Icma.az
close
up
RU
Ölkəmiz sülh gündəliyinə sadiqdir ŞƏRH

Ölkəmiz sülh gündəliyinə sadiqdir ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Ölkə Başçısı cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə bir daha göstərir ki, 2025-ci il təkcə təqvim baxımından deyil, məzmun və mahiyyət etibarilə də ölkəmizin müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən, Ölkə başçısının vurğuladığı kimi, Ermənistan-Azərbaycan müharibəsinə siyasi müstəvidə son qoyulması və bir neçə aydır davam edən real sülh şəraiti uzun illər davam edən gərginlikdən sonra region üçün tamamilə yeni reallıq formalaşdırıb. “Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” fikri əslində postmünaqişə dövrünün fəlsəfəsini ifadə edir. Ölkəmiz yalnız hərbi qələbə ilə kifayətlənmir, bu qələbəni dayanıqlı sülhə, təhlükəsizliyə və inkişaf mühitinə çevirməyi qarşısına məqsəd qoyur. Cənab Prezidentin bu məsələyə yanaşması göstərir ki, sülh anlayışı formal bəyanat deyil, dövlət siyasətinin strateji xəttidir və gələcək nəsillərin təhlükəsiz və sabit şəraitdə yaşamasına hesablanıb. Məhz buna görə də 2025-ci ilin müstəqillik tariximizin ən əlamətdar illərindən biri kimi yadda qalacağına dair inam tam əsaslıdır.

Qeyd etmək lazımdır ki, Ölkə başçısının öz müsahibəsində toxunduğu digər mühüm məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində prinsipial və müstəqil mövqeyinin növbəti dəfə təsdiqlənməsidir. ABŞ-ın 907-ci düzəlişlə bağlı yanaşmasına dair cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir reallığı açıq şəkildə ortaya qoyur. Azərbaycan heç vaxt xarici siyasi konyunkturadan asılı olmayıb və olmayacaq. Bu düzəlişin yenidən tətbiq edilməsi ölkəmizin iqtisadi inkişafına təsir göstərməsə də, müəyyən siyasi dairələrin nankor münasibətini ifşa edir. Azərbaycan Əfqanıstan missiyası dövründə beynəlxalq təhlükəsizliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi çıxış edib, lakin həmin missiya başa çatdıqdan sonra ölkəmizə olan münasibətin dəyişməsi Bayden-Blinken administrasiyasının ikili standartlara əsaslanan siyasətini aydın nümayiş etdirir. Cənab Prezidentin bu mövqeyi onu göstərir ki, Azərbaycan üçün əsas meyar milli maraqlardır və dövlət başçısı bu maraqları qətiyyətlə, açıq və prinsipial şəkildə müdafiə edir. Bu yanaşma cəmiyyət daxilində də güclü siyasi həmrəylik və dövlətə inam yaradır. Eyni zamanda, dövlət başçısının D-8 təşkilatına üzvlüyü çox böyük nailiyyət kimi qiymətləndirməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz göstəricisidir.

Onu da qeyd etmək lazımdır ki, təxminən 30 il ərzində yeni üzv qəbul etməyən, müsəlman dünyasının ən böyük və təsirli ölkələrini birləşdirən bu təşkilata Azərbaycanın dəvət olunması təsadüfi deyil. Əhalisi bir milyardı aşan, ümumi iqtisadi gücü dörd trilyondan çox olan bir platformada Azərbaycanın rəsmən iştirak etməsi ölkəmizə olan hörmətin və etimadın ifadəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan nə əhali, nə də iqtisadiyyat baxımından iri dövlət sayılmasa da, müstəqil, balanslı və prinsipial siyasəti ilə bu boşluğu siyasi çəkisi və etibarlılığı hesabına doldurur. D-8 çərçivəsində fəal fəaliyyətə dərhal başlanması da onu göstərir ki, Azərbaycan beynəlxalq təşkilatlarda formal iştirakla kifayətlənmir, real töhfə verməyi və proseslərə təsir göstərməyi hədəfləyir.

Ən əsası, bütün bunlar Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sülh, inkişaf və beynəlxalq əməkdaşlıq xəttinin uğurla davam etdiyini bir daha təsdiqləyir.

Firəddin Əhmədov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri