Icma.az
close
up
RU
Ölkə nəhəngləri liderlər qrupunda möhkəmləndilər

Ölkə nəhəngləri liderlər qrupunda möhkəmləndilər

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Argentina çempionatının Apertura (açılış) mərhələsinin 12-ci və 13-cü turlarında qeydə alınan nəticələrdən sonra qrupların ən yüksək pillələrində vəziyyət dəyişmədi. Başqa sözlə, qrup liderləri mövqeyini qorudu.

"Football-plus.az" xəbər verir ki, A qrupunda 4-cü turdan sonra vahid liderliyi ələ alan “Veles Sarsfild” ilk 10 turda məğlubiyyət üzü görməmişdi. Nəhayət, Gilyermo Barros Skelottonun komandasına üstün gələn tapıldı. Paytaxt təmsilçisi əvvəlcə evdə “Lanus”dan xal ala bilmədi. İskyerdosun yeganə qoluna cavab verə bilməyən “ağ-göylər” növbəti oyunda “Ximnasiya”ya son dəqiqələrdə buraxdıqları qolla 2:3 hesabıyla uduzdular. Maraqlıdı ki, iki məğlubiyyətə baxmayaraq, Skelottonun komandası 1-ci yerdə qaldı.
Səbəb sadədi: liderin əsas izləyiciləri iki turda maksimum nəticə göstərməyi bacarmadılar. İki tur əvvəl 2-ci yerdə olan “Estudiantes” mümkün xalların yarısını toplaya bildi. Ötən mövsümün Klausura (bağlanış) mərhələsinin çempionu əvvəlcə evdə “Sentral Kordoba”nın qapısından 5 cavabsız top keçirəndən sonra səfərdə “San Lorenso”ya minimal hesabla məğlub oldu. Aleksander Medinanın çalışdırdığı La Plata klubu son nəticələrdən sonra liderdən yalnız 1 xal geri qalmaqla 2-ci yeri tutur.
A qrupunda 10-cu turdan sonra 3-4-cü yerləri bölüşən komandalar eyni nəticəni göstərdilər. “Union” ilə “Defensa y Xustisiya” iki oyuna 3 xal qazandı. Hər iki komanda mövqeyini əldən verdi: “Union” 4-cü, “Defensa y Xustisiya” isə 5-ci yerə düşdü.
Nəticələri bu qrupda əksini tapan “Boka Xuniors”, nəhayət, azarkeşlərini sevindirdi. Ölkə nəhəngi hər iki oyunu qalib başa vurdu. Evdə “İnstituto”nu 2:0, səfərdə “Talyeres de Kordoba”nı 1:0 hesabıyla məğlub edən Klaudio Ubedanın komandası mövqeyini gücləndirdi. “Boka” indi A qrupunda liderdən 2 xal geri qalmaqla 3-cü yerdədi.
B qrupunda 10-cu turdan sonra 20 xalla lider olan “İndependyente Rivadaviya” iki oyuna 6 xal qazandı. Evdə “Rosario Sentral”ın, səfərdə “Tiqre”nin qapısından iki cavabsız top keçirən Alfredo Bertinin komandası liderliyini möhkəmlətdi.
Çünki liderin əsas izləyicisi “Belqrano” iki oyunda hesabına xal yaza bilmədi. Öz meydanında “Rasinq”ə 1:2, səfərdə “River Pleyt”ə 0:3 hesabıyla uduzan Rikardo Zyelinskinin komandası 2-ci pillədən 5-ə düşdü. “Belqrano” indi liderdən 7 xal geri qalır.
Bu qrupda iki tur əvvəl 3-cü yerdə olan “Rosario Sentral” iki oyuna 3 xal qazanmaqla 4-cü yerə düşdü. Hər iki oyunda uduzan “Tiqre” isə üç pillə geriləməklə 7-ci yerə yuvarlandı.
Marselo Qalyardonun qeyri-qənaətbəxş nəticələrə görə “River Pleyt”i tərk etməsindən sonra baş məşqçi vəzifəsinə gətirilən Eduardo Kudetin təyinatı müsbət effekt verməkdədi. Yeni komandası onun rəhbərliyi altında keçirdiyi növbəti iki oyunda da maksimum nəticə göstərdi. “Estudiantes” (2:0) və “Belqrano” (3:0) üzərində qələbələr ölkə nəhəngini B qrupunda üç pillə irəliləməklə 2-ci yerə yüksəltdi. “River” kimi qələbə seriyasını 4 oyuna çatdıran “Arxentinos Xuniors”un hesabında da 23 xal var. Bu komandalar liderdən 3 xal geri qalırlar.
Aperturanın ilk üç oyununda uduzan yeganə komanda olan “Rasinq” son iki turda 3 xal qazanmaqla mövqeyini qorudu. Vitse-çempion statusunu daşıyan Qustavo Kostasın komandası B qrupunda 6-cı yerdə qaldı. Xatırladaq ki, pley-offa qruplarda ilk 8 yeri tutacaq komandalar vəsiqə qazanacaq.
qrup mərhələsi, 12-ci tur
Veles Sarsfild - Lanus 0:1
İskyerdos, 71.
Estudiantes LP - Sentral Kordoba 5:0
A.Kastro, 47. Amondarian, 70. Qayç, 80; 85; 88.
Defensa y Xustisiya - Union 2:0
Souto, 70. X.Qutyerres, 79.
İndependyente - Talyeres de Kordoba 1:2
Avalos, 58 – Skott, 69. Davila, 81.
Boka Xuniors - İnstituto 2:0
Aranda, 51. Bareyro, 56.
İndependyente Rivadaviya - Rosario Sentral 2:0
L.Qomes, 16. Arse, 29.
Belqrano – Rasinq 1:2
Selarayan, 54 - A.Fernandes, 30. Di Çezare, 61.
Banfild - Tiqre 1:0
Perrotta, 27.
Estudiantes RK - River Pleyt 0:2
Montyel, 70-p. Salas, 90+10.
Atletiko Tukuman - Ximnasiya LP 1:0
K.Ferreyra, 12.
Nyuellz Old Boyz - Ximnasiya M 1:0
Matsantti, 85.
Sarmyento - Aldosivi 2:0
Sabala, 45. Marabel, 86-p.
Arxentinos Xuniors - Platense 1:0
Leskano, 90+14-p.
Atletiko Urakan - Barrakas Sentral 0:0
Deportivo Riestra - San Lorenso 1:1
Alonso, 31 – Kuelyo, 78.
13-cü tur
Ximnasiya M - Veles Sarsfild 3:2
Munyos, 45+1. Modika, 81. Mammana, 90+1-öz qapısına – Monson, 3. Lansini, 11.
San Lorenso - Estudiantes LP 1:0
İnsaurralde, 11.
Union - Deportivo Riestra 2:0
Estiqarribia, 21-p. Tarraqona, 90+5.
İnstituto - Defensa y Xustisiya 2:0
Gerra, 25. Tissera, 83.
Lanus - Platense 0:0
Talyeres de Kordoba - Boka Xuniors 0:1
Bareyro, 71.
Tiqre - İndependyente Rivadaviya 0:2
Florentin, 39. Bukka, 83.
River Pleyt – Belqrano 3:0
Qalvan, 36; 83. Kolidio, 58.
Rosario Sentral - Atletiko Tukuman 2:1
Velis, 31; 75 – L.Dias, 38.
İndependyente - Rasinq 1:0
Avalos, 81.
Barrakas Sentral - Sarmyento 1:2
İnsua, 69-p. – Marabel, 24. Vilyalba, 40.
Aldosivi - Estudiantes RK 0:0
Ximnasiya LP - Atletiko Urakan 0:3
Kampo, 17. Blondel, 66. X.Kaysedo, 84.
Sentral Kordoba - Nyuellz Old Boyz 1:3
Barrera, 64 – F.Qarsiya, 10. Salomon, 40. Skarpessio, 90+5.
Arxentinos Xuniors - Banfild 3:2
Oros, 14. Viveros, 20. Leskano, 71 – Salasar, 28. M.Mendes, 47.
6-cı turdan təxirə salınan oyun
Arxentinos Xuniors – Lanus 2:1
E.Lopes, 53. Oros, 61-p. – Karrera, 85.
7-ci turdan təxirə salınan oyun
Aldosivi - Arxentinos Xuniors 0:2
Morales, 29. Rikelme, 37.
A qrupu
1. Veles Sarsfild 12 6 4 2 14-9 22
2. Estudiantes LP 12 6 3 3 14-6 21
3. Boka Xuniors 12 5 5 2 14-7 20
4. Union 12 5 4 3 18-12 19
5. Defensa y Xustisiya 12 4 7 1 15-10 19
6. Lanus 12 5 4 3 17-12 19
7. Talyeres de Kordoba 12 5 3 4 12-11 18
8. İndependyente 12 4 5 3 18-15 17
9. San Lorenso 12 4 5 3 12-12 17
10. Platense 12 3 6 3 6-7 15
11. İnstituto 12 4 2 6 13-15 14
12. Ximnasiya M 12 3 3 6 9-15 12
13. Sentral Kordoba 12 3 3 6 6-15 12
14. Nyuellz Old Boyz 12 2 3 7 10-23 9
15. Deportivo Riestra 12 0 7 5 3-9 7
B qrupu
1. İndependyente Rivadaviya 12 8 2 2 20-12 26
2. River Pleyt 12 7 2 3 17-9 23
3. Arxentinos Xuniors 12 6 5 1 13-7 23
4. Rosario Sentral 12 6 3 3 14-10 21
5. Belqrano 12 5 4 3 12-12 19
6. Rasinq 12 5 3 4 15-11 18
7. Tiqre 12 4 5 3 16-12 17
8. Atletiko Urakan 12 4 5 3 12-9 17
9. Barrakas Sentral 12 4 4 4 11-11 16
10. Sarmyento 12 5 1 6 10-12 16
11. Ximnasiya LP 12 4 2 6 13-18 14
12. Banfild 12 4 1 7 14-16 13
13. Atletiko Tukuman 12 2 3 7 13-18 9
14. Aldosivi 12 0 6 6 3-13 6
15. Estudiantes RK 12 1 2 9 3-17 5
Bombardirlər: Avalos (İndependyente) - 8, X.Kaysedo (Atletiko Urakan), Marabel (Sarmyento), M.Mendes (Banfild), D.Romero (Tiqre), Tarraqona (Union) - 6.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Aprel 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri