Taleh Kazımov: Ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına artırıcı təsir göstərib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına 6,1 faiz bəndi artırıcı təsir göstərib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Bununla belə, onun sözlərinə görə, 2024-cü ilin ötən dövründə illik inflyasiya hədəf daxilində olub.
"Bu ilin oktyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,4 % təşkil edib. Apardığımız təhlillər göstərir ki, bu göstərici həm xarici amillərdən, həm də ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərindən təsirlənib. O cümlədən, manatın nominal effektiv məzənnəsinin artması inflyasiya 3,1 faiz bəndi azaldıcı təsir göstərib. Xarici amillərin birbaşa xalis təsiri isə 3 faiz bəndi artırıcı olub. Bu ilin sonuna illik inflyasiyanın 5,1 % olacağını gözləyirik. İyul proqnozumuz 5,4 % olmuşdu. İnflyasiya proqnozundakı dəyişiklik ticarət tərəfdaşlarımızdakı inflyasiyanın daha aşağı olacağı ilə bağlıdır", - deyə sədr qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















