Ölkədə suçiçəyi yayılıb? Nazirlikdən CAVAB
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda kütləvi şəkildə suçiçəyi xəstəliyinin yayıldığı bildirilir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, suçiçəyi xəstəliyi ilə bağlı ölkə üzrə kütləvi yayılma və ya epidemioloji gərginlik müşahidə olunmur:
“Hazırda qeydə alınan hallar xəstəliyin təbii epidemioloji xüsusiyyətlərinə uyğun olaraq sporadik xarakter daşıyır və əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə narahatlıq doğuran artım qeydə alınmayıb.
Qeyd edək ki, suçiçəyi yoluxucu xəstəlik olmaqla yanaşı, adətən uşaqlar arasında daha çox rast gəlinir və ayrı-ayrı halların qeydə alınması normal epidemioloji proses hesab olunur.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır.
Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur. Eyni zamanda, vətəndaşlarımızı yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara etibar etməyi tövsiyə edirik.
Ümumilikdə, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 İyun 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















