Icma.az
close
up
RU
“GÜRCÜSTANDA ÇEVRİLİŞ ETMƏK İSTƏYİRLƏR” “Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir” AzPolitika onlayn siyasiictimai qəzet

“GÜRCÜSTANDA ÇEVRİLİŞ ETMƏK İSTƏYİRLƏR” “Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Gürcüstanda baş verənlər və onun Azərbaycandakı ictimai-siyasi proseslərə təsiri barədə fikirlərinizi bilmək istərdik...

- Gürcüstanda Prezident, seçkiləri uduzmuş müxalif siyasi partiyalarla birlikdə, “seçkilər saxtalaşdırılıb” iddiası ilə antikonstitusion yolla çevriliş edib hakimiyyəti dəyişmək istəyir. Seçkilərin nəticələrini müxalifət tərəfdarları da daxil olmaqla xalq qəbul etdi. Çünki seçkiləri müşühidə edən ATƏT-in müşahidə missiyası da nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını bəyan etdi. Müxalifət də belə bir sübutları ortaya qoya bilmədi. Ona görə seçkidən sonra müxalifətin çağırdığı etiraz aksiyasına bir neçə min adam qoşuldu. Vəziyyəti gərginləşdirən gənc Baş nazir Kobaxidzenin Avropa Birliyi ilə üzvlüyə dair danışıqların 2028-ci ilə qədər dayandırılması barədə verdiyi açıqlama oldu. İndi küçələrdə etiraz edənlər əsasən Qərbdən maliyyələşən ictimai fəallar və Avropa Birliyinə inteqrasiya tərəfdarlarıdır. Belələri iqtidar daxilində və dövlət-hakimiyyət orqanlarında da az deyil. Mənim yanaşmam həmişə ondan ibarət olub ki, qonşularımız bizimlə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyəcəksə, biz bu istiqamətdə ikiqat artıq səy göstərməliyik. Həmin ölkədə hansı siyasi rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Biz başqa ölkələrin daxili işlərinə qarışmasaq da, antikonstitusion yolla hakimiyyət dəyişikliyinin əleyhinəyik. Amma Gürcüstanda real hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlıq etməliyik. Əfqanıstan nümunəsi göz önündədir.

Baş verənlərin bizə təsirinə gəldikdə isə, onu deyə bilərəm ki, bu, bizim cəmiyyəti daha sıx birləşdirir və birləşdirməlidir. 1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyam, hansı kı, hakimiyyət dəyişikliyinə gətirdi, dövlətçiliyimizi dağılmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qoydu, Azərbaycanın digər bölgələrində də separatizm baş qaldırdı, torpaqlarımız işğal olundu. O zaman xalqın geniş dəstəyinə sahib, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ölkəmizi sözün əsl mənasında xilas etdi. İndi ikinci Heydər Əliyev də yoxdur və xalqımız bunu gözəl başa düşür. Konstitusiyaya zidd istənilən hakimiyyət dəyişikliyi cəhdi Azərbaycanı məhv edər, əldə etdiklərimizi bir an içərisində itirə bilərik. Ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir. Ona görə iqtidarı həmişə islahatlara çağırıram. Çünki ölkəmizdə islahatları dərinləşdirmək üçün xalqın ciddi dəstək verdiyi Prezident, ictimai-siyasi sabitlik, müəyyən maliyyə ehtiyatı, əlverişli beynəlxalq şərait var.

- Əli Kərimlinin cərimələnməsini necə qarşıladınız?

- İsənilən partiya sədrinin məsuliyyətə cəlb olunması yaxşı hal deyil. Amma Əli Kərimli ilə bağlı baş verənlər ədalət mühakiməsinin həyata keçirilməsindən daha çox Qərbin ona inamını bərpa etməyə, əzabkeş kimi müxalif cameədə onu önə çıxarmağa yönəlmişdi. İkili, üçlü oyun oynayan Əli Kərimli seçkilərə qatılmamaqla Qərbdəki, elə həm də müxalif dairələr arasında dəstəyini, ona olan kiçicik etimadı da itirmişdi. Ona görə Qərbdə sığınacaq tapmış bəzi blogerlər onun üzərinə düşmüşdü, yaxud salınmışdı. Hakimiyyət də bunu görürdü və ona lazım idi ki, Qərb Azərbaycanla bağlı nə etmək istədiyini Əli Kərimli ilə bölüşsün və radikal qüvvələrin başında o dayansın. Bütün baş verənlərdə əsas məqsəd bu idi və ilk gündən bunu deyirəm. Hesab edirəm ki, hakimiyyət qismən də olsa istədiyinə nail oldu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see272

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see229

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see215

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see177

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see177

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see147

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see141

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see120

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri