“Ölkəmizi sevə bilməyənlərin hamısını ölkədən çıxaracağam”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağ Ev administrasiyasının rəhbəri Donald Tramp üçüncü dünya ölkələrindən olan şəxslərin ABŞ-yə miqrasiyasını qeyri-müəyyən müddətə dayandıracağını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“ABŞ sisteminin tam bərpasına imkan yaratmaq üçün üçüncü dünya ölkələrindən miqrasiyanı dayandıracağam, Baydenin (sabiq ABŞ prezidenti Co Bayden - red.) verdiyi milyonlarla qanunsuz giriş icazələrini ləğv edəcəyəm və Birləşmiş Ştatlara xalis qazanc olmayan və ya ölkəmizi sevə bilməyənlərin hamısını ölkədən çıxaracağam, vətəndaşlığı olmayan şəxslər üçün bütün federal imtiyazları və subsidiyaları, daxili nizamı pozan miqrantların vətəndaşlığını ləğv edəcəyəm və cəmiyyət üçün yük olan, təhlükəsizliyə təhdid yaradan və ya Qərb sivilizasiyasına uyğun olmayan bütün əcnəbi vətəndaşları deportasiya edəcəyəm”, - o qeyd edib.
Dövlət başçısı mövcud vəziyyəti tam düzəltmək üçün yeganə çıxış yolunun əks istiqamətə miqrasiya olduğunu əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 28 Noyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















