Icma.az
close
up
RU
Liderlər qrupunda qələbə turu

Liderlər qrupunda qələbə turu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

A seriyasında 31-ci turun oyunlarından sonra turnir cədvəlinin ilk üç pilləsində dəyişiklik baş vermədi.

"Football-plus.az" xəbər verir ki, buna səbəb liderlər qrupundakı komandaların qələbə qazanması oldu. Nəticədə lider “Palmeyras” ilə “Flamenqo” arasındakı bir xallıq fərq qorundu.
Əvvəlki turda vahid liderliyi ələ alan “Palmeyras” səfərdə “Juventude” ilə qarşılaşdı. B seriyasına düşməyə əsas namizədlərdən olan meydan sahibləri güclü rəqibinə qarşı bacardığı qədər müqavimət göstərdilər. Lakin nəticə gözlənildiyi kimi oldu. Bruno Rodriges ilə Felipe Andersonun hər hissədə vurduqları qollar san paulululara qələbə qazandırdı. Abel Ferreyranın komandası inamlı qələbə ilə liderliyi qorudu.
Liderin əsas izləyicisi də turu maksimum xalla başa vurdu. “Flamenqo”nun evdə “Sport Resife”yə qarşı oyunu gözlənilən nəticə ilə rəsmiləşdi. Rio de janeyroluların hücumlarına 50 dəqiqə tab gətirən A seriyasının ən zəif iştirakçısının müqavimətini Bruno Enrike qırdı. Linonun ötürməsi ilə hesabı açan 24 yaşlı hücumçu 9 dəqiqə sonra ikinci qolu da vurdu. 67-ci dəqiqədə hesabı darmadağın həddinə çatdıran De Arraskaeta bu mövsüm çempionatda 16-cı dəfə qol sevinci yaşadı. Filipe Luisin komandası inamlı qələbə ilə 2-ci yerdəki mövqeyini möhkəmləndirdi.
Tura 3-cü yerdə başlayan “Kruzeyro” da qızıl medallar uğrunda mübarizədə növbəti addımını atdı. Leonardo Jardimin komandasının “Vitoriya”nı 3:1 hesabıyla məğlub etdiyi oyunda bütün qollar ilk hissədə vuruldu. Dubl edən Kayo Jorje bu mövsüm çempionatdakı qollarının sayını 17-ə çatdırmaqla vahid liderliyi ələ aldı. Xalını 60-a yüksəldən “Kruzeyro” 3-cü yerdə qaldı. Belu orizontelilər bir oyun az keçirən lider “Palmeyras”dan 5 xal geri qalırlar.
Turun maraqla gözlənilən oyunu Mirassolda keçirildi. 4-cü yerdə olan eyniadlı komanda “Botafoqo”ya qarşı mübarizədə topa 66 faiz nəzarət etsə də, hər iki tərəf qapıya yalnız bir dəqiq zərbə endirə bildi. Qapıçılar zərbələri dəf etdilər və matç qolsuz başa çatdı. Mövqeyini möhkəmləndirən “Mirassol” azarkeşlərini Libertadores Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə qazanmaq baxımından bir qədər də ümidləndirdi. Braziliyanın son çempionu olan “Botafoqo” isə 7-ci yerdən 6-ya çıxdı.
Tura 5-ci yerdə başlayan “Bayya”nın “Braqantino” üzərində 2:1 hesablı qələbə ilə mövqeyini qoruduğunu da qeyd edək.
31-ci tur
Juventude - Palmeyras 0:2
Bruno Rodriges, 24. Felipe Anderson, 61.
Flamenqo - Sport Resife 3:0
Bruno Enrike, 51; 60. De Arraskaeta, 67.
Kruzeyro - Vitoriya 3:1
Kayo Jorje, 8-p.; 23. Arroyo, 45 – Oliveyra, 37.
Mirassol - Botafoqo RJ 0:0
Bayya - Braqantino 2:1
Villian Joze, 75; 90+2 – M.Fernandes, 20.
Seara - Fluminense 2:0
Qaleano, 38. Pedro Raul, 72.
Santos - Fortaleza 1:1
Paçeko, 74-öz qapısına – Bareyro, 35.
Korintians - Qremio 2:0
Qustavo Enrike, 46. Depay, 80-p.
İnternasyonal - Atletiko Mineyro 0:0
Vasku da Qama - San Paulu 0:2
Lukas Moura, 45+7-p. Luis Qustavo, 87.
1. Palmeyras 30 20 5 5 55-26 65
2. Flamenqo 30 19 7 4 59-16 64
3. Kruzeyro 31 17 9 5 45-22 60
4. Mirassol 31 15 11 5 52-31 56
5. Bayya 31 15 7 9 42-35 52
6. Botafoqo RJ 31 13 9 9 41-28 48
7. Fluminense 31 14 5 12 37-37 47
8. San Paulu 31 12 8 11 35-33 44
9. Vasku da Qama 31 12 6 13 49-43 42
10. Korintians 31 11 9 11 34-35 42
11. Qremio 31 10 9 12 33-40 39
12. Seara 31 10 8 13 29-29 38
13. Atletiko Mineyro 30 9 10 11 27-32 37
14. Braqantino 31 10 6 15 35-49 36
15. İnternasyonal 31 9 9 13 35-43 36
16. Santos 30 8 9 13 31-43 33
17. Vitoriya 31 7 10 14 28-47 31
18. Fortaleza 30 7 7 16 28-45 28
19. Juventude 31 7 5 19 24-58 26
20. Sport Resife 30 2 11 17 22-49 17
Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 17, De Arraskaeta (Flamenqo) – 16, Veqetti (Vasku da Qama) – 14, Vitor Roke (Palmeyras) - 13, Pedro (Flamenqo) - 12.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Noyabr 2025 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see268

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see258

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see252

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see249

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see244

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see235

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see234

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see231

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see223

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see208

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see206

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see206

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see203

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see202

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see202

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see198

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see195

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see192

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri