Icma.az
close
up
RU
Ölkəmiz əməkdaşlıq, dostluq, həmrəylik məkanı kimi tanınır

Ölkəmiz əməkdaşlıq, dostluq, həmrəylik məkanı kimi tanınır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması prioritet istiqamətlərdir.  Həm dünya, həm qonşu, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfəri də bu baxımdan diqqətdə oldu.  Dövlət başçısı İlham Əliyevin  Tacikistan Prezidenti Emoməli Rahmon ilə təkbətək görüşü keçirildi. Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi. Görüşdə Azərbaycan və Tacikistan Prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Tarixi köklərə əsaslanan Azərbaycan-Tacikistan  əlaqələri ayrı-ayrı sahələrdə uğurla inkişaf edir. Bu əlaqələr  qarşılıqlı etmada əsaslanır. Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qonaqpərvərliyə, tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti  Emoməli  Rəhmona təşəkkürünü bildirdi. Həmçinin qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etdi. Bu məqam da xüsusi qeyd edildi ki,  Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam. Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Bu hal həm ölkəmizin həyata keçirdiyi quruculuq prosesinin miqyasını və dinamikasını, həm də regional mədəni əməkdaşlığa verilən önəmi nümayiş etdirir. Laçında keçirilən tədbirlər MDB dövlətlərini bir araya gətirən mədəni inteqrasiya modelinə çevrilib. Bu nümunə, mədəniyyətin xalqları yaxınlaşdırmaq gücünü bir daha təsdiqləyir.

Cənab Prezidentin çıxışında yer alan digər mühüm məqamlardan biri də III MDB Oyunlarının qədim Gəncə şəhərində uğurla keçirilməsi ilə bağlı idi. Qeyd olunduğu kimi, bu tədbirdə 13 dövlətdən 1600-dən artıq idmançı iştirak edib və yarışlar yalnız Gəncədə deyil, ölkənin digər altı şəhərində də baş tutub. Bu isə Azərbaycanın regionda idman vasitəsilə birgəyaşayış, əməkdaşlıq və sülh ideyalarını təşviq etdiyini göstərir.

Ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.  III MDB Oyunları da bu baxımdan əlamətdar oldu. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını təsdiqlədi.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri