Icma.az
close
up
RU
Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək

Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə ekoloji dayanıqlılığı hədəfləyən strateji bir sənəddir. Proqram çərçivəsində köhnəlmiş infrastrukturun yenilənməsi, ağıllı su şəbəkələrinin qurulması və su itkilərinin kəskin azaldılması üçün konkret ikimərhələli fəaliyyət planı nəzərdə tutulur. Burada beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi yer tutur. Proqramın əsas məqsədi əhalini fasiləsiz içməli su ilə təmin etmək, subasma risklərini aradan qaldırmaq və bölgənin ekoloji təhlükəsizliyini gücləndirməkdir. Sənəddə, həmçinin rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyən edilib. Bakı və Abşeron yarımadası Azərbaycanın iqtisadi, inzibati və demoqrafik mərkəzi olmaqla yanaşı, su ehtiyatları baxımından ən həssas bölgələrdən biridir. Sürətli urbanizasiya, əhalinin sayının artması, sənaye və xidmət sektorunun genişlənməsi suya olan tələbatı ildən-ilə artırır. Paralel olaraq iqlim dəyişiklikləri fonunda yağıntıların qeyri-bərabər paylanması, uzunmüddətli quraqlıqlar və intensiv yağışlar mövcud su infrastrukturu üçün əlavə risklər yaradır.

Təhlillər onu göstərir ki, əsas problemlər yalnız su mənbələrinin məhdudluğu ilə bağlı deyil. Köhnəlmiş boru xətləri, yüksək su itkiləri, tullantı sularının kifayət qədər təmizlənməməsi və yağış sularının şəhər mühitində düzgün idarə olunmaması sistemli yanaşma tələb edən məsələlərdir. Xüsusilə güclü yağışlar zamanı paytaxtda müşahidə olunan subasma halları urbanist planlaşdırmada və mühəndis sistemlərində boşluqların mövcudluğunu üzə çıxarır.  Dövlət Proqramının ən vacib istiqamətlərindən biri yağış sularının idarə olunmasıdır. Müasir şəhərsalma təcrübəsi göstərir ki, yağış sularının düzgün yönləndirilməsi və yığılması subasma risklərini azaldır, eyni zamanda alternativ su mənbəyi kimi istifadə imkanları yaradır. Bakı şəhəri üçün bu, iqlim dəyişikliklərinə adaptasiya siyasətinin əsas elementlərindən biri ola bilər. Bu kontekstdə Prezident İlham Əliyevin müşavirədə yağış suları sistemlərinin yenidən qurulmasına xüsusi diqqət yetirməsi təsadüfi deyil. Bu, problemin yalnız texniki deyil, strateji səviyyədə qiymətləndirildiyini göstərir.

Fasiləsiz və keyfiyyətli su təchizatı, sanitariya şəraitinin yaxşılaşması və ekoloji risklərin azalması ictimai sağlamlıq baxımından mühüm nəticələr vəd edir. Eyni zamanda, iri infrastruktur layihələrinin icrası yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadi fəallığın artmasına stimul verəcək. Ekoloji aspektdən isə tullantı sularının təmizlənməsi və təkrar istifadəsi Xəzər dənizinin və ətraf mühitin qorunmasına töhfə verəcək. Bu, Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinə uyğunluq baxımından da əhəmiyyətlidir.

Ümumilikdə, Bakı şəhəri və Abşeron yarımadası üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı su təsərrüfatının yalnız cari problemlərinin həlli deyil, gələcək onilliklər üçün dayanıqlı inkişaf modelinin formalaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə göstərdi ki, su məsələləri ölkənin strateji təhlükəsizlik və inkişaf gündəliyində prioritet mövqe tutur. Bu proqramın uğurlu icrası isə Bakı və Abşeron yarımadasını müasir iqlim çağırışlarına cavab verən, dayanıqlı bir  məkana çevirməyə imkan yaradacaq.

Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib. Dövlətimizin başçısı bildirib: Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri