Icma.az
close
up
RU
Ölkədə niyə yeni partiyalar yaranmır? SƏBƏBLƏR

Ölkədə niyə yeni partiyalar yaranmır? SƏBƏBLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

2023-cü ildə Azərbaycanda qəbul edilən "Siyasi partiyalar haqqında" qanunun ölkənin siyasi mühitinin daha da inkişafı və yeni partiyaların yaradılması baxımından müstəsna rol oynaması gözlənilirdi. Lakin qanunun qəbulundan bu yana ölkədə yeni partiya yaradılmayıb.

Önümüzdəki dövrdə yeni partiyaların yaradılıb-yaradılmayacağı, eləcə də gənc nəslin siyasi məsələlərdə aktiv olmaması diqqətçəkən mövzulardır. 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Modern.az-a bildirib ki, Azərbaycanda yeni siyasi partiyaların yaranmaması ciddi narahatlıq doğuran tendensiyadır:

"Bunun da bir sıra səbəbləri var.Təəssüf ki, yeni nəsil siyasi proseslərə elə də maraq göstərmir. Ölkədə uzun illər davam edən gərginlik, hakimiyyət-müxalifət münasibətlərindəki qarşıdurmalar gənclərin siyasətə qoşulmasının qarşısını xeyli alıb”.

Elşad Musayevin sözlərinə görə, qəbul edilmiş yeni “Siyasi partiyalar haqqında” qanun da siyasi təşkilat qurmaq istəyənlər üçün daha ciddi tələblər müəyyən edib:

“Əvvəllər siyasi partiya yaratmaq üçün 2000 üzv kifayət edirdisə, indi bu rəqəm 5000-dir. Bu, yeni partiya yaratmaq istəyənlər üçün daha məsuliyyətli yanaşma tələb edir”.

Partiya sədri hesab edir ki, ölkənin gələcəyini təmin edəcək yeni siyasi nəsil formalaşmalıdır:

“Yeni nəsil siyasətçilər meydana çıxmalıdır. Gənclik siyasi proseslərə qoşulmalıdır. Siyasi partiyaların fəaliyyətinə daha geniş imkanlar yaradılmalı və bu fəaliyyət stimullaşdırılmalıdır. Ölkənin gələcəyini yeni nəsil çiyninə almalıdır.

Rəqabət mühiti olmalıdır, alternativlik təmin edilməlidir. Bələdiyyə və parlament seçkilərində iştirak etmişik və postmüharibə dövründə şərtlər fərqli idi. Amma hesab edirəm ki, bundan sonrakı mərhələdə həm hakimiyyətlə müxalifət arasında dialoq daha normal olacaq, həm də əvvəlkindən daha əlverişli siyasi mühit formalaşacaq”.

E.Musayevin fikirincə, siyasi mühitin yaxşılaşması yeni nəslin siyasi proseslərə qoşulmasını sürətləndirə bilər:

“Yeni siyasi şərait gəncliyi siyasətə daha çox cəlb edəcək. Bu, həm ölkənin inkişafı, həm də partiya sisteminin sağlam rəqabət üzərində qurulması üçün vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri