Icma.az
close
up
RU
Yarışlarda qələbələr ölkəmizi məşhurlaşdırır

Yarışlarda qələbələr ölkəmizi məşhurlaşdırır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın idman ictimaiyyətinin, bütünlükdə xalqımızın 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününü böyük təntənə ilə qeyd etməsi təsadüfi deyil. Məhz müstəqillik dövründə Olimpiya hərəkatının qabaqcıl ölkələri sırasında layiqli yer tutmuş Azərbaycanda bu gün yüksək qələbələr qazanan çox güclü, eyni zamanda sağlam və vətənpərvər gənc nəsil yetişir. Elə bir nəsil ki, beynəlxalq arenalarda bayrağımızı ən yüksək zirvələrdə dalğalandırır, adlarını dünya idmanı tarixinə qızıl hərflərlə yazdırırlar.

“Xalq qəzeti” olaraq, dünyaya səs salmış qələbələrimizlə bağlı idman ictimaiyyətinin nümayəndələri ilə görüşüb, bu əlamətdar gün üçün fikirlərini öyrəndik.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova bildirdi ki, Azərbaycanın çox şanlı idman tarixi vardır:

1997-ci ildə Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsi ölkəmizdə Olimpiya hərəkatının başlanğıcını qoymuşdur. Dövlətimizin başçısının ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın ən nüfuzlu idman ölkəsinə çevrilib. Dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayan Olimpiya oyunlarında əldə edilən nailiyyətlər dövlətimizin gücünü dünyaya nümayiş etdirir. Azərbaycanın son Olimpiadada “Paris-2024”də 2 qızıl, 2 gümüş və 3 bürünc medalla dünyanın ən güclü 30 ölkəsinin arasında yer alması komandamız üçün çox yaxşı nəticədir.

Güclü idman ölkəsi kimi tanınan Azərbaycanda mükəmməl idman infrastrukturu qurulub. Bakıda, həmçinin ölkəmizin bütün regionlarında müasir standartlı Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. İdmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması ölkəmizdə beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün geniş imkanlar yaradıb.

Bütün bu nailiyyətlər Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. İdmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, müasir standartlara cavab verən mükəmməl idman infrastrukturu gələcəkdə daha böyük nailiyyətlərin qazanılması üçün möhkəm zəmin yaradır. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü xalqımız üçün əlamətdar günlərdən biridir. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirəm. Uğurlarımız həmişə bol olsun!

Son illər cüdo komandamız böyük nailiyyətləri ilə dünya miqyasında diqqət mərkəzindədirlər. Ötən Olimpiadada 2 cüdoçumuz bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək zirvəsində yer aldı. Hazırda Olimpiya çempionu Hidayət Heydərov dünya reytinqində liderliyini qoruyur.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məhz ölkəmizin öz müstəqilliyini qazandıqdan sonra bu qədər nailiyyət əldə etdiyini bildirdi:

– Müstəqil Azərbaycanda əldə edilən nailiyyətlər Bu gün bu əlamətdar günü təkcə idman ictimaiyyəti qeyd etmir. Azərbaycanın dünyada qazandığı böyük qələbələr xalqımızın milli qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyev demişdir: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Paris Olimpiadasında cüdoçularımızın şərəfinə 2 dəfə Azərbaycan bayrağı yüksəklərə qaldırıldı, Dövlət Himnimiz səsləndirildi. Xalqımız qəhrəman idmançılarımızla fəxr edir, qürur duyur. Məhz bu böyük qələbələr dövlət tərəfindən idmana, idmançılarımıza göstərilən diqqət və qayğı nəticəsində mümkün olub.

Sevindirici haldır ki, yeniyetmə və gənclər arasında Avropa, Dünya çempionatlarında qələbələrimizin sayı getdikcə artır. Bu, o deməkdir ki, növbəti Olimpiya Oyunlarında daha böyük nəticələr üçün əsas yaranıb. Artıq “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarının heyəti üçün işə başlamışıq. Əminik ki, Azərbaycanın idman nailiyyətləri daha böyük vüsət alacaq və qələbələrimiz davamlı olacaq.

Ötən il Albaniyada keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə millimizin tarixi uğurunu belə bir əlamətdar gündə böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Üç qızıl medalla komanda hesabında aşkar fərqlə dünya çempionu olan və titulunu qoruyan yığmamızın böyük qələbəsi xalqımıza qürur hissi yaşatdı. Yarışda qızıl medal qazanan güləşçilərimizdən biri, karyerasında 4-cü dəfə dünya çempionu olmaqla Azərbaycan güləş tarixində ilkə imza atan Eldəniz Əzizli bu uğurun böyük zəhmət hesabına qazanıldığını bildirdi:

– Biz idmançılar şanslıyıq ki, Azərbaycan kimi qabaqcıl idman ölkəsində yaşayırıq. Ölkəmiz qalib dövlət kimi dünyada böyük şöhrət qazanıb. Döyüşə yalnız qələbə üçün çıxırıq. Ötən il 4-cü dəfə dünya çempionu olduğum zaman, həm də komandamızın uğurlu çıxışına çox sevindim. 4-cü dəfə dünya çempionu olmaqla Azərbaycan güləş tarixində yeni rekorda imza atdım. Azərbaycan bayrağı yüksəklərdə dalğalanıb, himnimiz səsləndikcə böyük qürur hissi keçirdik. Bu uğurların əldə edilməsində bizə dövlət tərəfindən göstərilən diqqət və qayğının mühüm əhəmiyyəti var. İdmançı növbəti hədəflərini də açıqladı:

– Bu ilin aprel ayında Slovakiyada keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. Qitə çempionatında 2-si qızıl olmaqla 7 dəfə mükafatçı olmuşam. Sentyabr ayında isə bizi daha bir nüfuzlu yarış gözləyir. Xorvatiyada keçiriləcək dünya çempionatına qızıl medal üçün yollanacağam. Şanslarımı yüksək qiymətləndirirəm. 3 ildir ki, dalbadal dünya çempionu oluram. Hədəf 5-ci dünya çempionluğudur.

Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. İdmana diqqət və qayğı sayəsində nailiyyətlər əldə etməklə yanaşı, həm də əhalinin asudə vaxtının səmərəli təşkilinə, gələcək nəslin sağlam yetişməsinə nail oluruq. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, bir çox yüksək keyfiyyətlərə yiyələnməsində mühüm rol oynayan idman bu gün xalqımızın həyat tərzinə çevrilib.

Leyla QURBANOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri