Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Amazon kütləvi ixtisarlara hazırlaşır

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük əhəmiyyət verir ŞƏRH

Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük əhəmiyyət verir ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan və Çin arasında münasibətlər qədim İpək Yoluna qədər uzanan zəngin tarixi ilə seçilir. Bu yol vasitəsilə Çin ilə Yaxın Şərq, Mərkəzi Asiya və Avropanı birləşdirən Azərbaycanın coğrafi mövqeyi ölkəmizi regional ticarət və mədəniyyət körpüsünə çevirib.

Yeri gəlmişkən, qeyd edək ki, Cənab Prezident İlham Əliyevin bir neçə gün öncə Çinin Sinxua agentliyinə verdiyi geniş müsahibədən göründüyü kimi Azərbaycan-Çin münasibətləri dostluğa, qarşılıqlı maraqlara və strateji tərəfdaşlığa söykənərək sürətlə inkişaf edir. Bu, Prezident İlham Əliyevin 2025-ci ildə Çin media strukturlarına verdiyi ikinci müsahibədir. İlk müsahibəni dövlətimizin başçısından Dünya İqtisadi Forumu zamanı Çinin CGTN telekanalı almışdı. Bu günlərdə isə Sinxua agentliyinin cənab İlham Əliyevdən müsahibə götürməsi Çin siyasi dairələrində Azərbaycan Prezidentinə olan xüsusi ehtiramın göstəricisidir. Eyni zamanda bu, Çin dövlətinin Azərbaycanın regiondakı lider mövqelərinə, qlobal məsələlərdəki fəal iştirakına olan marağından və rəğbətindən xəbər verir.

Dövlətimizin başçısının Sinxua agentliyinə müsahibə zamanı diqqətə çatdırdığı məqamlar göstərir ki, iki dövlət arasında xüsusən siyasi və iqtisadi sferalarda həyata keçirilən əməkdaşlıq yüksək dinamizmi ilə fərqlənir. Xüsusilə qeyd edilməlidir ki, 2024-cü ilin iyul ayının 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Azərbaycan-Çin münasibətlərinə yeni canlanma gətirib. Birgə Bəyannamədə tərəflər strateji tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik, etimad, dəstək, fayda və əməkdaşlıq kimi prinsiplər üzərində qurulacağını bəyan ediblər. Beləliklə, ötən ildən etibarən siyasi sferada əməkdaşlıq daha da intensivləşib, iqtisadi sahədə göstəricilər daha yüksəlib. Yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni mərhələsi başlayıb, qarşılıqlı səfərlər intensivləşib. Sinxua agentliyinə müsahibəsində bu barədə danışan Prezident İlham Əliyevin bildirdiyi kimi 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun, Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. Çindən isə Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. O cümlədən Çinin Baş nazirinin müavini COP29-da iştirak edib.

İqtisadi sferaya gəldikdə, Prezident İlham Əliyev Sinxua agentliyinə müsahibəsində bildirib ki, ötən il Astanada Çin Sədri ilə görüş zamanı iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı razılaşma əldə olunub. Artıq ötən il iqtisadi əlaqələrdə qeydə alınan artım tempi göstərir ki, dövlət rəhbərlərinin razılaşması uğurla reallaşır. Azərbaycanla Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin xarici ticarət dövriyyəsində Çinin payı 7,9 faizdir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Azərbaycan həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən dövlətlərdəndir. Belə ki, respublikamızın həyata keçirdiyi nəqliyyat layihələri “Bir Kəmər, Bir Yol” təşəbbüsünün reallaşmasına dəstək verir. Bu isə Azərbaycanla-Çin arasında nəqliyyat əlaqələrinin də inkişafına geniş imkanlar yaradır. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” dəhlizi və Orta Dəhliz “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri isə Azərbaycan-Çin münasibətlərinin tarixində əlamətdar hadisəyə çevrilməklə, iki dövlət arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafının növbəti təzahürü oldu. Sinxua agentliyinə müsahibəsində Prezident İlham Əliyev bu səfərlə bağlı demişdi: «Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək». Bəli, dövlətimizin başçısının bu səfəri də Azərbaycan-Çin münasibətlərinin daha da inkişafı baxımından əlamətdar oldu. Xüsusilə qeyd edilməlidir ki, bu səfər zamanı Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da gücləndirir. O cümlədən səfər zamanı Prezident İlham Əliyevin keçirdiyi bütün görüşlər, Çin Xalq Respublikasının Sədri Si Cinpinin söylədiyi fikirlər Çin dövlətinin Azərbaycanla əməkdaşlığa böyük önəm verməsinin təcəssümüdür.

Ən əsası, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri bir daha təsdiq etdi ki, Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf edir.

Vilayət Musayev,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see257

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see182

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see177

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see154

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see142

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see133

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see132

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see129

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see126

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri