“Ölkəmiz qaz ixracatçısı kimi dünyada nüfuzunu artırır”
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə və Azərbaycan arasında 15 il müddətinə ümumi həcmi 33 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutan saziş imzalanıb.
Sazişin əhəmiyyəti ilə bağlı xalqcebhesi.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib ki, bu sazişin imzalanması ölkəmizin qaz ixracını daha da diversifikasiyalaşdıracaq: “Həmçinin Türkiyəni Avropaya qaz ixracı habına çevirəcək. Türkiyə qazı alaraq gələcəkdə Avropa ölkələrinə də ixrac edə bilər. Bu baxımdan, sözsüz ki, ölkəmizin qaz ixracı coğrafiyası da genişlənə bilər”.
E.Kərimli bildirib ki, buna gələcəkdə digər türk dövlətləri də qoşula biləcək: “Bu da qardaş Türkiyənin həm qaz təminatını yaxşılaşdıracaq, həm də Türkiyənin digər ölkələrə qaz ixracını təmin edəcək və gəlirlərinə təsir edəcək. Ölkəmiz bu istiqamətdə qaz ixracatçısı kimi dünyada nüfuzunu artırır, yerini, mövqeyini möhkəmləndirir, potensialını yüksəldir. Digər tərəfdən gələcəkdə qaz tranzitindən də əlavə tranzit haqları əldə edəcək ki, bu da iqtisadiyyatımızın yeni gəlirlərin əldə olunmasını təmin edəcək”.
O hesab edir ki, qaz ixracatımızın həm də həcm olaraq ilbəil artırılması nəzərdə tutulur: “Bu gün dünyada tək qazın əldə edilməsi deyil, həm də satışı məsələsi var ki, ölkəmiz də addım-addım bu istiqamətdə geniş bazar münasibətləri, xarici iqtisadi əlaqələr qurur və qazını dünya bazarına sata bilir. Bu da qeyd etdiyim kimi xarici ticari əlaqələrimizin və xarici ticarət dövriyyəmizin artmasına müsbət təsir göstərir”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















