Deputatdan ölkədən çıxışa qadağalarla bağlı ETİRAZ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsi xüsusi diqqət tələb edən mövzulardandır. Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaşın vergi və digər borc öhdəlikləri olduqda onun ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilər. Lakin praktikada bəzi hallarda hüquq-mühafizə və ya digər aidiyyəti orqanların müraciəti əsasında icra qurumları tərəfindən vətəndaşların ölkədən çıxışına dərhal məhdudiyyət qoyulması halları müşahidə olunur".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azay Quliyev bildirdi.
O əlavə etdi ki, bu isə ciddi problemlər yaradır:
"Çünki belə məhdudiyyət son addım kimi tətbiq edilməlidir. Ondan əvvəl vətəndaşa borcla bağlı bildirişlərin verilməsi, izahat və ödəniş imkanlarının yaradılması kimi mərhələlər həyata keçirilməlidir. Təcrübədə isə elə hallar olur ki, vətəndaş hava limanına ailəsi ilə birlikdə səyahətə gedərkən ölkədən çıxışına qadağa qoyulduğunu öyrənir. Bu da həm ciddi narazılıq yaradır, həm də vətəndaşla dövlət qurumları arasında etimadı zədələyir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 03 Mart 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















