Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Dekabrdan başlayıb fevralda bitəcək Ölkəmizi nə gözləyir? KONKRET

Dekabrdan başlayıb fevralda bitəcək Ölkəmizi nə gözləyir? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sakit okeanda normal şəraitdə şərq istiqamətindən qərbə doğru ekvator boyunca əsən Passat küləkləri okeanın isti su kütləsinin Cənubi Amerika sektorundan Asiya sektoruna axınına səbəb olur. Okean sularının dərinliklərdən soyuq sular səthə doğru qalxır və bu hidrofiziki prosesə apvellinq (upwelling) deyilir. El Nino və La Nina bu normal şərtləri pozan iki əks iqlim cərəyanlarıdır ki, adətən 9-12 ay arasında davam edir, lakin onlar müntəzəm baş vermir, orta hesabla 2-7 ildən bir baş verir, qlobal miqyasda iqlimə və ekosistemə təsir etməklə mənfi təzahürlərə səbəb ola bilir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a açıqlayan meteoroloq Cavid Hüseynov Dünya Meteorologiya Təşkilatının La Nina effekti ilə bağlı etdiyi xəbərdarlığa belə şərh verib:

“İqlim mütəxəssisləri bu hadisələri El Nino-Cənub tərəddüdləri (ENSO) dövrü adlandırırlar. El Nino ispan dilində “kiçik oğlan” deməkdir. Cənubi Amerikalı balıqçılar ilk dəfə 1600- cü illərdə Sakit Okeanda qeyri-adi isti su dövrlərini müşahidə etdilər. Onların istifadə etdikləri tam ad El-Nino de-Navidad idi, çünki El Nino adətən dekabrda maksimuma çatır. La Nina ispan dilində “kiçik qız” deməkdir. La Nina bəzən El Viejo, anti-El Nino və ya sadəcə olaraq “soyuq cərəyan” adlanır. El Nino zamanı Passat küləkləri zəifləyir. İsti su şərqdən Amerikanın qərb sahillərinə doğru itələnir. Bu yerdəyişmə ilə ABŞ və Kanadanın şimalındakı ərazilər normaldan daha quru və isti olur. Lakin Körfəz sahili və ABŞ-ın cənub-şərqi boyunca bu dövrlər daha rütubətli olur və daşqınların təkrarlanma tezliyini artır, daha güclü qasırğa mövsümünə səbəb ola bilir. La Nina atmosfer sirkulyasiyasında dəyişikliklərlə müşayiət olunan Sakit okeanda (mərkəzi və şərqi ekvatorial hissədə) səth temperaturunun genişmiqyaslı soyumasıdır. La Nina cərəyanları zamanı passat küləkləri (şərq küləkləri) daha da güclənir və Sakit Okeandakı bu soyuq sular okean cərəyanlarını şimala doğru itələyir. Bu, adətən ABŞ-ın cənubunda quraqlıqla, Sakit okeanın şimal-qərbində və Kanadada isə güclü yağış və daşqınlarla nəticələnir. La Nina ilində qış temperaturu cənubda normadan daha isti, şimalda isə daha soyuq olur. El Nino La Nina ilə müqayisədə daha tez-tez baş verir”.

Ekspert sözügedən hava effektinin ölkəmizə necə təsir edəcəyini də açıqlayıb:

“Ümumdünya Meteorologiya Təşkilatının son məlumatlarına görə, La Nina şəraiti növbəti üç ay ərzində inkişaf edə bilər, lakin nisbətən zəif və qısamüddətli olacağı gözlənilir. La Nina baş versə belə, onun qısamüddətli soyutma effekti atmosferə rekord dərəcədə təsir etməyəcək. Okean və atmosfer üzərində aparılan müşahidə nəticələrinə görə, Sakit okeanın mərkəzi və şərq ekvatorial hissəsində səth temperaturu orta səviyyədən bir qədər aşağıdır. Lakin bu soyutma hələ tipik La Nina hədlərinə çatmayıb. Bu ləng inkişafın mümkün səbəblərindən biri, 2024-cü ilin sentyabr ayı və noyabr ayının əvvəlində müşahidə olunan və La Ninanın inkişafına əlverişli olmayan güclü qərb küləyinin anomaliyalarıdır. Ümumdünya Meteorologiya Təşkilatının Proqnoz Mərkəzləri və digər iştirakçı mərkəzlər tərəfindən 2024-2028-ci illər üçün hazırlanmış qlobal illik və onillik proqnozları ümumiləşdirərək hesabat dərc etmişdir. Son hesabata görə, 2024-2028-ci illər arasında qlobal orta səth temperaturunun 1850- 1900-cü illərdə müşahidə ediləndən 1.1-1.9°C yüksək olacağı proqnozlaşdırılır. Hesabatda qeyd olunur ki, bu illərdən ən azı birinin hazırda ən isti il olan 2023-cü ili geridə qoyaraq yeni temperatur rekordu vurması ehtimalı 86% təşkil edir.

Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Dekabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri