Icma.az
close
up
RU
Ölkədən çıxışa STOP qoyula bilər Belə yoxlayın

Ölkədən çıxışa STOP qoyula bilər Belə yoxlayın

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Ölkə ərazisindən çıxışa məhdudiyyətin tətbiq olunması çox vacib bir məsələdir. Ara-sıra bu mövzu mediada və sosial şəbəkələrdə gündəmə gəlir. Bəzən vətəndaşlar belə bir informasiyanı öncədən əldə edə bilmədiklərindən narahatlıqlarını bildirirlər.

Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələdə müəyyən mexanizmlər mövcuddur:

“Tam əminliklə deyə bilərəm ki, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində xüsusi bir portal var. Bu portal vasitəsilə şəxs öz şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil etməklə onun ölkədən çıxışına hər hansı bir məhdudiyyətin olub-olmadığını yoxlaya bilər. Bu portal işlək vəziyyətdədir və mən özüm dəfələrlə bu vasitə ilə bizə daxil olan müraciətləri yoxlamışam. Bəzi hallarda bir neçə qurum tərəfindən şəxsə çıxış məhdudiyyəti tətbiq oluna bilər. Qeyd edim ki, bu məhdudiyyət adətən məhkəmə qərarı əsasında tətbiq olunur. Amma elə hallar da ola bilər ki, hansısa qurum, məsələn, hüquq-mühafizə orqanı bu portalda informasiya yerləşdirmədən, müxtəlif səbəblərdən çıxışa məhdudiyyət tətbiq edir. Bu, əsasən təhqiqat və ya istintaq tədbirləri zamanı baş verə bilər”.

A.Allahverənov qeyd edib ki, öncədən vətəndaşın məlumatlandırılması funksiyası, yəni şəxsə əvvəlcədən rəsmi bildirişin verilməsi isə hazırda mövcud deyil:

“Yəni şəxs yalnız ölkədən çıxmaq istədikdə və ya hansısa səbəbdən aidiyyəti qurumlara müraciət etdikdə bu barədə məlumat əldə edə bilir. Məsələn, bu yaxınlarda bizə bir müraciət daxil olmuşdu. Şəxsin çıxışına dair məhdudiyyət barədə portalda məlumat yerləşdirilmişdi. Sonradan həmin qərara xitam verilmişdi və şəxs ölkə ərazisini rahat şəkildə tərk etmişdi. Sadəcə olaraq bu məlumat portala bir qədər gec daxil edildiyindən qısa müddətlik çaşqınlıq yaranmışdı. Eyni zamanda ola bilər ki, şəxsin portalda heç bir informasiyası olmasın, amma o, məsələn, Dövlət Sərhəd Xidmətinə, Daxili İşlər Nazirliyinə və ya digər qurumlara müraciət etməklə bu barədə məlumat əldə edə bilər. Qabaqcadan vətəndaşın məlumatlandırılması məsələsi isə əlavə funksional bir prosesdir. Düşünürəm ki, aidiyyəti strukturlar bu sahədə müəyyən işlər görürlər və ola bilər ki, bu funksiya gələcəkdə sistemə daxil edilsin. Bəzi hallarda isə texniki səbəblər üzündən mövcud funksiyalar yetərincə işləməyə bilər”.

Millət vəkili tövsiyə edib ki, vətəndaşın hansısa ciddi problemi varsa və bu problem onun ölkədən çıxışına məhdudiyyət yarada bilərsə, o zaman həmin şəxs bu vəziyyəti əvvəlcədən yoxlamalıdır:

“Çünki texniki səbəblərdən informasiya sistemdə ilişib qala və şəxs xəbərsiz şəkildə yol pulu, bilet və digər xərcləri çəkdikdən sonra hava limanında və ya sərhəddə bu problemlə üzləşə bilər. Ona görə də vətəndaşların mütəmadi olaraq Ədliyyə Nazirliyinin portalı vasitəsilə və ya aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməklə ölkədən çıxışa məhdudiyyətin olub-olmaması barədə məlumatı yoxlaması tövsiyə olunur. Bu, həm risklərin qarşısını alar, həm də vətəndaşın planlaşdırdığı səfərlərlə bağlı daha düzgün qərar verməsinə şərait yaradır”.

Ölkədən çıxışa məhdudiyyətin olub-olmamasını yoxlamaq üçün bura daxil olun.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:498
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Aprel 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri