Icma.az
close
up
RU
Ölkədə bahalaşma gözlənilir Qiymət artımına hansı amillər təsir edir? ŞƏRH

Ölkədə bahalaşma gözlənilir Qiymət artımına hansı amillər təsir edir? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Son günlər bazarlarda müşahidə olunan qiymət artımı ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Ət, süd və digər ət məhsullarının bahalaşması alıcılar arasında ciddi narahatlıq yaradıb.

Mütəxəssislərin sözlərinə görə, ət məhsullarının qiymət artımına əsas səbəb heyvanlar arasında yayılan dabaq xəstəliyidir. Nəticədə bazarda mal ətinə olan təklif azalıb, bu isə qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.

Dabaq xəstəliyi səbəbindən bir çox vətəndaş alternativ olaraq toyuq və balıq məhsullarına üstünlük verir. Artan tələbat isə həmin məhsulların da qiymətinə təsirsiz ötüşməyib.

Son vaxtlar isə ilin sonu və gələn ilin əvvəli üçün ölkədə ümumi bahalaşma ehtimalı ilə bağlı fikirlər səslənir. Bu proqnozların reallıq payı varmı? Turkustan.az olaraq bu sualı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

Günay Hüseynova

İlk növbədə qeyd etmək istəyirəm ki, bahalaşma təkcə ölkəmiz üçün xarakterik hal deyil. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və inflyasiyanın sürəti bir çox ölkələrin daxili bazarlarına birbaşa təsir göstərən amillər sırasındadır.

Gələn il üçün qiymət artımına gəlincə, artıq məlumdur ki, minimum əməkhaqqı, pensiya, müavinət və təqaüdlərlə yanaşı, bəzi vergi dərəcələrinin də artırılması nəzərdə tutulur. Təbii ki, bu dəyişikliklər bazarda qiymət səviyyəsinə təsir edəcək.

Digər mühüm amil isə idxaldan asılılığımızdır. Zəruri və gündəlik tələbat məhsullarının bir çoxunda özümüzü 100% təmin edə bilmirik. İdxal etdiyimiz ölkələrdəki qiymət dəyişikliyi də daxili bazarda bahalaşmaya səbəb olan əsas faktorlar arasındadır.

Bütün bu amillərin məcmusu nəticəsində sahibkarlar da qiymət artımını vitrinlərdə əks etdirirlər. Lakin məsələnin görünməyən, qeyri-leqal tərəfi də mövcuddur ki, bu da süni qiymət artımı ilə bağlıdır. Məsələn, pensiya, əməkhaqqı və təqaüdlərin yaxın aylarda artacağını bilən bəzi işbazlar bu prosesi qabaqlayaraq qiymətləri tədricən qaldırırlar. Onlar qiymət artımını birdən-birə deyil, günbəgün və ya həftəlik şəkildə həyata keçirirlər ki, alıcının gözündə bu dəyişikliklər o qədər də hiss olunmasın və şikayətlər yaranmasın.

Əslində vəziyyətdən çıxış yolu sadədir. Bütün ticarət müəssisələri elektronlaşdırılmış sistemə keçid etsələr, istənilən məhsulun hansı tarixdə, hansı qiymətə satıldığı, alış və satış fakturaları arasındakı fərq, vitrin qiyməti ilə sistemdəki və alıcıya təqdim olunan qiymət arasındakı uyğunluq asanlıqla izlənilə bilər.

Təəssüf ki, hazırda yoxlamalar kifayət qədər aparılmır, əsasən yalnız şikayət daxil olduqda reaksiya verilir. Bundan əlavə, əhalinin bu mövzuda maarifləndirilməsi də aşağı səviyyədədir.

Təklif edirəm ki, mağazaların girişində və daxili hissəsində maarifləndirici lövhələr quraşdırılsın, istehlakçı hüquqları ilə bağlı əlaqə məlumatları aydın şəkildə göstərilsin. Belə olduqda vətəndaş hüququ pozulduqda hara və necə müraciət etməli olduğunu biləcək, haqqını doğru ünvandan və qanuni şəkildə tələb edə biləcək.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri