Icma.az
close
up
RU
Ölkə tam işıqsız qaldı

Ölkə tam işıqsız qaldı

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Amerika ölkəsi Çilidə ölkənin 99 faizini əhatə edən elektrik enerjisinin kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

"Cebheinfo.az"  yerli mediaya istinadən xəbər verir ki,  ölkə daxilində elektrik enerjisinin kəsilməsi 8 milyondan çox insana təsir edib və həyat dayanıb.

 Demək olar ki, bütün ölkə elektriksiz qaldıqdan və paytaxt Santyaqo başda olmaqla bir çox bölgədə komendant saatı tətbiq etdikdən sonra hökumət fövqəladə vəziyyət elan edib.

Elektrik enerjisinin kəsilməsi nəqliyyat və gündəlik həyatı pozdu və xüsusilə Santyaqoda nəqliyyatda böyük xaos hökm sürüb.

Çilidə bank, maliyyə, mədən və ticarət fəaliyyətləri dayandırılıb. Minlərlə polis və əsgər ictimai təhlükəsizliyi təmin etmək üçün kritik nöqtələrə təyin edilib.

Yerli media bəzi ərazilərdə elektrik enerjisinin bərpa olunduğunu, lakin nəticədə çoxlu soyuducu, paltaryuyan, qabyuyan maşın və digər məişət texnikasının sıradan çıxdığını bildirib.

Çili Prezidenti Qabriel Borik açıqlamasında milyonlarla insanın qurbanına çevrilən bu vəziyyətin qəbuledilməz olduğunu bildirib.

Borik "Bu gün baş verənlər hamımızı qəzəbləndirir. Bir və ya bir neçə şirkətin məsuliyyətsizliyi milyonlarla insanın gündəlik həyatına mənfi təsir göstərib. Məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edəcəyik.

Biz də qurumların düzgün işləməsini və bu fövqəladə vəziyyətin tez bir zamanda sona çatmasını istəyirik", - deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see351

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see287

Trampın masasında şok sənəd GİZLİ DETALLAR KONKRET

20 İyul 2026 00:02see238

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see231

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see227

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see218

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see212

Azərbaycanlı sənətkarın əsərləri Türkiyədə nümayiş olunur

19 İyul 2026 20:21see196

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see194

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see189

Dünya çempionatı: Final oyununda ikinci hissə başladı

20 İyul 2026 00:29see185

“Yuventus” Kini satdı

20 İyul 2026 00:29see184

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see181

Şuşada bədii musiqili kompozisiya nümayiş olunub

19 İyul 2026 20:37see177

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see176

Üzüm yarpağının suyu niyə daşır?

20 İyul 2026 00:23see173

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see168

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see162

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see156

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri