Icma.az
close
up
RU
Ölkədə istehlak kreditləri üzrə faizlər yüksəkdir: Hansı fəsadları var?

Ölkədə istehlak kreditləri üzrə faizlər yüksəkdir: Hansı fəsadları var?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda istehlak kreditləri əhalinin müxtəlif ehtiyaclarını qarşılamaq üçün mühüm maliyyə vasitəsi kimi istifadə olunur. Lakin son dövrlərdə vətəndaşlar istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasından şikayət edirlər. Bunu statistik rəqəmlərdən də görmək mümkündür. Belə ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci il yanvar ayının birinə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb. İstehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 10 faiz və digər istehlak kreditləri üzrə 20 faiz təşkil edib. Qeyd edək ki, illik müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi - yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər və avtomobil kreditləri 1 faiz bəndi azalıb, kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, digər istehlak kreditlərində isə 3 faiz bəndi artıb. Bu dövrdə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə dəyişməyib. Kredit faizlərinin artımı hansı səbəblərlə bağlıdır?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, ölkəmizdə təqdim olunan istehlak kreditləri üzrə faizlər yüksəkdir: "Azərbaycanda banklar, əsasən əhaliyə istehlak kreditləri verir. Bu kreditlərin faiz dərəcələri banklar arasında müəyyən qədər fərqlənsə də, bütövlükdə kredit portfelində orta faiz dərəcəsi eynidir. Bəzi istehlak kreditləri üzrə faiz dərəcəsi 25-26, digər kreditlər üzrə 15-16 faiz təşkil etsə də, istehlak kreditlərinin ortalama faiz dərəcəsi 20 faiz ətrafındadır. Belə kreditlər baha kredit hesab olunur".

Onun sözlərinə görə, əgər ölkədə istehlak qiymətləri indeksi və inflyasiya səviyyəsi nəzərə alınsa, o halda banklar tərəfindən əhaliyə təklif olunan istehlak kreditlərinin real dəyərindən bir neçə dəfə baha təklif olunduğunu görə bilərik. Kreditlərin həddindən artıq baha olması son nəticədə problemli kreditlər portfelinin şişməsinə səbəb olur.

F.Yusifovun fikrincə, Mərkəzi Bank bu faizlərlə bağlı müəyyən işlər həyata keçirsə də, demək olar ki, heç bir nəticəsi olmur: "Mərkəzi Bankın uçot dərəcəsini bir neçə dəfə aşağı saldığı vaxtlarda da kommersiya banklarında kreditlər baha satılırdı. Əslində uçot dərəcəsinin azaldılması kreditlərin ucuzlaşmasını təmin etməlidir. Lakin təəssüf ki, illərdir biz təcrübədə bunu görə bilmirik".

"Xarici banklara da şərait yaratmaq lazımdır"

İqtisadçı bu problemin həlli yollarından da bəhs etdi. Onun sözlərinə görə, kredit faizlərinin aşağı salınması tələb və təklif əsasında formalaşa bilər. Bazarda bir məhsul az olanda qiyməti yüksəlir, lakin artdıqda qiymətlər tənzimlənir: "O səbəbdən düşünürəm ki, xarici banklara da şərait yaratmaq lazımdır. Əgər ölkənin bank sektorunda digər oyunçuların - dünyanın böyük banklarının iştirakı təmin edilərsə, o halda ölkə ərazisində kredit təklifləri artar, tələb və təklif əsasında istehlak kreditlərinin, həmçinin biznes kreditlərinin faiz dərəcələri tam optimallaşar. Filiallar və ya nümayəndəliklər şəklində bunu təmin etmək olar. Yerli banklar da məcbur olub faizləri endirəcək".

Xatırladaq ki, Avropa ölkələrində istehlak kreditləri üzrə faizlər 5-12 faiz, hətta bəzi ölkələrdə 3-5 faiz arasındadır. Qonşu ölkələrdə isə vəziyyət bir az daha fərqlidir. Belə ki, Türkiyədə istehlak kreditləri faizləri son illər artsa da, 15-20 faiz civarında dəyişir. Rusiyada isə inflyasiya səbəbindən faizlər 15-25 faiz aralığındadır.

"Faizlə bağlı limit mövcud deyil"

İqtisadi məsələlər üzrə ekspert Asif İbrahimlinin sözlərinə görə, istehlak kreditləri üzrə faizlər təyin edilərkən müəyyən məsələlər nəzərə alınır: "İstehlak kreditlərinin faizlərində artma və ya azalma hansısa kredit məhsulunun hesablanmış faiz miqdarı, bankların qiymət siyasəti əsas götürülərək təyin edilir. Kreditlərin verilməsində əsas ön plana çıxarılan istehlakçının kredit ödəmə qabiliyyətidir. Müvafiq risk dərəcəsi hesablanaraq faizlər müəyyənləşdirilir. Qanunvericilikdə faiz miqdarının hansı limitdə olması ilə bağlı məhdudiyyət mövcud deyil".

A.İbrahimli bildirdi ki, faizlərin aşağı salınması adətən kampaniya xarakteri daşıyır: "Bazara yeni bir kredit məhsulu çıxdığı zaman, yaxud kredit məhsulunun tanıdılması lazım olduqda, hansısa kredit məhsulu daha çox mənfəət gətirdiyi zaman bu tendensiyanı müşahidə edirik".

Onun sözlərinə görə, kredit faizlərinin artması hər hansı təhlükə ehtiva etmir. Çünki istehlakçının təqdim etdiyi məlumatlara əsasən, risklərin qiymətləndirilməsi və ödəmə qabiliyyətinin hansı səviyyədə olması müəyyənləşdirilir: "Bununla bağlı qanuna müəyyən dəyişikliklər də edildi. Hərtərəfli araşdırıldıqdan sonra kredit təqdim edilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see280

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see170

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see170

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see169

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see127

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri