Icma.az
close
up
RU
Gülüstan Sarayında keçirilən Occupational Aesthetic Congress 2025 uğurla yekunlaşdı!

Gülüstan Sarayında keçirilən Occupational Aesthetic Congress 2025 uğurla yekunlaşdı!

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

4–5 oktyabr tarixlərində Gülüstan Sarayında keçirilən Occupational Aesthetic Congress 2025 yüksək səviyyədə başa çatıb. “Facemark” və “SMEX” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutan tədbir estetik tibb və dermatologiya sahəsinin ən nüfuzlu yerli və beynəlxalq mütəxəssislərini bir araya gətirib.

Tədbirin baş sponsoru "Anka West" şirkəti, ana sponsorlar "FILLMED Laboratories", "Erdağı Medikal" və "Mezoklinik", digər sponsorlar isə "Floraison", "Life Line Beauty Company", "Nurederm", “Estetik Dermal”, "Baku Medical Plaza", "Cosmendy Azərbaycan" və "Exclusive Travel" təşkilatları olub.

Konqresin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Rəsmi açılış mərasimində “SMEX” şirkətinin təsisçisi və Konqresin baş koordinatoru Sübhan Məmmədov, eləcə də Türkiyədən dəvət olunmuş mütəxəssis Dr. Ali Şahan açılış nitqi ilə çıxış edərək konqresin məqsədlərindən, estetik tibb sahəsində bilik və təcrübə mübadiləsinin əhəmiyyətindən, həmçinin Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın güclənməsindən danışıblar.

4 və 5 oktyabr tarixlərində keçirilən Occupational Aesthetic Congress 2025 iki gün ərzində estetik tibb sahəsinin ən önəmli mövzularını bir araya gətirib. Tədbir çərçivəsində həm nəzəri, həm də praktiki sessiyalar təqdim olunub, yerli və beynəlxalq mütəxəssislər öz təcrübələrini iştirakçılarla bölüşüblər.

İlk gün ərzində üz anatomiya quruluşu, təhlükə zonaları və dolğu texnikaları kimi mövzulara toxunulub, canlı tətbiqlər vasitəsilə praktiki bacarıqlar nümayiş etdirilib. Həmçinin, kadavra diseksiyonu üzərindən aparılan tədris sessiyaları böyük maraq doğurub. Dr. Ali Şahan sosial media idarəetməsi mövzusunda çıxış edərək, tibbi mütəxəssislərin rəqəmsal platformalarda daha effektiv şəkildə təmsil olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edən konqres iştirakçılara sahənin son trendləri ilə tanış olmaq və praktiki bacarıqlarını artırmaq imkanı yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri