Icma.az
close
up
RU
“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

“Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir” Famil Fərhadoğlu KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyasına Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi tapşırılıb.

KONKRET.az xəbər verir ki, bu fikirləri Manşet.az xəbər portalının direktoru Famil Fərhadoğlu bildirib:

“Bu sərəncam dövlət başçısının milli mətbuatımıza verdiyi böyük önəmin və dəstəyin bariz nümunəsidir. Azərbaycan mətbuatı zəngin tarixi və mübarizə yolu ilə hər zaman xalqın səsi, milli ideyaların daşıyıcısı olub. Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsrlər boyunca milli şüurun formalaşmasında, maarifçiliyin inkişafında, dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayıb.

Müstəqillik illərində Azərbaycan mətbuatının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə  bağlıdır. Ulu Öndər jurnalistikanı cəmiyyətin güzgüsü adlandırır, söz və fikir azadlığını demokratik dövlət quruculuğunun əsas sütunlarından biri kimi qiymətləndirirdi. Məhz onun tapşırığı ilə 1998-ci ildə ölkəmizdə tarixi bir addım atıldı və senzura rəsmi şəkildə ləğv olundu. Bu, Azərbaycan mətbuatının azad fəaliyyətinə geniş imkanlar yaratdı. Bundan bir il sonra, 1999-cu ildə qəbul olunan “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun isə jurnalistlərin hüquqlarının qorunmasına və fəaliyyətlərinin hüquqi çərçivəyə salınmasına böyük təkan verdi.

Ulu Öndər Heydər Əliyev mətbuata daim hörmətlə yanaşır, jurnalistlərin sərbəst və müstəqil fəaliyyətini dəstəkləyirdi. Onun bu siyasəti bu gün də uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. 2021-ci ildə qəbul olunan “Media haqqında” Qanun müasir dövrün tələblərinə cavab verən hüquqi baza formalaşdıraraq medianın inkişafını yeni mərhələyə yüksəltdi. Elə həmin il yaradılan Medianın İnkişafı Agentliyi isə jurnalistlərin peşəkarlığının artırılması, təlim proqramlarının təşkil olunması və media subyektlərinə dəstəyin gücləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

44 günlük Vətən müharibəsi dövründə isə Azərbaycan mətbuatı informasiya cəbhəsində böyük qəhrəmanlıq nümayiş etdirdi. Dəqiq, operativ və doğru məlumatların çatdırılması, dezinformasiyalara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın informasiya savaşında üstünlük qazanmasına mühüm təsir göstərdi. Jurnalistlər cəbhə bölgələrindən, ön xətdən, azad edilən torpaqlardan peşəkar reportajlar hazırlayaraq xalqımıza ruh verdilər, dünya ictimaiyyətinə isə Azərbaycanın haqq səsini çatdırdılar.

Milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması həm də keçmişə dərin ehtiramın, milli mətbuat tariximizin layiqli şəkildə qiymətləndirilməsinin təzahürüdür. Qarşıdan gələn yubiley tədbirləri çərçivəsində müxtəlif konfranslar,  mükafatlandırma mərasimləri və digər irimiqyaslı layihələrin keçirilməsi planlaşdırılır. Bu tədbirlər yeni nəsil jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, milli mətbuat ənənələrinin yaşadılmasına mühüm töhfə verəcək.

Azərbaycan mətbuatı ötən 150 ildə çətin və şərəfli bir yol keçərək bu gün daha da güclənmiş, beynəlxalq media məkanında layiqli yerini tutmuşdur. Prezident İlham Əliyevin milli mətbuatımıza göstərdiyi diqqət və dəstək isə bu sahənin daha da inkişaf edəcəyinə, söz və fikir azadlığının bundan sonra da qorunacağına dərin inam yaradır. Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi  müsahibələr bu qayğının aydın göstəricisidir. Bu münasibət yerli mətbuata olan inamı və güvəni daha da artırır, mətbuat nümayəndələrinin fəaliyyətinə əlavə stimul verir.

Milli mətbuatımızın 150 illik yubileyi Azərbaycan mediasının dünəninə ehtiram, bu gününə dəstək və gələcəyinə inamın parlaq ifadəsidir”.

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri