Icma.az
close
up
RU
Ölkədə qadın qətlləri artır SƏBƏBLƏR

Ölkədə qadın qətlləri artır SƏBƏBLƏR

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son dövrlər ölkədə qadın zorakılığı və qadın qətlləri adi hal alıb. Elə bir gün yoxdur ki, mediada qadın zorakılığı və qətlləri ilə bağlı xəbərlərə rast gəlməyək.

Bunun səbəbi qadının azad olmaması və kişidən asılı olmasıdır. Yəni əsrlərdir nənə-babalarımızdan gələn “mental dəyərlər”, “ailə dəyərləri”, evin böyüyü kişidir, kişi nə deyirsə onun sözü qanundur, qadın ərə gedirsə onun ər evindən yalnız meyiti gəlməlidir, ər evində əzab, şiddət görsəndə “ailən” üçün dözməlisən kimi axmaq təfəkkürlər əsrlərdir kişinin ailədə cəmiyyətdə dominant mövqe tutmağına səbəb olmuş, qadını kişinin qulu halına gətirmiş və patriarxal cəmiyyət formalaşdırmışdır. Yəni qadın dünyaya gözünü açan gündən qardaş, ata diqtəsi ilə oturub durmalı, şəxsi həyatı ümümiyyətlə olmamalı, geyiminə, addımlarına “qeyrət” və “namus” sinvolu hesab olunan ata evində “ata”, “qardaş”, ailə qurduqda isə “ər” nəzarət etməlidir. Məhz bu səbəbdən qadınlar ailə üzvləri, həyat yoldaşları tərəfindən şiddətə məruz qalır, öldürülürlər. Təkcə bu ay ərzində 6 qadın qətlə yetirilinb, 3 qadın isə bıçaqlanıb. Bunlar hələ mediada ictimailəşən rəqəmlərdir. Təəssüf ki, qadın zorakılığı və qətlləri ilə bağlı dəqiq statistika aparan müstəqil mənbələr yoxdur. Halbuki, qadınlar anlamalıdırlar ki, qadında kişi kimi azad doğulur və azad olmalıdır. Kişi qadına diqtə edə onun addımlarına nəzarət edə bilməz. Qadın haqları aktivistlərinin vurğuladığı kimi “qardaş qeyrəti”, “ata namusu”, qaynana-qaynata, ər qulluqçusu deyil. Qadın atacağı addımlarla bağlı ailədə, cəmiyyətdə nəinki hər hansısa bir kişiyə, ümumiyyətlə,heç kəsə hesabat verməli deyillər. Qadın mühafizəkar cəmiyyətin normallaşdırdığı kimi mütləq şəkildə ailə qurmaq, uşaq dünyaya gətirmək vasitəsi deyil. Təəssüf ki, bizdə qadınlar öz hüquqlarını bilmir. Ali təhsil almaq, öz karyerasını qurmaq, öz ayaqları üzərində dayanmaq, çalışmaq yerinə ailə qurub bir ömür evdar qadın olmağı seçir. Əgər hər hansısa bir qadın ali təhsil aldıqdan sonra həm çalışıb həm ailə qurmağı seçirsə yanılır. Çünki heç bir kişi qadını özündən daha yüksək vəzifədə və pillədə görmək, daha yüksək maaş almasını istəməz. Kişinin ən qorxduğu şey dominant mövqeyini itirməkdir. Kişi istəyirki qadın hər zaman ona tabe olsun. Evli bir qadının övladı olduqdan sonra həyat yoldaşı təzyiq göstərir ki, işdən çıx evdar qadın ol. Ona görədə indiki dövrdə ən xoşbəxt qadın heç vaxt ailə qurmayan qadındır. Təssüfki bölgələrdə orta məktəbi belə bitirmədən 15-16 yaşlı qızların özlərindən 2 dəfə böyük 30-35 yaşlı oğlanlarla evləndirilməsi yəni erkən nigahlar adi hal alıb. Təbii ki, orta məktəbi bitirməyən bir qadın cahil olur nə ailədə nə cəmiyyətdə öz hüquqlarını bilmir və bir ömür əzilməli olur. Qanunla erkən nigah cinayət olsada təssüfki cəzasızlıq mühiti olduğu üçün bundan çəkinmirlər. Nəinki çəkinmək, hətta belə hallar mediada ictimailəşdiyi halda belə ailələr ümumiyyətlə narahat olmur. Nəiinki narahat olmaq hətta ilin əvvəlində televiziya verilişlərinin brirində erkən nigahla bağlı şikayətin ardınca rayona yollanan məşhur aparıcılardan biri və kanalın digər əməkdaşları oğlan evi və “bəy” tərəfindən hücuma məruz qalmış, kamerları sındırılmışdı. Bütün bunlar azmış kimi ailə arxayınlıqla aparıcıya bildirmişdi ki, nə istəyirsiz edin bu “toy” baş tutacaq. Qanunlar o dərəcədə sərtləşdirilməlidir ki, heç kim erkən nigaha və nəiinki qadına qarşı zorakılıq heç qadına səsini belə yüksəltməyə cəsarət etməsin. Qanundan başqa illərdir nənə babalarmızın formalaşdırdığı “namus” və “qeyrət” dağarcığı “kişi” streotipi darmadağın olmadığı müddətdə yəni qadın azad olmadığı müddətdə qadın zorakılığı və cinayətləri sona çatmayacaq. Nəyinki sona çatmayacaq hər keçən gün artmağa davam edəcək. Qadınlar isə öz hüquqlarını bilməli heç kəsin onun həyatına müdaxilə etməsinə, azadlığını məhdudlaşdırmasına imkan verməməlidir. Unutmayın ki, qadını azad olmayan bir cəmiyyət məhvə məhkumdur.

İlkin

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Avqust 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri