Icma.az
close
up
RU
2030 cu ildə dünyanı və ölkəmizi nə gözləyir? ANALİZ

2030 cu ildə dünyanı və ölkəmizi nə gözləyir? ANALİZ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Analitiklər: İqtisadi güc balansı dəyişəcək, neft ucuzlaşacaq, əhali 8,5 milyardı keçəcək, su və ərzaq çatışmazlığı yaranacaq, sənaye istehsalı artacaq...

Dünyanın nüfuzlu analitikləri mütəmadi olaraq dünyanın gələcək mənzərəsi ilə bağlı təhlillərini hazırlayır. Son dövrlərdə isə iqtisadi və sosial proqnozlar daha çox maraq doğurmağa başlayıb, çünki hazırda dünyada müharibələr və sosial-iqtisadi böhranlar insanları dünyamızın gələcəyi ilə bağlı daha çox düşünməyə məcbur edir. Bu yazıda, əsasən, iqtisadi proqnozlara və təhlillərə üstünlük verəcəyik.

Hazırkı proqnozlara görə, 2030-cu ildən sonra dünyada sosial-iqtisadi vəziyyət kökündən dəyişəcək. 4-cü sənaye inqilabı istehsalı tamam dəyişəcək, məhsul istehsalı artacaq. Yer əhalisi 8,5 milyarda catacaq. Suya və enerjiyə tələbat təxminən 2 dəfə, qidaya tələbat isə 30% artacaq. Şimali Afrika və Mərkəzi Asiya kimi bəzi regionlar qida və su çatışmazlığı kimi ağır problemlərlə qarşılaşacaq. Alternativ enerjilərə keçidlə bağlı neftə tələbat azaldığından neft ixracından asılı ölkələr çətin vəziyyətə düşəcək. Dünyanın iqtisadi güc balansı əhəmiyyətli şəkildə dəyişəcək.

2030: Dünya iqtisadiyyatında güc mərkəzi dəyişəcək

Analitiklərə görə, 2030-dan sonra OPEK-in neftin qiymətlərinə nəzarəti tam pozulacaq ki, bu da hər şeydən göründüyü kimi, neft və qaz ixracından asılı olan iqtisadiyyatlar üçün mənfi nəticələrə səbəb olacaq. Bununla yanaşı, informasiya texnologiyalarının inkişafı iqtisadi məhsuldarlığa geniş təsir göstərməyə başlayacaq.

Hazırkı hegemon ölkələrin qlobal təsiri itəcək. Çin, Hindistan, Rusiya kimi qlobal, həmçinin Braziliya, İndoneziya, Cənubi Afrika kimi regional iqtisadiyyatlara malik ölkələrin dünya iqtisadi sistemində rolu daha da artacaq. Növbəti 10-15 ildə yeni texnologiyaların inkişafı nəticəsində transmilli şirkətlər sürətlə inkişaf edən bazarlara daha çox diqqət verəcək.

Proqnoza görə, 2030-cu ildə Çin iqtisadiyyatı dünya iqtisadiyyatını tamamilə idarə edəcək. Hindistan da dünya iqtisadiyyatında gücünü xeyli artıracaq. Dünyanın iqtisadi mərkəzi tam olaraq Cənub-Şərqi Asiyaya keçəcək. II Dünya Müharibəsindən qazanclı və varlanmış şəkildə çıxaraq inkişafını sürətləndirən ABŞ-in və Avropanın iqtisadi hakimiyyət dövrü bitir.

Proqnozlara görə, karbohidrogenlər bazarı üçün yeni texnologiyaların istehsalı və alternativ enerji sahələrinin inkişafı neftin ucuzlaşmasına səbəb olacaq ki, nəticədə iqtisadiyyatı neft ixracından asılı olan ölkələr üçün ciddi problemlər yaranacaq.

Analitiklər 4-cü sənaye inqilabının dünya iqtisadiyyatını tamamilə dəyişəcəyini, yeni texnologiyalarla məhsul istehsalının artacağını ehtimal edirlər. Ərzağa və dərmanlara və texnika mallarına tələbat artacaq. Bu səbəbdən texnoloji məhsullar istehsal edən ölkələrin, həmçinin ərzaq və dərman istehsalı çox olan ölkələrin gəlirləri artacaq.

Öz xammalı olmayan ölkələr iqtisadi tənəzzülə məruz qalacaq

Rusiya Strateji Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin ekspertləri hesab edir ki, təxminən 5 il sonra dünyanın iqtisadi cəhətdən ən qüdrətli 5 dövləti arasında Çin, Hindistan, ABŞ, Almaniya ilə birgə Rusiya da olacaq.

“Dünyanın iqtisadi mənzərəsi göstərir ki, ehtiyatları həddən artıq istismar olunmuş Qərb və Uzaq Şərq ölkələri durğunluq dövrü yaşayacaq. Dünya əhalisi artır, təbii ehtiyatlar sürətlə istismar olunur, bir çoxları tükənmək üzrədir. Artıq inkişaf etməkdə olan ölkələr sürətlə sənaye texnologiyalarına yiyələnirlər, öz xammallarını ucuz qiymətə Qərbə satmaq əvəzinə özləri istehsal etməyə başlayırlar. Bu tendensiya artıq təbii ehtiyatları tükənmiş, xammalı ehtiyatı və enerji resursları olmayan iri sənaye dövlətlərinin iqtisadiyyatını zəiflədəcək”- mərkəzin proqnozunda bildirilir.

Analitiklər hesab edir ki, dünyanın ərazisinə görə ən böyük ölkəsi olan Rusiyada nəhəng təbii ehtiyatlar, güclü aqrar sektor, böyük elmi-texniki potensial və sənaye bazası var. Uzaq Şərqdə, Sibirdə və Arktikada mənimsənilməmiş nəhəng mineral ehtiyatlar var. Rusiya dünyanı gözləyən su problemini də yaşamayacaq.

Mərkəzin ekspertləri hesab edir ki, ABŞ və iri Qərbi Avropa dövlətlərinin iqtisadi hegemonluğu 2030-cu illərdə tam başa çatacaq. Bu ölkələrin öz təbii ehtiyatları tam bitəcək və xaricdən xammal almaq çətin olacaq. Eyni aqibət Çini, Avropanın bir sıra ölkələrini, Yaponiyanı və Cənubi Koreyanı da gözləyir.

ABŞ-a gəldikdə, analitiklər hesab edirlər ki, bu ölkə 3-cü dünya ölkələrin sərvətlərini istismar etmək və qlobal valyuta-birja əməliyyatları yolu ilə daha çox gəlir əldə edərək istehlaka və komforta öyrəşdiyi üçün tənəzzülə düçar olacaq. Müharibələrə və münaqişələrə son qoyulsa, hərbi-sənaye kompleksi də çökəcək.

2030-da sosial-iqtisadi sahədə Azərbaycanı nə gözləyir?

Azərbaycana gəldikdə, 5 il sonranı dəqiq proqnozlaşdırmaq çətindir, amma təxmini vəziyyəti təsəvvür etmək olar. Bütövlükdə, yaxın illərdə neft sektorundakı hasılatı və təbii qaz satışından əldə ediləcək gəlirləri, eləcə də qeyri-neft sektorunun perspektiv potensialı nəzərə alaraq 2030-cu il üçün təxmini proqnoz hazırlamaq mümkündür.

Bütün hallarda növbəti illərdə iqtisadiyyatın diversifikasiyası sürətlənərsə, yəni qeyri-neft sektorunun inkişafı baş verərsə, ciddi problemlər yaranmayacaq. 2030-cu illərdə neftin hasilatının xeyli azalması fonunda gəlirlərin qeyri-neft sektoru hesabına kompensasiya edilməsi nəticəsində Azərbaycanda iqtisadi inkişaf fərqli müstəvidə davam edə bilər.

2030-cu ildə vəziyyətin necə olacağını qarşıdakı illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesinin necə aparılacağı müəyyən edəcək. 2030-cu ildə Azərbaycan iqtisadiyyatının indikindən 50 faiz böyük olacağını ehtimal etmək olar, təbii ki, bu, qeyri-neft sektorunun inkişafı hesabına mümkün ola bilər. Kiçik və orta sahibkarlığa dövlət dəstəyi güclənsə, ölkədə ÜDM-in və dolayı yolla dövlət büdcəsinin gəlirləri daha çox artacaq. Buna müvafiq olaraq idxaldan asılılaq azalacaq, ixrac çoxalacaq.

İqtisadçıların ümumi fikrinə görə, qeyri-neft sektorunun inkişafı prosesində klaster yanaşmada əsas perspektivli sahələr yüngül sənaye, xüsusilə qida sənayesi, aqrar sektordur. Ölkələrin təbii sərvətlərinin mövcudluğu əsas deyil, əsas innovativ yanaşma, texnoloji yüklü iqtisadiyyat yaratmaqdır. İnnovativ dəyər yaradan sektorlar dəstəklənməlidir. Ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, turizm imkanlarının genişlənməsi də iqtisadi inkişafa töhfə verə bilər.

Ümumiyyətlə, hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına görə, yeni mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri