Icma.az
close
up
RU
Liderlər qrupunda maksimum nəticə

Liderlər qrupunda maksimum nəticə

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

A seriyasında 23-cü turun oyunlarında qeydə alınan nəticələrdən sonra liderlər qrupunda vəziyyət olduğu kimi qaldı. Bunun səbəbi ilk “üçlük”də olan komandaların maksimum nəticəyə nail olması ilə bağlıdı. Nəticədə lider ilə əsas izləyicisi arasındakı 3 xallıq fərq dəyişmədi.

Lider “Flamenqo” rəqib meydanında xal itirmədi. Filipe Luisin komandası liqanın ən zəiflərindən sayılan “Juventude”yə hər hissədə bir qol vurdu. Meydan sahibləri liderə yalnız yarım saat müqavimət göstərə bildilər. Rio de janeyrolular isə 32-ci dəqiqədə De Arraskaeta ilə istəklərinə çatdılar. Məşhur ispaniyalı futbolçu Saulun ötürməsi ilə hesabı açan 31 yaşlı uruqvaylı yarımmüdafiəçi cari mövsümdəki qollarının sayını 13-ə çatdırmaqla 2-ci yerdəki mövqeyini qorudu. İkinci hissə liderin üstünlüyü ilə keçsə də, ev sahibləri rəqib hücumlarının qarşısını kəsə bilirdilər. Lakin əsas vaxtın sonuna 3 dəqiqə qalmış Royalın vurduğu qol matçın 0:2 hesablı nəticəsini təmin etdi. Bu nəticə “Flamenqo”nun mövqeyini qorumasına şərait yaratdı. Rio de janeyroluların ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.
Tura 2-ci yerdə başlayan “Kruzeyro” azarkeşlərini yenə qələbə ilə sevindirdi. Belu orizontelilər səfərdə “Bayya”ya çətinliklə qalib gəldilər. Meydan sahibləri 66-cı dəqiqədə hesabı açsalar da, Leonardo Jardimin komandası qalan vaxtda bu qola iki dəfə cavab verdi. Əzmkar qələbə “Kruzeyro”nun 2-ci pillədə qalmasını təmin etdi. “Göylər” yenə lider “Flamenqo”dan 3 xal geri qalırlar.
Əvvəlki turda liderin əsas izləyicisi kimi mövqeyini “Korintians”la derbidən (1:1) sonra əldən verən “Palmeyras” bu dəfə büdrəmədi. Ötən mövsümün vitse-çempionu da hesabına maksimum xal yazdı. Abel Ferreyranın komandası evdə “İnternasyonal”ı 4:1 hesabıyla məğlub etdi. Qaliblər bütün qolları ilk hissədə vurdular. “Barselona”da özünü göstərə bilməyən 20 yaşlı hücumçu Roke het-trik etdi. Ehtiyatda iki təxirə salınan oyunu olan “Palmeyras” liderdən 4 xal geridədi.
“Kruzeyro”ya məğlubiyyət “Bayya”nı 4-cü yerdən 5-ə saldı. “Botafoqo”nun ilk “4-lüy”ə düşmək şansı vardı. Ancaq “San Paulu”ya məğlub olan son çempion 5-ci yerdən 6-ya gerilədi. 4-cü yerə isə “Qremio”ya minimal hesabla qalib gələn “Mirassol” yüksəldi.
23-cü tur
Juventude - Flamenqo 0:2
De Arraskaeta, 32. Royal, 87.
Bayya - Kruzeyro 1:2
Jean Lukas, 66 – Sinisterra, 76. Qabriel Barboza, 86.
Palmeyras - İnternasyonal 4:1
Roke, 4; 24; 43. Evangelista, 29 – Karbonero, 72.
San Paulu - Botafoqo RJ 1:0
Dinenno, 7.
Qremio - Mirassol 0:1
Alesson, 45.
Fortaleza - Vitoriya 2:0
Breno Lopes, 31. Paçeko, 47.
Atletiko Mineyro - Santos 1:1
İqor Qomes, 59 – Tikinyo Soares, 87-p.
Vasku da Qama - Seara 2:2
Koutinyo, 12. Kuesta, 80 – Qaleano, 56. Pedro Enrike, 90+4.
Fluminense - Korintians 0:1
Mateuzinyo, 73.
Braqantino - Sport Resife 1:1
Eduardo Saşa, 57-p. – Laserda, 90+3.
1. Flamenqo 22 15 5 2 47-10 50
2. Kruzeyro 23 14 5 4 37-16 47
3. Palmeyras 21 14 4 3 32-17 46
4. Mirassol 21 10 8 3 36-20 38
5. Bayya 21 10 6 5 29-24 36
6. Botafoqo RJ 21 10 5 6 30-14 35
7. San Paulu 23 9 8 6 27-23 35
8. Braqantino 23 9 4 10 28-33 31
9. Korintians 23 7 8 8 24-28 29
10. Fluminense 21 8 4 9 25-29 28
11. Seara 22 7 6 9 21-22 27
12. İnternasyonal 22 7 6 9 26-33 27
13. Atletiko Mineyro 21 6 7 8 21-25 25
14. Qremio 22 6 7 9 20-27 25
15. Vasku da Qama 22 6 5 11 32-33 23
16. Santos 22 6 5 11 21-32 23
17. Vitoriya 23 4 10 9 19-34 22
18. Juventude 22 6 3 13 19-43 21
19. Fortaleza 22 4 6 12 22-34 18
20. Sport Resife 21 1 8 12 15-34 11
Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 15, De Arraskaeta (Flamenqo) - 13, Veqetti (Vasku da Qama) - 12, Pedro (Flamenqo) - 10, Pedro Raul (Seara), Reynaldo (Mirassol), Renato Kayzer (Vitoriya) - 7.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri