Icma.az
close
up
RU
“Ölkədə əsas fənlər üzrə tədris göstəriciləri təkmilləşdirilməlidir” SABİQ DEPUTAT

“Ölkədə əsas fənlər üzrə tədris göstəriciləri təkmilləşdirilməlidir” SABİQ DEPUTAT

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər ölkədə təhsil sahəsində qarşılaşılan bir çox çətinliklər, xüsusən də əsas fənlərdə özünü göstərir.

Riyaziyyat, fizika, kimya və informatika kimi elmi əsaslara dayanan fənlərin tədrisi son illərdə ciddi narahatlıq doğurur.

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin də bu məsələyə dair açıqlamaları, mövcud vəziyyətin təkmilləşdirilməyə ehtiyac olduğunu bir daha üzə çıxarır.

Gununsesi.info-ya danışan sabiq deputat Etibar Əliyev mövzunu belə şərh edib:

“Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə, “Xalq” qəzetinə verdiyi müsahibəsində ölkədə Riyaziyyat, İnformatika, Fizika və Kimya fənlərinin tədrisinin vəziyyətinin narahatedici olduğunu təsdiq edib.

Məleykə Abbaszadə xüsusilə Kimya fənnindəki vəziyyətə diqqət çəkib və bildirib ki, abituriyentlər tərəfindən ən çox seçilən I qrupda bu fənn üzrə nəticələr hələ qənaətbəxş deyil. Qeyd edib ki, I qrupda Kimya fənninin orta göstəricisi yalnız 24.18 faizdir, IV qrupda isə bu göstərici 49.17 faizdir. Bu isə qruplar arasında təxminən 25 faizlik bir fərq yaradır.

Abbaszadə həmçinin, I qrupda Fizika üzrə düzgün cavabların faizi yalnız 33.29% olduğunu və Riyaziyyat üzrə də vəziyyətin eyni olduğunu vurğulayıb. Bu, ölkənin ən vacib fənləri üzrə tədrisin nə qədər zəif olduğunu göstərir”.

O, qeyd edib ki, bu göstəricilər, gələcəkdə İT sahəsində fəaliyyət göstərmək istəyən abituriyentlərin Riyaziyyat və İnformatika fənləri üzrə əsas biliklərinin hələ də tam formalaşmadığını göstərir:

“İnformatika fənni üzrə keçirilən imtahanlarda isə nəticə cəmi 37.86 faizdir və bu da əvvəlki illərlə müqayisədə yalnız kiçik bir artım nümayiş etdirir.

Cənab Emin Əmrullayev və hörmətli komandanız, ölkənin gələcəyini formalaşdıracaq bu vacib fənlər üzrə mövcud vəziyyətin təkmilləşdirilməsi üçün ciddi addımlar atmağa çağırırıq. Dövlətin zəfəri yalnız döyüş meydanında deyil, həm də təhsildə qazanılmalıdır.

Əgər riyaziyyat, fizika və kimya kimi elmi əsaslara dayanan fənlərdə belə ciddi statistik göstəricilər əldə edilirsə, bu, təhsilin daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu göstərir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri