Icma.az
close
up
RU
Ölkəmizdə qızıl hasilatı artıb

Ölkəmizdə qızıl hasilatı artıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkəmizdə fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining” şirkəti ötən il hasilatı xeyli artırıb. Britaniya şirkəti 2025-ci ildə 25 min 61 unsiya qızıl istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 66 faiz çoxdur. Qeyd edək ki, qızıl istehsalı yenilənmiş proqnoz aralığının (25 min–28 min unsiya) aşağı həddinə uyğun formalaşıb.

Bununla yanaşı, “Anglo Asian Mining” şirkəti il ərzində 7 min 915 ton mis hasil edib. Bu isə əvvəlki ilə nisbətən 21 dəfə çox olmaqla yanaşı, şirkətin tarixində ən yüksək illik mis istehsalı kimi qeydə alınıb. İstehsalın artması, əsasən, Gədəbəy mədənində hasilatın genişlənməsi, “Dəmirli” yatağının istehsala başlaması ilə əlaqələndirilir. Hesabat dövründə şirkətin gümüş hasilatının həcmi isə 153,332 min unsiya (5,4 dəfə çox) təşkil edib.

Şirkət ötən il dekabrın 31-nə 27,6 milyon ABŞ dolları məbləğində borc, 2,5 milyon ABŞ dolları xalis pul vəsaitinə malik olub. Hesabat dövrünə satılmamış qızıl-filiz ərintisi və mis konsentratı ehtiyatları 37,7 milyon dollar məbləğində olub. Bu ehtiyatlara hər tonu 12 min 504 dollar dəyərində olmaqla, tərkibində 2 min 457 ton mis olan konsentrat da daxildir.

Xatırladaq ki, “Anglo Asian” 1997-ci il avqustun 21-də imzalanmış hasilatın pay bölgüsü tipli müqavilə çərçivəsində ölkəmizdə 6 yatağın işlənməsi ilə fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 faiz, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 faiz təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Onu da qeyd edək ki, “Anglo Asian” London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see310

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see275

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see271

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see270

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see263

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see260

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see253

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see248

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see238

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see233

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see224

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see221

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see216

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see216

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see215

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see204

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see204

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see204

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri