Icma.az
close
up
RU
Ölkəmiz boru kəməri ilə qaz ixracında liderdir

Ölkəmiz boru kəməri ilə qaz ixracında liderdir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulevi terminalı isə neftin nəqlinə geniş imkan yaradacaq

“Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri – uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”. Bu sözləri Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir: “Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”.

Dövlətimizin başçısının müsahibəsi bir daha göstərir ki Azərbaycanın enerji siyasəti yalnız mövcud tələbatın ödənilməsi ilə məhdudlaşmır, uzunmüddətli dayanıqlılığın təmininə və qlobal enerji keçidinə yönəlib. Ölkəmiz həm regional, həm də qlobal səviyyədə strateji rol oynayır. Təbii qazın ixracı 14-dən 16 ölkəyə çatdırılıb. Dünyanın 21 ölkəsinə isə neft ixrac edib.

Bu yanaşma yalnız iqtisadi fayda təmin etmir, həm də ölkənin enerji təhlükəsizliyi və geosiyasi nüfuzunu möhkəmləndirir. Bu nufuz həm də infrastrukturun yenidən qurulmasını, ixrac imkanlarının genişləndirilməsini gündəmə gətirir. Hazırda Bakıdan İtaliya sahillərinə qədər uzanan, ümumi uzunluğu təxminən 3500 kilometr olan və bir neçə ölkədən keçən, ən mürəkkəb qaz kəməri layihəsi uğurla reallaşdırılıb. Artıq boru kəməri 5 ildir ki, fəaliyyət göstərir. Neft boru kəməri isə bundan əvvəl çəkilib və onun açılışı 2006-cı ildə baş tutub. Bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər uzanır.

İxrac həcminin artması isə yeni layihələri gündəmə gətirir. Bu layihələrdən biri də Gürcüstann ərazisindəki Kulevi limanını ilə bağlıdır. Limanda neft terminalının genişləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə SOCAR terminalın genişləndirilməsi və 4 yeni anbarın tikilməsi planlarını açıqlayıb. Hər anbarın tutumu 20 min kub/metr olacaq. Tikintinin bu il başlanması, işlərin 2027-ci ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulub.

Bundan əlavə, şirkət yeni dəmir yolu estakadası və dalğa sındırıcı üçün konsepsiya mərhələsini tamamlayacaq, həmçinin üçüncü iskelenin ilkin texniki-iqtisadi əsaslandırmasını da hazırlayacaq. Görülən işlər isə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub.

Bununla bağlı Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov XQ-yə bildirdi ki, Azərbaycanın enerji infrastrukturu regional və qlobal səviyyədə strateji əhəmiyyət qazanır: “Azərbaycan Cənubi Qafqazın enerji xəritəsində aparıcı mövqeyə malik yeganə ölkədir. Regionun enerji təhlükəsizliyi demək olar ki, Azərbaycanın təbii qaz və neft resurslarından asılıdır. Gürcüstan uzun illər, Ermənistan isə son dövrlərdə Azərbaycanın enerji ehtiyatlarına üz tutub, bu isə ölkəmizin strateji rolunu bir daha təsdiqləyir.

Müasir boru kəmərləri və inkişaf etmiş nəqliyyat infrastrukturu qazın təhlükəsiz və davamlı şəkildə çatdırılmasını təmin edir. Terminalın genişləndirilməsi də bu məqsədə xidmət edir”.

M.Zeynalov qeyd etdi ki, Kulevi terminalının genişləndirilməsi və yeni anbarların tikilməsi sadəcə ixracın artırılması ilə məhdudlaşmır, Azərbaycanın enerji tranzit imkanlarını genişləndirir, enerji axınlarının dayanıqlılığını təmin edir və uzunmüddətli perspektivdə SOCAR-ın strateji planlarını gerçəkləşdirir.

Onun sözlərinə görə, bu, həm də regional enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək bir addımdır: “Terminalın fəaliyyətinin göstəriciləri də layihənin uğurunu təsdiqləyir. 2025-ci ildə Kulevi vasitəsilə 2,2 milyon ton xam neft və neft məhsulları dünya bazarlarına çıxarılıb ki, bu da Azərbaycanın ixrac potensialını uğurla nümayiş etdirir. Yeni anbarlar yalnız həcm və çevikliyi artırmır, eyni zamanda, enerji tədarükündə fasilələrin qarşısını almaqla dayanıqlılığı təmin edir. Bu, enerji sektorunda sabitlik və proqnozlaşdırılabilən gəlir mənbələri yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.

İqtisadçı vurğuladı ki, Kulevi terminalının strateji üstünlüyü onun yerləşdiyi coğrafiyada da özünü göstərir: “Terminal Orta Dəhliz və Transxəzər marşrutlarının kəsişdiyi nöqtədə yerləşir ki, bu da Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutları üzərindən enerji və mal tranzitini mümkün edir. Belə unikal mövqe limanı regional və qlobal logistika sistemində əvəzsiz edir və Azərbaycanın strateji mövqeyini gücləndirir. Layihənin iqtisadi və regional inteqrasiya baxımından əhəmiyyəti də danılmazdır. Bu isə ölkələrarası əməkdaşlığı dərinləşdirir, regionda iqtisadi inteqrasiyanı gücləndirir və sabitliyə töhfə verir”.

Beləliklə, Azərbaycanın təbii ehtiyatları, strateji mövqeyi, inkişaf etmiş infrastrukturu və dinamik ixrac siyasəti ölkəmizi Cənubi Qafqazın və Avropanın enerji xəritəsində əvəzolunmaz aktora çevirir, Azərbaycanın iqtisadi və siyasi gücünü, həmçinin enerji diplomatiyasının səmərəliliyini bütün dünyaya nümayiş etdirir. Enerji sektorunda Azərbaycanla əməkdaşlıq Avropa, Qafqaz və Asiya ölkələri üçün iqtisadi və təhlükəsizlik baxımından üstünlük yaradır. Yəni Azərbaycan yalnız enerji resursları ilə deyil, strateji qərarları ilə də regional və qlobal arenada etibarlı tərəfdaş olduğunu təsdiqləyir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri