Icma.az
close
up
RU
Ölkəmizə verilən önəmin göstəricisi

Ölkəmizə verilən önəmin göstəricisi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın etibarlı tərəfdaş olması dünyadakı dostlarının sayı ildən-ilə artır. Bu o deməkdir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin də sayı artmaqdadır. Bu gün Azərbaycanın bütün dünya ölkələri ilə siyasi və iqtisadi əlaqələr daha da möhkəmlənib. Bu əlaqələr beynəlxalq təşkilatlar çərçivsində də özünü göstəməkdədir. Azərbaycanın xarici siyasətində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə əlaqələr də prioritet istiqamətlərdən birini tutur.

Prezident İlham Əliyevin iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında təşkilat Çərçivəsində önəmli iqtisadi əlaqələrin qurulmasını vurğulayıb: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.2025-ci ilin ən önəmli beynəlxalq tədbirlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə Görüşü Azərbaycanın Xankəndi şəhərində keçirildi. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) 1992-ci ildə daxil olub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır.Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici siyasəti fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Zirvə görüşü Azərbaycanın beynəlxalq arenada artan rolunu və Qarabağın regional əməkdaşlıq mərkəzinə çevrilməsinin real təsdiqini ifadə edir. Bu sammit sübut edir ki, Azərbaycan artıq yalnız münaqişə sonrası bərpa edən ölkə deyil, həm də əməkdaşlıq qurucu, liderlik daşıyıcısı və diplomatik balans yaradan gücdür.Zirvənin Xankəndidə keçirilməsi İƏT-in həm Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin, həm də Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrildiyinin göstəricisidir. Bu, həm də dünyanın diqqətini bölgədə gedən dəyişikliklərə yönəltmək, yanlış təəssüratları dağıtmaq baxımından mühüm addımdır. Beləliklə, zirvə görüşündəki çıxışlar və tədbir çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər Azərbaycana verilən önəmin göstəricisidir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri