Icma.az
close
up
RU
Ölkəmiz dünyada ədalətli və humanist sülhün qarantı kimi tanınır ŞƏRH

Ölkəmiz dünyada ədalətli və humanist sülhün qarantı kimi tanınır ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, təməli isveçrəli iş və elm adamı professor Klaus Şvab tərəfindən 1971-ci ildə qoyulan Davos Dünya İqtisadi Forumu qlobal iqtisadi və siyasi münasibətlərin müzakirə edildiyi mötəbər bir platformadır. Forumda iqtisadi və siyasi məsələlər paralel müzakirə olunur. Burada dünya liderləri ilə yanaşı, transmilli şirkətlərin rəhbərləri də iştirak edərək fəal rol oynayırlar. Forumda qlobal məsələlərlə yanaşı, ölkələr arasında ikitərəfli münasibətlər də müzakirə olunur, dünyanın aparıcı şirkətləri dövlət başçıları ilə görüşüb işgüzar əlaqələrin qurulmasına çalışırlar. Davosda dövlət başçıları özlərinin siyasi baxışları, ölkələri ilə bağlı geniş informasiya vermək imkanı da qazanırlar. Belə imkanlardan biri də dünyanın aparıcı KİV-inə müsahibə verməklə ölkələrin mövqelərinin geniş auditoriyaya çatdırılmasıdır.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev Davosda hər zaman kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olan liderdir. O üzdən hər forumda dünyanın aparıcı KİV-inin dövlətimizin başçısından müsahibə aldıqlarının şahidi oluruq. Çünki hər bir kütləvi informasiya vasitəsi öz auditoriyasına dünyada baş verən qlobal proseslər barədə dəqiq və düzgün analitik fikirləri çatdırmaq istəyir və bu səbəbdən forumda dünyanın müxtəlif qitələrindən gələn dövlət başçıları arasında Prezident İlham Əliyevdən "Euronews" televiziya kanalı tərəfindən müsahibə alınması da Azərbaycan liderinin yüksək siyasi mədəniyyəti və diplomatik təfəkkürü ilə bağlıdır. Prezident İlham Əliyev dəyişən dünyada baş verən geosiyasi proseslər fonunda ölkəmizin milli maraqlarının qorunmasını ön plana çıxararaq bildirdi ki, bu gün qlobal səviyyədə baş verən qeyri-sabit vəziyyətin şahidiyik. Yəni yeni dünya düzənində beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri tərəfindən qəbul olunmur. Başqa sözlə, illərlə formalaşan dövlətlərin suverenliyi və ərazi bütövlüyü əvvəlki kimi hamı tərəfindən qəbul olunan vacib şərt deyil. Son bir neçə ildə dünyada suveren dövlətlərin ərazilərinin qəsb edilməsinin şahidi oluruq. Belə hal qəbulolunmazdır və dövlətimizin başçısı da müsahibədə diqqəti buna cəlb edib. Prezident İlham Əliyev hamı tərəfindən qəbul edilən bir sıra beynəlxalq qanunların ayaqlar altına atılmasının yarada biləcəyi qlobal xaosun dəhşətli nəticələr törədə biləcəyinə işarə vuraraq deyib: "Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu".

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq hüququn işlənməməsindən ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Beynəlxalq hüquqa ikili standartlardan yanaşma üzündən ölkəmizin 20 faiz ərazisi 30 il erməni silahlı qüvvələrinin işğalı altında qalmışdır. Münaqişənin bu qədər uzanmasının yeganə səbəbi beynəlxalq hüquqa qlobal güclərin ikili standartlardan yanaşması olmuşdur. Bu münaqişəni həll etməli olan Minsk qrupunun üç həmsədri, BMT-nin daimi üzvləri olan Rusiya, Fransa və ABŞ beynəlxalq hüququn şərtlərinin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb etmək əvəzinə bizə reallıqla barışmağı, yəni işğal faktı ilə razılaşıb ərazilərimizdən imtina etməyi tələb edirdi. Lakin dövlətimiz bu problemi beynəlxalq hüququn prinsiplərini pozmadan güc yolu ilə birdəfəlik həll etdi. Biz BMT səviyyəsində dünya tərəfindən qəbul edilən ərazilərimizi işğaldan azad edərkən beynəlxalq hüququ pozmadıq. Dövlətimizin başçısının müsahibədə vurğuladığı əsas fikir də qəbul edilən beynəlxalq qanunlara hamı tərəfindən əməl olunmasının vacibliyi idi. Prezident İlham Əliyev onu da bildirib ki, ölkəmizin xarici siyasətinin əsas məqsədi sülh şəraitində yaşamaqdır. Ölkəmiz uzun illər müharibə vəziyyətində olan Ermənistanla barışmaq üçün sülhün təşəbbüsçüsü olub və bu istiqamətdə xeyli uğurlara imza atıb. "Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir, bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur", - deyə dövlətimizin başçısı açıqlayıb. Prezident İlham Əliyev müsahibədə Ermənistanla yaranan sülhdən narahat olan qüvvələrin neqativ fəaliyyətini də haqlı olaraq tənqid edib. Məlum olduğu kimi, Ermənistanla Azərbaycan öz aralarında olan fikir ayrılıqlarını müəyyən qədər həll etdiyi bir vaxtda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası müxtəlif qərəzli qərarlar qəbul edib və bununla iki ölkə arasında davamlı sülhün yaranmasına mane olmaq istəyib. Bu iki qurumun qəbul etdiyi birtərəfli qərarların heç biri beynəlxalq hüquqa söykənmir, əksinə, ona ziddir. Bunun nəticəsidir ki, Azərbaycan haqlı olaraq bu iki qurumla əməkdaşlığı dayandırıb. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasətin əsas istiqamətlərindən biri də qonşularla və region ölkələri ilə sülh şəraitində yaşamağa və normal münasibətlər qurmağa can atmasıdır. Amma bunun üçün qonşu ölkələrdə sabitliyin olması lazımdır. Çünki bu, iqtisadi əlaqələrin tərəflərə fayda gətirməsinin əsas şərtlərindəndir. Azərbaycan dünyada enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələri böyük həcmdə Rusiyadan təbii qaz almaqdan imtina edib. Həmin boşluğu qismən Azərbaycan doldurmağa çalışır. Bu gün ölkəmiz dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Belə əməkdaşlıq ölkəmizlə yanaşı, digər ölkələrə də fayda verir. Qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsi isə hamının rifahına və qarşılıqlı əlaqələrə, sülhə fayda verməsidir. Xarici siyasətimizin əsas məqsədi də budur. Ən əsası, Prezident İlham Əliyevin "Euronews" kanalına verdiyi müsahibəsində dünya ictimaiyyətinə çatdırdığı əsas mesajlardan biri də budur.

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri