Icma.az
close
up
RU
Ölkəmizdə nə baş verir: Dövlət bundan nə qazanır?

Ölkəmizdə nə baş verir: Dövlət bundan nə qazanır?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Valideynlərindən birini itirən övlada dövlət pensiya ayırır, pensiya uşağın himayəsində yaşadığı valideyninin adına olur, kart da. Yəni uşağa görə pensiya valideynə verilir, uşağın özünə yox.

- Əvvəl 18 yaşı tamam olanda uşağın ali məktəbə qəbul olması haqda bir dəfə arayış verirdin, bitirdi, 23 yaşa qədər pensiya davam edirdi. Bir neçə il öncə qərar qəbul olundu ki, arayış hər il verilməlidir - birdən uşaq oxumağı buraxıb-edər, dövlət əlavə ödəniş etməsin. İndi hər il iyunda pensiya kəsilir, 3 aydan sonra təhsil ili başlayanda yeni arayışı verirsən, ödəniş bərpa olunur - dayandırılmış vəsaitlər də verilir, ancaq aybaay: məsələn, 3 aydan sonra pensiya bərpa edilirsə, növbəti 3 ay ərzində ödənişlər ikiqat olur və 3 aya 6 ayın vəsaiti ödənilir.

Nəticədə büdcə bundan nə qazanır, bilmirəm!

- Türkiyədə təhsil alanlar arayışı Türkiyə səfirliyinin Təhsil Müşavirliyindən alırdılar. Müşavirlik ali məktəbin sisteminə daxil olur, ordan onlayn təsdiqlənmiş arayışı çıxarır, tərcümə edib, təsdiqləyib verirdi (rüsum 3 manat).

Ötən il bu sadə sistem ləğv edildi. İndi arayış universitetin özünün möhürü ilə verilməlidir, həm də orijinal olmalıdır, əlbəəl, əlbəttə ki, sistem təsdiqi (QR) də öz yerində. Sistemdə QR ilə görünürsə, "orijinal arayış" nəyə lazımdır?

Nəticədə sənədləşmə və deməli, pensiya aylarla ləngiyir.

Dövlətimiz bundan nə qazanır, bilmirəm.

- Bu ildən isə yeni qayda tətbiq edildi: arayışları uşaq özü təqdim etməlidir - baxmayaraq ki, pensiya qəyyumun adınadır, yəni pensiya uşağa görə qəyyuma (ataya və ya anaya) verilir, uşağın özünə deyil. Xaricdə təhsil alırsa, onun gəlməsi, arayışla məşğul olması bir az çətindir. Onlayn etibarnamə verə bilər - amma xaricdə olduğu üçün 20 dollar da əlavə ödəniş etmək şərti ilə. Yəni bir etibarnaməni onlayn vermək üçün 51,5 manat ödəməlidir.

Xaricdə təhsil alan tələbə və onun ailəsinə əlavə maddi yükləmələr nəyə lazımdır və dövlətimiz bundan nə qazanır - yenə bilmirəm.

Valideynlərindən birini itirmiş uşağa maddi dəstək verdiyinə görə dövlətimizə min təşəkkür - baxmayaraq ki, o vəsait simvolikdir, amma hər bir halda qayğıdır, diqqətdir, ən azı, dövlətin vətəndaşını düşünməsidir, təbii ki, öz gücü daxilində. Yəni ən bahalı xarici universitetdə təhsil almağı seçən istənilən vətəndaşının bütün xərclərini ödəyən neft ölkələri də var, doğulanda adına hesab açanlar da və s. Kimin nəyə gücü çatırsa.

Ancaq başa düşmürəm, ildən-ilə bu pensiya bərpasında niyə yeni qaydalar tətbiq edilir və niyə bu yeni qaydalar həmişə vətəndaşın əleyhinə olur?

Yeri gəlmişkən, DOST xidmətindən bildirildi ki, NK-nın 18 yaşı tamam olmuş uşağın özünün müraciət etməli olduğu və yaxud etibarnamə verməsi gərəkdiyi ilə bağlı tələbi 2020-ci ildən varmış, sadəcə, güzəşt tətbiq edilibmiş, ancaq bu ilin sentyabrından bu güzəşt ləğv edilib.

Maraqlıdır, niyə bu qərar verilibmiş və niyə güzəşt tətbiq edilibmiş? Güzəşt niyə ləğv edilməlidir ki?

Ümumiyyətlə, son illər ölkəmizdə nə baş verir ki, bütün qərarlar vətəndaşı mümkün qədər daha çox, yumşaq desək, məmnun etməməyə hesablanır?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri