Icma.az
close
up
RU
Ölkəmizdə ilk dəfə keçiriləcək Occupational Aesthetic Congress in spikerləri bəlli oldu

Ölkəmizdə ilk dəfə keçiriləcək Occupational Aesthetic Congress in spikerləri bəlli oldu

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

4-5 oktyabr 2025-ci il tarixində Gülüstan sarayında “SMEX” (“Signature Moments Experience”) və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Occupational Aesthetic Congress" keçiriləcək. “Səthdən Dərinə” konsepti ilə baş tutacaq estetik tibb və gözəllik sənayesinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan "Occupational Aesthetic Congress" (OAC) sektorda yeni trendləri, innovativ yanaşmaları və qlobal əməkdaşlıq imkanlarını təqdim etmək üçün iştirakçılarını bir araya gətirəcək.

4 oktyabrda keçiriləcək konqresin açılışında fəxri prezident Dr. Ali Şahan “Estetik Tibb sahəsində Vizyon” mövzusunda çıxış edəcək. Ardınca medikal estetik həkim Dr. Ahmet Atalıkın moderatorluğu ilə Prof. Dr. Selçuk Tunalı “Peşəkar Anatomiya Təlimi” mövzusunda təqdimat edəcək.

Konqres çərçivəsində həmçinin dermatoloq Dr. Ferial Fanianın moderatorluğu ilə Dr. Ali Şahan və Prof. Dr. Selçuk Tunalı tərəfindən “Bütün üz nahiyəsinə canlı inyeksiya ilə eyni vaxtda təzə kadavrda anatomiya quruluşunun nümayişi” icra olunacaq.

Konqresdə medikal estetik həkimlər Dr. Servet Karayün və Dr. Sezer Duru tərəfindən “Canlı Rus dodaq dolğusu tətbiqi (2 pasiyent üzərində)” təqdim ediləcək. Sessiyanın moderatoru Dr. Ali Şahan olacaq.

Medikal estetik həkim Dr. Nejat Can “İp ilə Üzün Dartılması” mövzusunda təqdimatla çıxış edəcək. Sessiyanın moderatoru Dr. Ahmet Atalık olacaq.

Dr. Ali Şahan və Op. Dr. Orhan Alanın moderatorluğu ilə Dr. Sezer Duru, Dr. Servet Karayün 2 pasiyent üzərində burun dolğusunu həyata keçirəcəklər.

5 oktyabr tarixində konqres proqramı “Kadavra üzərində Üz Anatomiyasında Təhlükəli Bölgələrin Diseksiyası” mövzusu ilə davam edəcək. Mövzunu Prof. Dr. Selçuk Tunalı təqdim edəcək, sessiyanın moderatoru isə Dr. Ahmet Atalık olacaq.

Eyni gün DERMAKOR-un qlobal təlimçisi Dr. Samet Şibani “Maye Üz Gərmə və Biostimulyasiya” mövzusunda çıxış edəcək. Sessiyanın moderatoru dermatoloq Prof. Dr. Hakan Erbil olacaq.

Konqres çərçivəsində Dr. Ali Şahan “Süni İntellektlə Planlama və Tam Üz Dolğusu Tətbiqi” mövzusunda çıxış edəcək. Sessiyanın moderatoru Dr. Valerie Philippon olacaq.

Konqresdə Dr. Emre Kaynak və Dr. Erol Ozan tərəfindən “Canlı pasiyentdə rus üsulu dodaq dolğusu” təqdim ediləcək. Sessiyanın moderatoru Prof. Dr. Hakan Erbil olacaq.

Həmçinin Dr. Emre Kaynak və Dr. Erol Ozan “Canlı pasiyentdə burun dolğusu” mövzusunda tətbiq göstərəcəklər. Sessiyanın moderatoru yenə Prof. Dr. Hakan Erbil olacaq.

“Occupational Aesthetic Congress” estetik tibb sahəsində ən son yeniliklərin, qabaqcıl texnologiyaların və praktik tətbiqlərin paylaşılacağı unikal bir platforma olacaq. Beynəlxalq spikerlərin iştirakı ilə keçiriləcək bu tədbir həm nəzəri biliklərin, həm də canlı tətbiqlərin bir arada təqdim olunması ilə iştirakçılara dəyərli təcrübə qazandıracaq.

Tədbirin fəxri qonaqları arasında tanınmış türk tarixçisi və akademik İlber Ortaylı və məşhur hipnotist Korzay Koçak yer alacaq.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı "Occupational Aesthetic Congress"in rəsmi media tərəfdaşıdır.

Tədbirlə bağlı ətraflı məlumat, proqram və iştirak şərtləri ilə tanış olmaq üçün rəsmi vebsayta və sosial media hesablarımıza daxil ola bilərsiniz:

Websayt: https://occupationalaestheticcongress.com/Instagram: https://www.instagram.com/oacongressFacebook: https://www.facebook.com/profile.php?id=61578622316683LinkedIn: https://www.linkedin.com/company/occupational-aesthetic-congress/about/?viewAsMember=true
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri