Icma.az
close
up
RU
“Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir”Qüdrət Həsənquliyev

“Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir”Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Gürcüstanda baş verənlər və onun Azərbaycandakı ictimai-siyasi proseslərə təsiri barədə fikirlərinizi bilmək istərdik...

- Gürcüstanda Prezident seçkiləri uduzmuş müxalif siyasi partiyalarla birlikdə “seçkilər saxtalaşdırılıb” iddiası ilə antikonstituson yolla çevriliş edib hakimiyyəti dəyişmək istəyirlər. Seçkilərin nəticələrini müxalifət tərəfdarları da daxil olmaqla xalq qəbul etdi. Çünki seçkiləri müşühidə edən ATƏT-in müşahidə missiyası da nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını bəyan etdi. Müxalifət də belə bir sübutları ortaya qoya bilmədi. Ona görə seçkidən sonra müxalifətin çağırdığı etiraz aksiyasına bir neçə min adam qoşuldu. Vəziyyəti gərginləşdirən gənc Baş nazir Kobaxidzenin Avropa Birliyi ilə üzvlüyə dair danışıqların 2028-ci ilə qədər dayandırılması barədə verdiyi açıqlama oldu. İndi küçələrdə etiraz edənlər əsasən Qərbdən maliyyələşən ictimai fəallar və Avropa Birliyinə inteqrasiya tərəfdarlarıdır. Belələri iqtidar daxilində və dövlət hakimiyyət orqanlarında da az deyil. Mənim yanaşmam həmişə ondan ibarət olub ki, qonşularımız bizimlə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyəcəksə, biz bu istiqamətdə ikiqat artıq səy göstərməliyik. Həmin ölkədə hansı siyasi rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Biz başqa ölkələrin daxili işlərinə qarışmasaq da antikonstitusion yolla hakimiyyət dəyişikliyinin əleyhinəyik. Amma Gürcüstanda real hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlıq etməliyik. Əfqanıstan nümunəsi göz önündədir.
Baş verənlərin bizə təsirinə gəldikdə isə onu deyə bilərəm ki, bu, bizim cəmiyyəti daha sıx birləşdirir və birləşdirməlidir. 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyam, hansı kı, hakimiyyət dəyişikliyinə gətirdi, dövlətçiliyimizi dağılmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qoydu, Azərbaycanın digər bölgələrində də separatizm baş qaldırdı, torpaqlarımız işğal olundu. O zaman xalqın geniş dəstəyinə sahib, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ölkəmizi sözün əsl mənasında xilas etdi. İndi ikinci Heydər Əliyev də yoxdur və xalqımız bunu gözəl başa düşür. Konstitusiyaya zidd istənilən hakimiyyət dəyişikliyi cəhdi Azərbaycanı məhv edər, əldə etdiklərimizi bir an içərisində itirə bilərik. Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir. Ona görə iqtidarı həmişə islahatlara çağırıram. Çünki ölkəmizdə islahatları dərinləşdirmək üçün xalqın ciddi dəstək verdiyi prezident, ictimai-siyasi sabitlik, müəyyən maliyyə ehtiyatı, əlverişli beynəlxalq şərait var.

- Əli Kərimlinin cərimələnməsini necə qarşıladınız?

- İsənilən partiya sədrinin məsuliyyətə cəlb olunması yaxşı hal deyil. Amma Əli Kərimli ilə bağlı baş verənlər ədalət mühakiməsinin həyata keçirilməsindən daha çox Qərbin ona inamını bərpa etməyə, əzabkeş kimi müxalif cameədə onu önə çıxarmağa yönəlməşdi. İkili, üçlü oyun oynayan Əli Kərimli seçkilərə qatılmamaqla Qərbdəki, elə həm də müxalif dairələr arasında dəstəyini, ona olan kiçicik etimadı da itirmişdi. Ona görə Qərdə sığınacaq tapmış bəzi blogerlər onun üzərinə düşmüşdü, yaxud salınmışdı. Hakimiyyət də bunu görürdü və ona lazımdı ki, Qərb Azərbaycanla bağlı nə etmək istədiyini Əli Kərimli ilə bölüşsün və radikal qüvvələrin başında o dayansın. Bütün baş verənlərdə əsas məqsəd bu idi və ilk gündən bunu deyirəm. Hesab edirəm hakimiyyət qismən də olsa istədiyinə nail oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Dekabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri