Icma.az
close
up
RU
Ölkəmizin enerji tərəfdaşları növbəti dəfə Bakıda toplandı

Ölkəmizin enerji tərəfdaşları növbəti dəfə Bakıda toplandı

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Məlumdur ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qazandığı böyük uğurlardan biri də Avropanın enerji təminatında mühüm rol oynamasıdır. Ölkəmizin gələcək uğurlarının zəmanəti olan qlobal enerji layihələri bu gün Avropanın enerji xəritəsini tamamilə dəyişib. Açıq dənizlərə çıxışa malik olmasa da, ölkəmiz artıq mühüm nəqliyyat-tranzit şəbəkəsini yaradıb. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə yeni rekordlara imza atıb. Əlbəttə ki, bütün bunlar dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən, tam müstəqil siyasət yürüdərək sözünün sahibi, etibarlı tərəfdaş olduğunu isbatlayan Prezident cənab İlham Əliyevin qlobal təşəbbüsləri sayəsində reallaşıb. Dünya müstəvisində hazırda hökm sürən gərgin situasiyada, bir çox ölkələrin enerji, təbii qaz və neft məhsulları ilə bağlı ciddi böhranlarla üz-üzə qaldığı bir vəziyyətdə Azərbaycanın bütün lazımi strateji məhsullarla özünü tam təmin etməsi bu mənada istisna olan dövlətlərdən biri olduğunu sübut edir. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir. Bununla yanaşı, həm də əksər qonşu ölkələrə bu enerji növünü ixrac edir.

Qeyd edək ki, Avropada ölkəmizin enerji resurslarına olan tələbatın günü-gündən artması Azərbaycanda elektroenergetika sahəsinin daha sürətli inkişafını stimullaşdırır. Elektroenergetika iqtisadiyyatın aparıcı istiqaməti olmaqla hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi qismində çıxış edir.
Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və əməkdaşlıq coğrafiyasının artması ölkənin enerji sektorunda əldə etdiyi uğurların nəticəsidir. ABŞ, Aİ, Türkiyə və ərəb-islam dünyası ilə olan əlaqələr Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətli bir rol oynadığını göstərir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrə yaxındır. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə “AÇG Gələcək Qaz” layihəsi və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir.

Yeri gəlmişkən, ölkəmizdə hər il keçirilən “Baku Energy Week” (Bakı Enerji Həftəsi) beynəlxalq müstəvidə böyük maraqla qarşılanır. Sayca 30-cu olan bu tədbir hər il bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. Eyni zamanda, dünyanın aparıcı ölkələrinin liderlərinin, beynəlxalq qurumların rəhbərlərinin ünvanladıqları məktublar da onların bu tədbirə vacib əhəmiyyət verdiklərini göstərir.

Ən əsası, ölkəmiz Avropanın enerji təchizatının mənbə və marşrutlarla diversifikasiyasının yeni xəritəsini, planını tərtib edir və təbii qazla yanaşı, irəlidə "yaşıl enerji" və hidrogenin də əsas tədarükçülərindən biri olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin yaradılması enerji siyasətimizin başlıca prioritetidir. Bu baxımdan yeni "yaşıl enerji" dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır.

Şahlar Məmmədov,

YAP Göygöl rayon təşkilatı uzrə Gəncə Regional Qaz İstismar İdarəsinin Göygöl Xidmət Sahəsi ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri