Icma.az
close
up
RU
Ölkəmiz dünyanın yeni şəhərsalma fəlsəfəsini müəyyən edəcək ŞƏRH

Ölkəmiz dünyanın yeni şəhərsalma fəlsəfəsini müəyyən edəcək ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlumdur ki, Ölkəmiz növbəti tarixi hadisənin ərəfəsindədir. Azərbaycan BMT miqyasında ikinci ən böyük tədbir olan XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) evsahibliyi edəcək. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki. 17-22 may tarixlərində Bakıda keçiriləcək forumda müxtəlif ölkələrdən ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir. WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Tədbir çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək. 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiridir. Forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır.
Qeyd edək ki, qlobal urbanizasiya proseslərinin sürətləndiyi müasir dövrdə şəhərlərin dayanıqlı inkişafı, yeni şəhərsalma modelləri, iqlim dəyişikliyinin şəhər mühitinə təsiri və sosial inklüzivlik kimi mövzular beynəlxalq gündəliyin prioritetlərinə çevrilib. Bu kontekstdə dünyanın ən mötəbər platformalarından sayılan Ümumdünya Şəhərsalma Forumuna Bakının evsahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun və qlobal proseslərdə artan rolunun bariz göstəricisidir. Onu da qeyd edək ki, Forumun mahiyyəti yalnız şəhərsalma və memarlıq məsələləri ilə bitmir. Bu, urbanizasiya, "yaşıl enerji", sosial infrastruktur və rəqəmsal idarəetmə kimi sahələrdə gələcək modellərin müzakirə olunduğu strateji platformadır. Paytaxtımızda reallaşdırılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri, nəqliyyat sisteminin modernləşdirilməsi və ekoloji təşəbbüslər ölkəmizin bu sahədə zəngin təcrübə topladığını göstərir. Azərbaycan artıq irimiqyaslı beynəlxalq tədbirlərin idarə edilməsi, təhlükəsizlik, logistika və diplomatik koordinasiya sahəsində kifayət qədər yüksək peşəkarlıq formalaşdırıb. Ölkəmizdə keçirilən mühüm tədbirlərin yüksək təşkilatçılıq səviyyəsi dövlətin müsbət imicinə birbaşa xidmət edir. WUF13 Azərbaycanın öz inkişaf modelini dünyaya təqdim etməsi üçün unikal imkan yaradır. Mötəbər tədbirin müxtəlif ölkələrdən hökumət rəsmilərini, beynəlxalq qurumların rəhbərlərini, şəhərsalma üzrə mütəxəssisləri, akademik və özəl sektor nümayəndələrini bir araya gətirməsi Azərbaycanın dialoq və əməkdaşlıq mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək. Forum yeni tərəfdaşlıqların və investisiya əlaqələrinin qurulmasına, infrastruktur layihələrinə xarici marağın artmasına da geniş üfüqlər açacaq. Tədbir ölkəmizin iqtisadi və turizm potensialının beynəlxalq miqyasda təbliği baxımından da böyük dividendlər vəd edir. WUF13-ün Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini və siyasi çəkisini yeni mərhələyə yüksəldən strateji hadisədir. COP29 kimi ekoloji zirvədən sonra BMT-nin daha bir nüfuzlu platformasının məhz ölkəmizə həvalə edilməsi Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasının, beynəlxalq birliyin ölkəmizə etimadının davamlı xarakter aldığının sübutudur. Forum siyasi baxımdan Azərbaycanın qlobal gündəliyi müəyyən edən əsas oyunçulardan biri olduğunu təsdiqləyir.
Xüsusilə qeyd etmək lazımdır ki, dünyanın müxtəlif yerlərindən gələn minlərlə dövlət rəsmisi, beynəlxalq təşkilat rəhbərləri və müstəqil ekspertlər Azərbaycanın inkişaf modelini, multikultural mühitini və modern dövlət quruculuğu prinsiplərini yerindəcə müşahidə edəcəklər. Diplomatik müstəvidə WUF13 ölkəmizi fərqli maraqların kəsişdiyi bir platformaya çevirəcək. Digər tərəfdən, forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı nəhəng quruculuq işlərinin, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının dünya miqyasında tanıdılmasına da böyük töhfə verəcək. Siyasi müstəvidə bu, həm də Azərbaycan-Ermənistan münaqişəsinin artıq tarixə qovuşduğunu və regionun gələcəyinin məhz inkişaf və əməkdaşlıq üzərində qurulduğunu bəyan edən növbəti ismarış olacaq. Ümumiyyətlə, Ölkəmizin evsahibliyi etdiyi qlobal forumlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. Hər mötəbər tədbir Azərbaycanın nüfuzunu bir pillə yüksəyə daşıyır. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ilə başlayan bu yol 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ilə davam edərək Azərbaycanın Qərb-Şərq dünyası arasında unikal mədəniyyət və idman körpüsü olduğunu sübut etdi. Bu tədbirlər ölkəmizin müasir simasını, qonaqpərvərliyini və təşkilatçılıq qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Siyasi və diplomatik müstəvidə isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi və bu çərçivədə irəli sürdüyü qlobal təşəbbüslər ölkəmizin nüfuzunu beynəlxalq hüququn və ədalətin müdafiəçisi səviyyəsinə qaldırdı. Xüsusilə pandemiya dövründə Azərbaycanın göstərdiyi liderlik və "peyvənd millətçiliyi"nə qarşı apardığı mübarizə Bakını qlobal həmrəyliyin mərkəzinə çevirdi. Bu, dünya birliyinin Azərbaycanın iqtisadi gücünə, mürəkkəb qlobal problemlərin həllindəki vasitəçilik missiyasına verdiyi yüksək qiymətdir. Mühüm qlobal tədbirlər Azərbaycan üçün həm də strateji təbliğat vasitəsidir. Minlərlə xarici nümayəndənin, dövlət başçılarının və dünya mediasının Bakıya toplaşması ölkəmizin bölgədə yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsini sürətləndirir, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını genişləndirir. Ümumdünya Şəhərsalma Forumu da Azərbaycan üçün həm qlobal həmrəyliyin gücləndirilməsi, həm də ölkənin beynəlxalq reytinqlərdəki yerinin möhkəmlənməsi baxımından əvəzsizdir. Bakı bəşəriyyətin gələcək taleyinin, dayanıqlı yaşayış mühitinin və qlobal urbanizasiya siyasətinin formalaşdığı mühüm siyasi paytaxtlardan biri olduğunu bütün dünyaya göstərəcək. Azərbaycan özünün yüksək təşkilatçılıq imkanlarını və bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, regional sabitliyin və qlobal inkişafın mərkəzi olduğunu bir daha təsdiqləyəcək. Forum çərçivəsində qurulacaq siyasi əlaqələr, formalaşacaq tərəfdaşlıqlar uzunmüddətli perspektivdə Azərbaycanın xarici siyasət kursunun uğurlu davamını şərtləndirəcək.
Ən əsası, Azərbaycan paytaxtından dünyaya yayılacaq yeni ideyalar, qəbul ediləcək qərarlar və qurulacaq tərəfdaşlıqlar bəşəriyyətin ortaq gələcəyinin dizayn edilməsində Ölkəmizin silinməz imzasını qoyacaq. WUF13-ün ölkəmizdə keçirilməsi barədə qərarın verilməsi Bakının mühüm dialoq mərkəzinə çevrilməsinin bariz göstəricisidir.

Adil Axundov,
YAP Göygöl rayon təşkilatı üzrə Əlimədədli kənd ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri