Icma.az
close
up
RU
Ölkədə gündəm olan artımlarla bağlı bilinməyən detal Sabiq deputat açıqladı

Ölkədə gündəm olan artımlarla bağlı bilinməyən detal Sabiq deputat açıqladı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ildən Azərbaycanda bir sıra maliyyə və sosial dəyişikliklər qüvvəyə minəcək. Alkoqollu içkilərdən tutmuş kirayə gəlirlərinə qədər bir çox sahədə yeni vergi və aksiz dərəcələri tətbiq olunacaq. Lakin minimum maaş və pensiyanın dəyişməməsi fonunda bu qərarların vətəndaşların gəlir balansına necə təsir edəcəyi sual doğurur.

Yeni vergi və aksiz artımları ümumi inflyasiya səviyyəsini artıra bilərmi? Vətəndaşlar bu dəyişikliklərə necə hazırlaşmalıdır – qənaət, sərmayə, yoxsa başqa yollarla?

Globalinfo.az-a danışan iqtisadçı, sabiq deputat Vahid Əhmədov deyib ki, 2026-cı ilin dövlət büdcəsinə hələ Milli Məclisdə baxılmayıb, yalnız ilkin proqnozlar açıqlanıb.

Onun sözlərinə görə, buna əsasən gələn il üçün müəyyən dəyişikliklər gözlənilir:

“Xüsusilə maliyyə, sosial və vergi sistemində yeniliklər nəzərdə tutulur. Kirayə gəlirləri ilə bağlı vergilərin artırılması, aksiz vergilərində artım və digər istiqamətlərdə də dəyişikliklər olacaq. Ümumi mənzərəyə baxdıqda, 2025-ci illə müqayisədə vergi yığımlarında təxminən 4-5 faiz artım var. Bu da gəlirlərlə müqayisədə kifayət qədər ciddi rəqəmdir və əhalinin maddi vəziyyətinə təsir göstərəcək. Vergi artımı istər-istəməz insanların həyat şəraitinə müəyyən dərəcədə təsir edir. Digər tərəfdən, gələn il yaşayış minimumu ilə bağlı məsələlər hələ tam həllini tapmayıb və bu sahədə ciddi artımlar gözlənilmir”.

Vahid Əhmədov

İqtisadçı qeyd edib ki, adətən dövlət büdcəsi müzakirə edilərkən sosial sahələrə xüsusi diqqət ayrılır:

Prezident də bu məsələlərin müzakirəsi zamanı ilk növbədə sosial yönümlü xərcləri önə çəkir. Lakin son dövrlər neft hasilatında müşahidə olunan azalma neftin gəlirlərinə mənfi təsir göstərir. Buna baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları kifayət qədər yüksəkdir, təxminən 70 milyard dollar civarındadır. Bu ehtiyatları qorumaq strateji baxımdan çox vacibdir. Hazırda dünyada geosiyasi gərginliklər, böyük dövlətlər arasında gedən iqtisadi və siyasi rəqabət yeni müharibələrə gətirib çıxara bilər. Üstəlik, AzərbaycanErmənistan arasında sülh müqaviləsi hələ imzalanmayıb. Bu baxımdan iqtisadi sabitliyin qorunması, maliyyə ehtiyatlarının düzgün idarə olunması önəmlidir. Bütün bunlar insanların sosial rifahına müəyyən qədər təsir etsə də, dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələlərə yenidən baxılması gözlənilir. Xüsusilə, hansı sahələrdə vergi artımının tətbiq olunacağı və bu artımların əhaliyə təsir dərəcəsi parlamentdə ətraflı nəzərdən keçiriləcək”.

V.Əhmədov gəlir vergisi ilə bağlı bəzi problemlərin də mövcud olduğunu vurğulayıb:

“Lakin 2026-cı ilin büdcə müzakirələri zamanı millət vəkillərinin bu məsələlərə xüsusi diqqət yetirməsi və bir sıra istiqamətlərdə düzəlişlər edilməsi mümkündür. Digər mühüm məqam odur ki, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq məqsədilə bir sıra vergi güzəştlərinin müddətinin uzadılması planlaşdırılır. Bildiyiniz kimi, sənaye parkları əvvəllər yeddi il müddətinə əmlak və torpaq vergisindən azad edilmişdi. İndi bu müddətin əlavə altı il uzadılması nəzərdə tutulur. Bu qərar qeyri-neft sektorunun inkişaf tempini qorumaq və artırmaq baxımından müsbət addımdır. Neft hasilatının azalması fonunda qeyri-neft sektorunun inkişafı və regionlarda yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir”.

Sabiq deputat onu da qeyd edib ki, hazırda ölkədə 14 iqtisadi rayon var və hər birində yeni iş yerlərinin açılması üçün ayrıca proqramların hazırlanması zəruridir:

“Bu, həm regionlardan şəhərlərə miqrasiyanın qarşısını almağa, həm də yerli iqtisadiyyatı canlandırmağa xidmət edəcək. İnfrastruktur sahəsində – qaz, su, işıq və yol təminatında mühüm işlər görülüb. Lakin istehsal müəssisələrinin azlığı regionlarda məşğulluq problemini hələ də aktual saxlayır. Buna görə də 2026-cı ilin büdcəsində regionlarda iş yerlərinin artırılması istiqamətində konkret addımların atılması vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri