Universitetində ilk imtahan: Tələbələr təəssüratlarını bölüşdülər FOTO

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ Universitetində payız semestrinin ilk imtahan sessiyası uğurla yekunlaşıb.

Modern.az-ın məlumatına görə, tələbələr imtahan prosesi ilə bağlı təəssüratlarını bölüşüblər.

Humanitar və sosial elmlər fakültəsinin tələbəsi İlknur Qasımov:

“İlk imtahan sessiyası mənim üçün olduqca maraqlı keçdi. İmtahan suallarında müəyyən çətinliklər var idi, lakin yaxşı hazırlaşdıqda suallara cavab vermək olurdu. Bundan əlavə, fənlər üzrə sualların aydın və məntiqli olmasından razı qaldım. Bəzi fənlər üzrə test üsulundan istifadə edilir, bəzilərində isə açıq tipli suallar var idi.

İmtahanlar müddətində müəyyən dərəcədə həyəcanım var idi, xüsusilə də ilk imtahanlarda bu daha çox hiss edilirdi. Amma imtahana yaxşı hazırlaşaraq dərs materiallarını vaxtında oxuyanda bu həyəcan azalmağa başlayır. Çətin suallara rast gəldikdə belə təmkinli olmaq və məntiqli düşünmək situasiyadan çıxmağa kömək edirdi. Müəllimlərimiz də öz növbəsində əlavə izah saatları təşkil edərək bizi imtahana hazırlayırdılar. Onların mənəvi dəstəyi imtahana hazırlıq prosesini xeyli asanlaşdırdı. Bunun üçün bütün müəllimlərimizə təşəkkür edirik”.

Pedaqoji fakültənin tələbəsi Nərmin Məhərrəmzadə:

“Qarabağ Universitetində keçirilən ilk semestr imtahanlarının təşkilində müasir qiymətləndirmə metodlarından istifadə olunması diqqətçəkən məqamlardandır. Yazılı, test, şifahi və praktik imtahanlarla bilik və bacarıqlarımız müxtəlif aspektlərdən yoxlanıldı.

Bəzi fənlər üzrə təqdimat və layihə şəklində keçirilən imtahanlar yaradıcılığımızı və tənqidi düşünmə bacarıqlarımızı nümayiş etdirməyimizə şərait yaratdı. Zənnimcə, imtahan prosesi şəffaf və ədalətli keçdi. Müəllimlər hər imtahan öncəsi bizim stressdən çıxmağımız üçün bir çox məsləhətlər verirdilər. Düşünürəm ki, növbəti semestrlərdə də uğurlarımızı davam etdirəcəyik”.

Turizm fakültəsinin tələbəsi Murad Zərbəliyev:

“İmtahanlar mənə görə həm maraqlı, həm də həyəcanlı keçdi. Ən çox tərəddüd içərisində olduğum tarix fənnindən də yüksək nəticə əldə etdim. Müəllimlərimiz də proses müddətində bizəz çox dəstək oldular və əlavə təkrar dərslər keçdilər. Təkrar dərslər stressimizin azalmasına, motivasiyamızın daha da artmasına şərait yaratdı.

Bundan əlavə praktik ingilis dilində həm şifahi, həm də yazılı imtahanlar keçirildi. Digər fənnlərdə də açıq və qapalı suallar yer alırdı. Qeyd edim ki, imtahanlardan əvvəl tələbələrin motivasiyasının artırılması məqsədilə rektorumuz Şahin Bayramovla görüş oldu. Bu görüşdə Şahin müəllim bizi imtahan prosesi barədə məlumatlandırdı, suallarımızı şəxsən özü cavabladı, təkliflərimizi dinlədi və imtahanla bağlı tövsiyələr verdi”.

Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Lalə Məmmədova:

“Sessiya müddətində mənim ən xoşuma gələn məqamlardan biri də sualların müxtəlif formatda tərtib olunması idi. Belə ki, bəzi fənnlər üzrə daha çox qapalı tipli suallar yer alırdı, digərlərində isə açıq tipli cavab tələb edən tapşırıqlar üstünlük təşkil edirdi. Şəxsən mən açıq tipli suallara daha çox üstünlük verirəm, çünki bu cür suallar təkcə yaddaşı yox, həm də analitik düşüncəni ortaya çıxarır və mövzuya yaradıcı yanaşma tələb edir.

Bu çətin, lakin öyrədici prosesdə müəllimlərimizin rolu danılmaz idi. Onlar bizə yalnız dərs saatlarında deyil, əlavə vaxt ayıraraq da dəstək olurdular. İmtahanlarla bağlı suallarımızı cavablandırmaq üçün müzakirə saatları təşkil edir, biliklərimizi möhkəmləndirmək üçün əlavə mənbələr təqdim edirdilər. Bu mənada həm müəllimlərimin dəstəyi, həm də öz səylərim sayəsində ilk imtahan sessiyasını uğurla yekunlaşdırdığımı düşünürəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri