Icma.az
close
up
RU
Ölkəmizdə ilk dəfə keçiriləcək Occupational Aesthetic Congress ə son 7 gün!

Ölkəmizdə ilk dəfə keçiriləcək Occupational Aesthetic Congress ə son 7 gün!

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

4-5 oktyabr 2025-ci il tarixində Gülüstan sarayında “SMEX” (“Signature Moments Experience”) və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Occupational Aesthetic Congress" baş tutacaq.

Konqresin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, “Səthdən Dərinə” konsepti ilə keçiriləcək bu tədbir estetik tibb və gözəllik sənayesinin ən nüfuzlu beynəlxalq platformalarından biri kimi sektorda yeni trendləri, innovativ yanaşmaları və qlobal əməkdaşlıq imkanlarını təqdim edəcək.

Kongresin baş sponsoru “Anka West”, ana sponsorları “FILLMED Laboratories”, “Erdağı Medikal” və “Mezoklinik”, sponsorları isə “Floraison”, “Life Line Beauty Company”, “Nurederm”, “Baku Medical Plaza” və “Cosmendy Azərbaycan” şirkətləridir.

4 oktyabrda keçiriləcək konqresin açılışında fəxri prezident Dr. Ali Şahan, ardınca medikal estetik həkim Dr. Ahmet Atalıkın moderatorluğu ilə Prof. Dr. Selçuk Tunalı “Tibbi Estetik Plan anatomiyası” mövzusunda təqdimat edəcək.

Kongres çərçivəsində müxtəlif mövzular üzrə tanınmış mütəxəssislərin iştirakı ilə maraqlı təqdimatlar keçiriləcək.

Dr. Emre Aras və moderator Dr. Nuran Erdağı “Uydu Simpoziumu” çərçivəsində “Erdağı Medikal”ın təqdimatında Qızıl Ekzosomlarla canlandırma mövzusunda çıxış edəcəklər.

Məruzəçilər Dr. Ali Şahan və Prof. Dr. Selçuk Tunalı, moderator Dr. Ferial Fanianın iştirakı ilə bütün üz nahiyəsinə canlı inyeksiya tətbiqi və eyni zamanda təzə kadavrada anatomiya quruluşunun nümayişini həyata keçirəcəklər.

Dr. Servet Karayün və Dr. Sezer Duru-nun məruzəçi, Dr. Ali Şahanın isə moderator qismində çıxış edəcəyi sessiyada iki pasiyent üzərində canlı “Rus dodaq dolğusu” tətbiqi nümayiş olunacaq.

Dr. Ali Şahanın məruzəçi, Yasemin Savaşın moderator olduğu “Uydu Simpoziumu”nda “Mezoklinik Thermage FLX ilə üz və bədən dartılması” mövzusu təqdim ediləcək.

Dr. Nejat Can və moderator Dr. Ahmet Atalıkın iştirakı ilə keçiriləcək sessiyada “İpli Lift ilə Badam Göz və Burun Estetikası” mövzusu müzakirə olunacaq.

Dr. Ali Şahanın məruzəçi, Dr. Ahmet Atalıkın moderator olduğu digər “Uydu Simpoziumu” isə “Estetik Dermal Lola ilə çox yönlü biostimulyasiya” mövzusuna həsr ediləcək.

Son olaraq Dr. Ulaş Güvenç-in məruzəçi, Dr. Ali Şahanın moderator qismində çıxış edəcəyi “Uydu Simpoziumu”nda “Anka West Yvoire” təqdimatında məbəd və ziqomatik doldurucu vasitəsilə sallanmaya qarşı effektiv üz gərdirmə üsulu nümayiş olunacaq.

Konqresin ikinci günü də zəngin məruzələr və canlı təqdimatlarla davam edəcək. Gün Dr. Ali Şahanın “Sosial Media İdarəetməsi” mövzulu çıxışı ilə başlayacaq.

Ardınca məruzəçi Prof. Dr. Selçuk Tunalı, moderator Dr. Ahmet Atalıkın iştirakı ilə “Üzdəki anatomik təhlükə zonaları ilə təzə kadavra diseksiyonu” təqdim ediləcək.

Daha sonra Dr. Ali Şahanın təqdimatında, moderator Dr. Ferial Fanianın rəhbərliyi ilə “Süni İntellektlə Yardımlı Xəstə Planlaşdırılması və Tam Üz Doldurma”, eləcə də “Süni İntellektlə Rəhbərlik Edilən Xəstə Planlaşdırılması və Tam Üz Doldurma (ALI)” mövzuları müzakirə olunacaq.

Konqresin növbəti sessiyasında Dr. Servet Karayün və Dr. Sezer Duru məruzəçi, Dr. Hakan Erbil və Dr. Orhan Alan moderator qismində çıxış edərək “Canlı xəstədə iki fərqli texnika ilə burun dolğusu” təqdim edəcəklər.

Bunun ardınca Dr. Ali Şahanın məruzəsi, moderator Dr. Yasemin Savaşın iştirakı ilə keçiriləcək Uydu Simpoziumunda “Nurederm: Niyə Rejuran qızıl balığın DNT-sində qızıl standartdır?” mövzusu iştirakçılara təqdim ediləcək.

Dr. Emre Kaynak və Dr. Erol Ozanın məruzələri, moderator Dr. Hakan Erbil və Dr. Orhan Alanın iştirakı ilə “Dolğu ilə profiloplastikada iki fərqli əllə canlı tətbiq təcrübəsinin paylaşılması” mövzusuna həsr olunacaq.

Günün sonuncu Uydu Simpoziumu isə Dr. Ali Şahanın məruzəsi, moderatorlar Dr. Yasemin Savaş və Dr. Ulaş Güvençin iştirakı ilə baş tutacaq və “Anka West Gouri + Yvoire ilə real maye facelift” təqdim ediləcək.

Qeyd edək ki, tədbirin fəxri qonaqları arasında tanınmış türk tarixçisi və akademik İlber Ortaylı, eləcə də məşhur hipnotist Korzay Koçak yer alacaq. İştirakçılar iki tanınmış sima ilə görüşərək onların dəyərli fikirlərini dinləmək imkanı əldə edəcəklər.

Tədbirlə bağlı ətraflı məlumat, proqram və iştirak şərtləri ilə tanış olmaq üçün rəsmi vebsayta və sosial media hesablarımıza daxil ola bilərsiniz:

Websayt: https://occupationalaestheticcongress.comInstagram: https://www.instagram.com/oacongressFacebook: https://www.facebook.com/profile.php?id=61578622316683LinkedIn: https://www.linkedin.com/company/occupational-aesthetic-congress/about/?viewAsMember=true
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri