Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Ölkəmiz bu gün dünyada güclü dövlət kimi tanınır

Ölkəmiz bu gün dünyada güclü dövlət kimi tanınır

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Qeyd edək ki, bu müsahibə bir daha Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə, artan roluna işıq saldı. Xarici siyasətimizin prioritet istiqaməti kimi istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrdən, salınan yeni körpülərdən bəhs edən dövlətimizin başçısının əsas diqqət göstərdiyi məsələlərdən biri 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi oldu. Regionumuzda və bütövlükdə dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini önə çəkən cənab İlham Əliyev vurğuladı ki, bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Qeyd olunan Bəyannamənin imzalanması 30 ildən artıq bir müddətdə iki ölkənin birlikdə keçdiyi yolun nümayişidir. Belə bir sənədin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərdir və bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman belə bir sənəd tarixi hadisədir. Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır. Bundan sonra da belə olacaq.

Yeri gəlmişkən, tarixi zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Artıq 4 il keçib. Görünən budur ki, Ermənistanın 30 illik işğal dövründə olduğu kimi, hazırkı postmünaqişə mərhələsində də havadarlarından asılılığı, onların göstərişlərinə, ən əsası ssenarilərinə uyğun hərəkət etməsi sülh müqaviləsinin imzalanması prosesini uzadır. Tarixi Zəfərimizdən bugünədək hadisələrə diqqət yetirsək Ermənistanın açıq-aşkar silahlandırıldığının şahidi olarıq. Bu addımların arxasında hansı maraqların dayandığı aydındır. Cənab İlham Əliyev sözügedən müsahibədə bu məqama diqqəti yönəltdi ki, sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur. Əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə edilib. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Razılaşdırılmamış iki şərt də Ermənistan tərəfindən qəbul oluna bilər.Şərtlərdən biri Ermənistanın Konstitusiyasını dəyişməsidir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var. İkinci şərt ATƏT-in Minsk qrupunun ləğvidir. ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir. Lakin formal olaraq mövcuddur. Reallıq budur ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, artıq bu quruma ehtiyac yoxdur. Azərbaycan dövləti hələ 30 illik işğal dövründə ən yüksək tribunalardan Minsk qrupunun fəaliyyətsizliyini bəyan etdi. Vasitəçi neytral olmalıdır. Lakin qurumun 28 illik fəaliyyəti dövründə görünən bu oldu ki, Ermənistana açıq-aşkar dəstək var, danışıqların sadəcə danışıq xatirinə aparılması əsas məqsəddir. İşğalçı adı ilə çağrılmadı, amma məsələnin sülh danışıqları əsasında nizamlanacağına inam yaradılmasına cəhdlər edildi. Tarixi Zəfərimizdən bu günədək Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmadığını bildirdiyi halda, Ermənistan qurumun canlandırılmasının vacibliyindən bəhs edir. Cənab İlham Əliyev müsahibədə bu çağırışı etdi ki, Ermənistan ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

Onu da qeyd edək ki, müsahibədə Fransanın, Hindistanın və ABŞ-ın Ermənistanı silahlandırmasından danışan cənab İlham Əliyev qeyd etdi ki, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər. ABŞ isə bunu etiraf etmir. Dövlətimizin başçısı Ermənistana və onun havadarlarına bu mesajı çatdırdı ki, Ermənistanın silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına baxmayaraq, Azərbaycanla silah yarışında tab gətirməyəcək. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Bu, belə davam edərsə, sonradan Azərbaycana qarşı heç bir irad tutulmasın.

Ən əsası, Azərbaycan müstəqil xarici siyasət yürüdür. Atdığı hər bir addımda xarici siyasətinin prinsiplərinin dəyişməz olduğunu təsdiqləyir. Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizin beynəlxalq aləmdə rolunun daha da artması diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev müsahibədə bu reallığı bir daha vurğuladı ki, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə müstəqil siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən olan COP29 tədbirinin nəticələri müsahibədə əsas diqqət yönəldilən məsələlər sırasında oldu. Cənab İlham Əliyev bu tədbirin hansı səbəbdən “Bakı dönüşü” adlandırıldığını əsaslı şəkildə qeyd etdi. Azərbaycanın diplomatik təcrübəsi yeni körpülər qurmağa və nəticələr əldə etməyə kömək edir. COP29-da 197 ölkənin, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 min iştirakçının təmsil olunması Azərbaycanın təqdimatı idi.

Bəxtiyar Həsənov,

YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli "Magistral avtomobil yollarının istismarı" MMC ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri