Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Ölkəmizə olan hörmət və etimadın göstəricisi

Ölkəmizə olan hörmət və etimadın göstəricisi

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Sahib Şükürov,

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Olduqca mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq aləmin ölkəmizə olan hörmət və etimadının göstəricisidir. Bu eyni zamanda əsasını Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və bugün Prezident  İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi xarici siyasətinin ən böyük uğurlarındandır.

Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında mühüm məqamlara toxunub, mövcud reallıqları bir daha diqqətə çatdırib və ciddi mesajlar verib.  Prezident İlham Əliyev ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfinin verildiyini, bu qərarın ölkəmizə olan hörmətin əlaməti olduğunu bildirib. Ölkə başçısı eyni zamanda  bu qərarın beynəlxalq arenada Azərbaycanın oynadığımı  fəal rolun dəyərləndirilməsi kimi qiymətləndirib.

Prezident  İlham Əliyev çıxışında 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından bəhs edib.  “Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və 1 milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. 4 il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. 1 il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq suverenliyimizi tam bərpa etdik”- deyən ölkə başçısı həmin qətnamələri Azərbaycanın özünün icra etdiyini, beynəlxalq hüququ, ədaləti özünün bərpa etdiyini və Ermənistanın işğalına son qoyduğunu diqqətə çatdırıb.

Ölkəmizdə keçirilən bu böyük, əhəmiyyətli tədbir yeni əlaqələrin qurulmasında, yeni körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Bu gün ölkəmiz  beynəlxalq arenada mühüm rol oynayır. Azərbaycanın istər Qoşulmama Hərəkatına, istər İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli dərəcədə töhfələr vermişdir. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq 120 ölkənin yekdil qərarı ilə ölkəmizin 4 il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini, həmçinin Azərbaycan təxminən 60 ölkəni birləşdirən İƏT-nın fəal üzvü olduğunu bildirib. Ölkəmizin eyni zamanda Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji Tərəfdaşlıq haqqında bəyannamələr qəbul etdiyini, bütün bunların isə iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı olacağına əsas verdiyini vurğulayıb. Ölkə başçısı həmçinin əlavə edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır.

Çıxışında Azərbaycanın Yaşıl gündəliyi haqqında da tədbir iştirakçılarına məlumat verən Dövlət başçısı  COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı sazişin imzalanacağını , bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəyini, 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycana qarşı irəli sürülən ittihamlara, böhtanlara  da tutarlı cavab verən Prezident bildirib ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0.7 faiz, qlobal qaz hasilatında isə 0.9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan , Azərbaycandan 30 qat artıq neft hasil edən ölkələrin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək üçün Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Bu fikirləri səsləndirməklə ölkə başçımız bir daha heç bir qüvvədən, heç bir dövlətdən çəkinmədən,  tam müstəqil siyasət yürüdüyünü nümayiş etdirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri