Icma.az
close
up
RU
“Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir” Qüdrət Həsənquliyev

“Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir” Qüdrət Həsənquliyev

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Moderator.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Gürcüstanda baş verənlər və onun Azərbaycandakı ictimai-siyasi proseslərə təsiri barədə fikirlərinizi bilmək istərdik...

- Gürcüstanda Prezident seçkiləri uduzmuş müxalif siyasi partiyalarla birlikdə “seçkilər saxtalaşdırılıb” iddiası ilə antikonstitusion yolla çevriliş edib hakimiyyəti dəyişmək istəyir. Seçkilərin nəticələrini müxalifət tərəfdarları da daxil olmaqla xalq qəbul etdi. Çünki seçkiləri müşühidə edən ATƏT-in müşahidə missiyası da nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını bəyan etdi. Müxalifət də belə bir sübutları ortaya qoya bilmədi. Ona görə seçkidən sonra müxalifətin çağırdığı etiraz aksiyasına bir neçə min adam qoşuldu. Vəziyyəti gərginləşdirən gənc Baş nazir Kobaxidzenin Avropa Birliyi ilə üzvlüyə dair danışıqların 2028-ci ilə qədər dayandırılması barədə verdiyi açıqlama oldu. İndi küçələrdə etiraz edənlər əsasən Qərbdən maliyyələşən ictimai fəallar və Avropa Birliyinə inteqrasiya tərəfdarlarıdır. Belələri iqtidar daxilində və dövlət hakimiyyət orqanlarında da az deyil. Mənim yanaşmam həmişə ondan ibarət olub ki, qonşularımız bizimlə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyəcəksə, biz bu istiqamətdə ikiqat artıq səy göstərməliyik. Həmin ölkədə hansı siyasi rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Biz başqa ölkələrin daxili işlərinə qarışmasaq da antikonstitusion yolla hakimiyyət dəyişikliyinin əleyhinəyik. Amma Gürcüstanda real hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlıq etməliyik. Əfqanıstan nümunəsi göz önündədir.

Baş verənlərin bizə təsirinə gəldikdə isə onu deyə bilərəm ki, bu, bizim cəmiyyəti daha sıx birləşdirir və birləşdirməlidir. 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyam, hansı kı, hakimiyyət dəyişikliyinə gətirdi, dövlətçiliyimizi dağılmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qoydu, Azərbaycanın digər bölgələrində də separatizm baş qaldırdı, torpaqlarımız işğal olundu. O zaman xalqın geniş dəstəyinə sahib, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ölkəmizi sözün əsl mənasında xilas etdi. İndi ikinci Heydər Əliyev də yoxdur və xalqımız bunu gözəl başa düşür. Konstitusiyaya zidd istənilən hakimiyyət dəyişikliyi cəhdi Azərbaycanı məhv edər, əldə etdiklərimizi bir an içərisində itirə bilərik. Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir. Ona görə iqtidarı həmişə islahatlara çağırıram. Çünki ölkəmizdə islahatları dərinləşdirmək üçün xalqın ciddi dəstək verdiyi prezident, ictimai-siyasi sabitlik, müəyyən maliyyə ehtiyatı, əlverişli beynəlxalq şərait var.

- Əli Kərimlinin cərimələnməsini necə qarşıladınız?

- İsənilən partiya sədrinin məsuliyyətə cəlb olunması yaxşı hal deyil. Amma Əli Kərimli ilə bağlı baş verənlər ədalət mühakiməsinin həyata keçirilməsindən daha çox Qərbin ona inamını bərpa etməyə, əzabkeş kimi müxalif cameədə onu önə çıxarmağa yönəlməşdi. İkili, üçlü oyun oynayan Əli Kərimli seçkilərə qatılmamaqla Qərbdəki, elə həm də müxalif dairələr arasında dəstəyini, ona olan kiçicik etimadı da itirmişdi. Ona görə Qərdə sığınacaq tapmış bəzi blogerlər onun üzərinə düşmüşdü, yaxud salınmışdı. Hakimiyyət də bunu görürdü və ona lazım idi ki, Qərb Azərbaycanla bağlı nə etmək istədiyini Əli Kərimli ilə bölüşsün və radikal qüvvələrin başında o dayansın. Bütün baş verənlərdə əsas məqsəd bu idi və ilk gündən bunu deyirəm. Hesab edirəm ki, hakimiyyət qismən də olsa istədiyinə nail oldu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see166

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri