Icma.az
close
up
RU
Ölkəmdəkilərin mənə böyük ümidləri var Mahir Emreli

Ölkəmdəkilərin mənə böyük ümidləri var Mahir Emreli

Icma.az, Qol.az saytına istinadən bildirir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" klubunun rəsmi televiziyasına müsahibə verib.

QOL.az müsahibəni kiçik ixtisarla təqdim edir.

- Bu gün məşqdə əhval-ruhiyyə necə idi?

- Bu gün oyun kimi sərin idi, yoqa masajı və velosiped sürmək kimi əsas işləri görürük. Saunaya gedirik. Cümə günü keçiriləcək oyuna hazır olmağa çalışırıq.

- Son oyunun ("Düsseldorf"la matç (2:2) nəzərdə tutulur - red.) nəticəsindən nə qədər məyussunuz?

- Son dəqiqə qolları ilə üzülmək təbii ki, pisdir. Ardıcıl iki oyunda belə oldu. Əslində biz bu oyunlarda daha yaxşı oynayırdıq. Deməli, daha çox işləməli və yaxşı nəticələr qazanmalıyıq. Oyuna hakim olmaq gözəldir. Amma nəticəyə də diqqət yetirməliyik. Ümid edirəm ki, növbəti oyunlarda yaxşı nəticələr qazanacağıq. 

- Növbəti turda səfərdə "Elversberq"lə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?  Fərqli atmosferdə oynayacaqsınız.

- Bizim liqamızda evdə oynayan komandalar daha çox hücumda olurlar. Çünki azarkeşlər yaxşı dəstək verir.  Bizim azarkeşlər səfərdə də bizi tək qoymurlar. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Bəzən özümüzü səfərdəki kimi hiss etmirik. Əlbəttə ki, rəqibi təhlil edəcəyik, amma indi onlar haqqında çox şey deyə bilmərəm. Ümid edirəm ki, rəqibi tam öyrənəcəyik və cümə gününə qədər hazır olacağıq.

- Klubun sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə münasibətin necədir?

- Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər atdığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram.

- Normalda bizim müsahibədə ilk sual komanda yoldaşlarından olur, amma bu gün səhnə anana verildi. O, bilmək istəyir Almaniyada 5-ci qolu nə vaxt vuracaqsan?

 - (Gülür) Mən nəticələr və 3 xalla daha çox maraqlanıram. Bu, ən vacib şeydir, amma əgər anam bunu gözləsə, ümid edirəm ki, qol olacaq. Mənim ölkəmdə bunu etməlisən, əks halda evdə problemlərin olacaq. Buna görə ümid edirəm ki, hər şeyi edə bilərəm.

-  Qol sevinci zamanı komanda yoldaşın Stefanos Tsimasla birlikdə Kriştiano Ronaldonun hərəkətini təkrarladın...

- Ronaldo ən böyük oyunçulardan biridir. Amma mən onun fanatı deyiləm. Stefanos onun azarkeşidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri