Icma.az
close
up
RU
Ölkədən çıxışa stop qoyan qurumlar: Sərhədi keçəndə öyrənir, əvvəlcədən deyilsin

Ölkədən çıxışa stop qoyan qurumlar: Sərhədi keçəndə öyrənir, əvvəlcədən deyilsin

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkədən çıxışa "stop" qoyulmasını öncədən necə öyrənmək olar?

Ölkə.Az xəbər verir ki, bu suala Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavab verib. O bildirib ki, mövcud qanunvericiliyə görə 10-dan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər:

“Yəni vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ aşağıdakı dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir :

1. Ədliyyə Nazirliyi 
2. Daxili İşlər Nazirliyi (DİN)
3. Fövqəladə Hallar Nazirliyi (FHN)
4. Dövlət Vergi Xidməti (DVX)
5. Baş Prokurorluq
6. Dövlət Sərhəd Xidməti
7. Dövlət Təhlükəsizlik Xidməti
8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
9. Dövlət Gömrük Komitəsi
10. Müdafiə Nazirliyi
11. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti

"Stop" məsələsi həmişə "incə" məsələ olub, diqqət mərkəzində olub və ictimai əhəmiyyət kəsb edib.

Xatırlayıram ki , Milli Məclisin İnsan hüquqları komitəsinin ötən il keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində də "stop" məsələsi öz əksini tapmışdı.

Məruzədə bildirilirdi ki, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur. Belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur. Bununla da onun hüquqları məhdudlaşdırılmış olurdu.

Amma hələ də bu problem öz həllini tapmayıb. Bu tip məlumatları adətən öncədən əldə etmək çox çətin olur. Kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki, onun ölkədən çıxışına "stop" qoyulub.

Yalnızı spesifik bir-iki  məqamla bağlı "stop" məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür”.

O.Gündüzün sözlərinə görə, DİN, DVX və Ədliyyə Nazirliyi bununla bağlı faydalı rəqəmsal imkanlar yaradıblar:

“DİN-in “e-polis” mobil tətbiqində “axtarışda olan borclu fiziki şəxslər və cavabdehlər” haqqında məlumatları, DVX və Ədliyyə Nazirliyin “e-xidmətlər” bölməsindən də “borclunun ölkədən getməsinin müvəqqəti olaraq məhdudlaşdırılması” haqqında məlumatı anında əldə etmək olar.

Digər hallarda tətbiq edilən "stop" qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil.

Yəni tutaq ki, DGK, yaxud FHN-nin hansısa bir vətəndaşa tətbiq etdiyi "stop" qadağasını öncədən öyrənmək imkanları yoxdur”.

Mütəxəssisin fikrincə, “myGov” üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması məntiqli və doğru olardı:

“İlk öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) əlaqəli qurumlarla, Ədliyyə Nazirliyi və DİN ilə birlikdə vətəndaşın artıq rəqəmsal formada olan mövcud "stop" məlumatlarını “myGov”dakı şəxsi kabinetinə inteqrasiya etməsi faydalı olardı.

Yaxşı olardı ki, İRİA əlaqəli qurumlarla birlikdə bu tip məlumatların dərhal “myGov”a yönləndirilməsi ilə bağlı qanunvericiliyə təkliflər hazırlasın.

Əlbəttə, bəzi hallarda öncədən belə bir məlumatın verilməsi məntiqli olmaya bilər, amma istənilən halda vətəndaşa hava limanında bu məlumat verilirsə, bunu elə onun “myGov”dakı şəxsi kabinetinə də öncədən göndərmək olar.

Ümid edirəm, İRİA və digər əlaqəli qurumlar "stop" qadağasının öncədən öyrənilməsi imkanlarını daha effektiv qura biləcəklər”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri